Cəmiyyət

Oğlan uşağının ölü doğulması ilə bağlı cinayət işi başlandı

20 Dekabr 2019 06:50
0 Şərh     Baxış: 1 845
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Masallı rayonunda oğlan uşağının ölü doğulması ilə bağlı cinayət işi başlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Masallı rayon Mərkəzi Xəstəxanasında baş verib.

Rayonun Türkoba kənd sakini, 1999-cu il təvəllüdlü Ağarzayeva Aysel Zeydulla qızının ölü oğlan uşağı dünyaya gətirməsi barədə polisə məlumat daxil olub.

İlkin araşdırmalar zamanı məlum olub ki, A.Ağarzayeva dekabrın 18-də səhər saat 06 radələrində xəstəxanaya daxil olub, axşam saat 20:40 radələrində təbii doğuşla ölü oğlan uşağı dünyaya gətirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.