Cəmiyyət

Naxçıvanda “Azərbaycan Vokalçıları Festivalı” keçirildi - FOTO

22 Dekabr 2019 20:21
0 Şərh     Baxış: 1 202
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycan Vokalçıları Festivalı" çərçivəsində Naxçıvan şəhərində də Cəlil Məmmədquluzadə adıma Naxçıvan Dövlət Musiqili Dram teatrında Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin konserti keçirildi (baş dirijor - Xalq artisti Çingiz Axundov).

Konsertdə xalq artisti Samir Cəfərov, əməkdar artistlər Tural Nəcəfov, Gülyanaq Fərzəliyeva, Mübariz Əsgərov, Elçin Nağıyev və başqaları çıxış etdilər.

Tədbirin sonunda Festivalın ideya müəllifi və bədii rəhbəri, Azərbaycan Televiziyasının Mədəniyyət kanalının direktoru Ramil Qasımov Naxçıvan Televiziyasına  müsahibə verərək, qeyd etdi: "Qədim tyorpağımız olan Naxçıvanda, bu festivalın gerçəkləşməsinə görə iık növbədə qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Şadam ki, burada bizim kıassik vokal məktəbinin ən- ənələri qorunib saxlanılır.

Festivalın ideya müəllifi və bədii rəhbəri vurğuladı ki, ümumrespublika miqyasında ilk dəfə keçirilən vokal festivalı ölkəmiİzin mədəni həyatına ümid edirik ki, bir töhvə olacaq. Fürsətdən istifadə edib, festivalın iştirakçılarına minnıtdarlığımı bildirir, onlara uğurlar arzulayıram".

İnformasiya dəstəyi- Trend.Az, Day.Az, Milli.Az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.