Cəmiyyət

Sümük, bel, oynaq ağrıları üçün – Sarımsaq yağının hazırlanması

21 Dekabr 2019 19:12
0 Şərh     Baxış: 1 841
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sarımsaq yağını evdə asanlıqla hazırlamaq olur.

Sarımsaq yağı müxtəlif yeməklərə, salatlara qatıla bilər və ya hər gün 1 qaşıq sadəcə qəbul edə bilərsiz.

Milli.Az medicina.az-a istinadən sarımsaq yağının faydalarını təqdim edir:
- Oynaq və qığırdaqların dağılmasının qarşısını alır
- Oynaq iltihabı və ağrılarında

- Qan dövranını yaxşılaşdırır
- Qanda xolesterini azaldır

- Orqanizmdən şlakları təmizləyir
- İnfeksiyalardan qoruyur
- Onurğa fərəqə ağrılarını azaldır

Necə hazırlamalı?

300 qr sarımsaq soyulur, ətçəkəndən keçirilir, şüşə qaba yığılıb üzərinə 100 ml bitki yağı (təmiz) əlavə edilir. Yağı qaranlıq, sərin yerdə 14 gün saxlayın. Arada qarışdırmağı unutmayın.

Alınan yağ tənzifdən bir neçə dəfə süzülür.

Bura bir limonun suru sıxılır, daha 1 gün saxlanılıb, istifadəyə hazırdır.

İstifadəsi: yarım stəkan ilıq sudə 1 çay qaşığı sarımsaq yağı əlavə edib, gündə 2 dəfə yeməkdən 20 dəqiqə öncə içmək.
Bir kurs 1 ay.

Eləcə də bu yağı ağrı nahiyələrinə, oynaqlara çəkə bilərsiz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.