Cəmiyyət

AQTA-dan spirtli içkilərlə bağlı əhaliyə MÜRACİƏT

5 Yanvar 2020 14:53
0 Şərh     Baxış: 2 262
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kustar üsulla hazırlanan spirtli içkilər səbəbindən zəhərlənmə halları ilə bağlı əhaliyə müraciət edib.

Milli.Az xəbər verir ki, agentliyin müraciətində deyilir:

"Bayram günlərində vətəndaşlarımızın ən çox üz tutduğu ölkələrdən biri olan Gürcüstanda kustar üsulla hazırlanmış spirtli içkilərdən kütləvi zəhərlənmə halları artıb. Yerli mətbuatın məlumatına görə, dekabrın 31-dən yanvarın 3-dək xəstəxanalara 1254 müraciət daxil olub ki, onlardan 844-ü spirtli içkilərdən zəhərlənmə ilə əlaqədardır.

Ölkəmizdə də bayram ərəfəsində kustar üsulla spirtli içki hazırlayıb insanların sağlamlığı və həyatı bahasına qazanc əldə etməyə çalışan cinayətkarlara rast gəlirik. Bu kimi hallarla bağlı bayram günlərində də əməkdaşlarımız tərəfindən ictimai-iaşə obyektləri və satış müəssisələrində mütəmadi reydlər keçirilib və aşkarlanan faktlarla bağlı qanunmüvafiq tədbirlər görülüb. Aparılan reydlər və görülən tədbirlər barədə qarşıdakı günlərdə ətraflı məlumat verəcəyik.

Bu kimi faciəvi hallarla rastlaşmamaq üçün diqqətli olmaq lazımdır. Ucuz olduğu üçün bu içkiləri istifadə etməyi düşünənlər bunun özləri və yaxınları üçün faciə ilə nəticələnəcəyini bilməlidirlər.

Özümüzü və ətrafımızdakı insanları bu cür dələduzların qeyri-insani əməllərindən qorumaq üçün ehtiyatlı olmalıyıq. Belə qanunazidd hallarla üzləşdikdə Qida Təhlükəsizliyi Agentliyinin "1003 - Çağrı mərkəzi"nə məlumat vermək lazımdır. Eyni zamanda hər bir istehlakçı ictimai iaşə, satış və digər məkanlardan qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirməli və məhsulların mənşə sənədlərini tələb etməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.