Sağlam qida

Bu məhsul marketlərdən yığışdırılır - İçindən şüşə qırıqları çıxdı - FOTO

3 May 2025 02:02
Baxış: 1 067
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur makaron sousu marketlərdən geri çağırılıb.

Milli.Az xəbər verir ki, buna səbəb içində şüşə qırıntılarının olma ehtimalıdır.

"Organic Alla Norma Sauce" adlı sousun bəzi partiyalarında şüşə qırıqları aşkarlanıb və satışdan yığışdırılaraq istehlakçılara yeməmək xəbərdarlığı edilib. Geri çağırılma 140227 partiya nömrəli və istifadə müddəti 14/02/2027 olan məhsulları əhatə edir.

Qida Standartları Agentliyi bildirib ki, bu sousu alanlar dərhal marketə qaytarıb pulunu geri almalıdırlar. İstehlakçılara "əgər bu məhsuldan almısınızsa, onu yeməyin" xəbərdarlığı edilib.

Agentlik qeyd edib ki, geri çağırma qərarı məhsulda insan sağlamlığı üçün təhlükə yarada biləcək problem aşkarlananda verilir. Sousun geri çağırılması "Ocado" da daxil olmaqla onu satan bütün mağazalara şamil olunub.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.