Cəmiyyət

Bakı MDB-nin 5 payız turizmi istiqamətindən biridir

2 Oktyabr 2019 03:30
0 Şərh     Baxış: 876
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "TurStat" turizm portalı payız mövsümündə istirahət və səyahət üçün MDB-nin ən yaxşı şəhərlərinin reytinqini açıqlayıb. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Birlik ölkələri arasında rusiyalı turistlərin ən çox payız səyahətinə çıxdığı beş ölkədən biridir. Minsk, Astana, Almatı, Daşkənd şəhərləri də ilk beşliyə daxil edilib.

Portalın məlumatında qeyd olunur ki, oktyabrın sonunda Azərbaycanın Göyçay rayonunda nar festivalı keçiriləcək, sentyabrın 20-dən oktyabrın 8-dək Minskdə "TEART" Beynəlxalq Teatr Festivalı keçirilir, oktyabrın 5-6-da isə Kişineuda Şərab günü təşkil olunacaq.

"TurStat" turizm portalı onu da qeyd edib ki, rusiyalı turistlər MDB şəhərlərində və ölkələrində payız səyahəti zamanı qonaqlama və yemək üçün gündəlik 40-100 dollar arası pul xərcləyirlər. Onlar Minskə bazar günü istirahəti, Astana və Bakıya isə şopinq üçün gedirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.