Cəmiyyət

Dəmiryoluna aid bilet kassaları ləğv olunacaq

14 Noyabr 2011 14:37
0 Şərh     Baxış: 422
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az xəbər portalının Regional TV kanalına istinadən verdiyi məlumata görə, gələn ilin ilk ayından etibarən Xaçmaz Dəmiryol stansiyasından həm kassa, həm də  internet vasitəsilə bilet əldə etmək mümkün olacaq.

Elektron bilet satışı özünü doğrultduqdan sonra bilet kassaları ləğv ediləcək. Stansiyadan bildirilir ki, məqsəd sərnişinlərin rahatığını təmin etməkdir. Əksər Avropa ölkələrində bilet kassalarından istifadə olunmur. Sərnişinlər istənilən yerdə bilet əldə edə bilirlər. Cari ilədək Xaçmaz Dəmiryol Stansiyasından bilet əldə etmək istəyən sakinlər bəzi çətinliklər yaşayıblar. Dəmiryoluna məxsus əlaqə nömrəsi daxili sistemə məxsus olub. Sakinlər dəmiryol stansiyası ilə əlaqə saxlaya bilməyiblər. Bilet sifarişi üçün sakinlər mütləq stansiyaya gəlməli olublar.

Cari ildən etibarən istənilən yerdən stansiyanın telefon nömrəsinə zəng etmək mümkündür. Sərnişinlər həm beynəlxalq, həm də ölkədaxili biletləri telefon vasitəsilə sifariş edə bilirlər. İnternet vasitəsilə bilet almaq mümkün olduqdan sonra sərnişinlərin işi daha rahat olacaq. Xaçmaz Dəmiryol stansiyası peyk rabitə vasitəsi ilə də təmin olunacaq. Bununla da stansiya əməkdaşları ölkədaxili və xarici dəmiryol stansiyaları ilə birbaşa əlaqə qura biləcəklər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.