Cəmiyyət

Bakı Metrosunda qatarların hərəkətində problem yaranıb

20 Dekabr 2019 08:59
4 Şərh     Baxış: 4 979
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Metrosunda qatarların hərəkətində problem yaranıb

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

B.Məmmədovun sözlərinə görə, bu gün səhər saat 07:00 radələrində metronun "İçərişəhər" stansiyasında qatarlardan birində texniki nasazlıq yaranıb:

"Sərnişinlər boşaldılıb və qatar depoya göndərilib. Nəticədə metronun "qırmızı xətt" istiqamətində yəni "İçərişəhər" xətti ilə hərəkət edən qatarların intervalında 8 dəqiqəyə qədər gecikmə yaranıb. İntervalın pozulması iki qatar arasında olub. Təəssüf ki, bu ümumilikdə digər stansiyalarda da sərnişin sıxlığına səbəb olub.

Hazırda iki qatar arasında yaranan gecikmənin və ümumilikdə stansiyalarda qatarların qrafik üzrə hərəkətinin təmin olunması üçün tədbirlər görülür. Qısa müddətdə problem aradan qaldırılacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.