Cəmiyyət

Azərbaycan xalqının tolerantlıq və multikulturalizm ənənəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir - Gündüz İsmayılov

18 Dekabr 2019 08:40
Baxış: 748
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan xalqının əsrlər boyu mövcud olan tolerantlıq və multikulturalizm ənənəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyev hər zaman Azərbaycançılıq ideologiyasının inkişafını və milli-mənəvi dəyərlərin qorunmasını daim diqqət mərkəzində saxlayır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov komitə və Bərdə Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Dünyəvi dövlətdə din və təhsil" mövzusunda seminar-treninqdə deyib.

Sədr müavini bildirib ki, ibadətlə yanaşı, İslam dini birliyə və həmrəyliyə böyük önəm verir: "Dinimizin əsas məqsədlərindən biri də cəmiyyət, dövlət və ailə üçün faydalı olan, bilikli, elmli savadlı nümunəvi vətəndaş formalaşdırmaqdır. İslam dini meydana çıxdığı gündən elmə böyük dəyər verib, təhsil almağı ibadət səviyyəsinə qədər yüksəldib. Milli və dini dəyərlərimizin qorunması vacibdir. Yad dini ideologiyaların yayılması cəhdlərinin qarşısının alınması gənclər arasında milli-mənəvi, xüsusilə dini dəyərlərin təbliğinin doğru aparılmasından asılıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.