Cəmiyyət

"Maral bağı"ndan REPORTAJ - VİDEO - FOTO

8 Yanvar 2020 08:07
0 Şərh     Baxış: 1 796
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəmkir rayonunun dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşən Çənlibel kəndinə turist axını əsasən yay aylarında qeydə alınsa da, son illər qış aylarında da gələnlərin sayı artmaqdadır. Buna səbəb isə kənd ərazisinə 4 il bundan qabaq gətirilən Altay marallarıdır. Bu heyvanların qorunduğu ərazi "Maral bağı" adlandırılır.

Milli.Az xəbər verir ki, kənd sakini Babək Əliyev AZƏRTAC-a bildirib ki, maralları görməyə gələnlərin sayı ilbəil artır. Bu isə öz növbəsində kənddə yay turizmi ilə yanaşı, qış turizminin də inkişafına təkan verir. Eyni zamanda, turizmin inkişafı kənddə müəyyən sahələrə də müsbət təsir göstərir.

Altay maralları kənd ərazisində 50 hektarlıq sahədə bəslənir. Əvvəlcə 60 baş olsa da, indi sayları artıb. Ötən dörd ildə yerli iqlimə tam uyğunlaşıblar. Həmçinin əvvəllər insanlar bu maralları yaxından görə bilmirdilərsə, indi onları asanlıqla yemləmək də olur.

Marallara qulluq edən Elbrus Əliyev bildirir ki, bu heyvanlara gün ərzində arpa, buğda verilir: "Marallar turistlər tərəfindən də bəslənilir. Yəni, onlar özləri ilə gətirdikləri müəyyən qidaları bu heyvanlara verərək onları yedizdirirlər".

Turistlərin və ailəvi dincəlməyə gələnlərin istirahəti üçün ərazidə iaşə obyektləri də fəaliyyət göstərir. Bu obyektlərin sayının artırılması nəzərdə tutulub. Qışda "Maral bağı"na səfər edənlər nisbətən az olsa da, yayda maralları görməyə təxminən 2-3 min yerli və xarici turist gəlir. Bu il ərazidə yeni layihələrin də həyata keçirilməsi planlaşdırılır. Məqsəd isə bu məkana daha çox turist cəlb etməkdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.