Cəmiyyət

Kənd yumurtaları alarkən diqqətli olun: Çoxu eyni ölçüdə olmamalıdır

9 Dekabr 2019 08:26
1 Şərh     Baxış: 3 326

Yumurta qida dəyərinə görə yüksək keyfiyyətli və orqanizm tərəfindən 97-98% mənimsənilən ərzaq məhsuludur. Yumurtanın tərkibində dəyərli zülallar, yağlar, lesitinlər, vitaminlər və mineral maddələr vardır.

Milli.Az bildirir ki, Trend-in Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalara istinadən verdiyi məlumata görə, heyvan mənşəli qida qrupuna daxil olan yumurtada bir sıra risk qrupları var. Bu risklərə nəinki mikroorqanizmlərlə, həmçinin qida alergiyaları da daxildir.

Yumurta alarkən aşağıdakı qaydalara diqqət etmək lazımdır:

• Yumurta alarkən ilk növbədə yumurtanın təzəliyini təsdiq edən etiketlərə diqqət yetirməliyik;
• Yumurtanın orqanoleptik göstəricilərinə diqqət edilməlidir;
• Yumurtaların üzərində yumurtlama tarixini göstərən ştamp vurulmalıdır;
• Çatlaq və qırıq yumurtaları almaq olmaz, çünki belə yumurtalarda mikroorqanizmlərlə yoluxma riski yüksəkdir;
• Kənd yumurtalarının çoxu eyni ölçüdə olmamalıdır;
• Yumurtanın qablaşdırılmasında istifadə olunan materiallar zədələnməmiş, quru, təmiz olmalı və onlardan kənar qoxu gəlməməlidir.

Yumurta istifadə edərkən isə aşağıdakılara diqqət etməliyik:

• Yumurtanın ağı və sarısında mikroorqanizmlərin aşkar olunması ehtimalını nəzərə alsaq, yumurta çiy və yarıbişmiş halda istehlak edilməməlidir. Çiy yumurtanın həm də həzm olunması çətindir;
• Sarısı və ağı qismən qarışmış, kənar qoxusu olan yumurta, qabığının altında səthinin 1/8 hissəsini təşkil edən bir və ya bir neçə tünd ləkəsi olan və sarısı quruyub qabığına yapışmış yumurtalar keyfiyyətsiz sayılır;
• Yumurtanın ağı duru, şəffaf, eynicinsli, təmiz, ləkəsiz və kənar qatqılarsız olmalıdır;
• Yumurtanın sarısı yığcam, rəngi açıq sarıdan narıncıya qədər, dadı və iyi xoşagələn olmalıdır. Belə göstəricilər onun təzə olmasının əlamətidir.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Roya · 9 Dekabr 2019 09:0630

    Eyni ölçüde olmamalıdır fikri qismen doğru deyil.Çünki,Kentlilerden yumurta alan satıcılar yumurtaları seçerek ancaq böyükleri götürürler ve bu baxımdan yumurtaların hamısı eyni,böyük ölçülü olur.Qıraqdan görnüşle ayırd etmek olmur.(lax yumurta xaric).Sındırdıqda bilmek olar.Qaynadılmış yumurtanın qabığı asanlıqla temizlenirse bir qeder köhne,çetinlikle temizlenirse yeni yumurtadır.En yaxşısı inanılan bır satıcı taparaq hemişe ondan almağa çalışın.(eger yeni yumurtanı qaynadarken temizlemeye çetinlik çekirsizse yumurta qaynadacağınız suya bir az duz elave edin.Bununla işiniz asanlaşacaq)

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.