Donald Tramp özünü Roma Papası kimi təsvir edən foto paylaşıb
ABŞ-ın prezidenti Donald Tramp süni intellekt vasitəsilə hazırlanmış və özünü Roma Papası obrazında göstərən bir foto paylaşımı edib.
Milli.Az xəbər verir ki, Tramp bu görüntünü "Truth Social" platformasındakı hesabında yayımlayıb. Paylaşımda heç bir şərh verilməyib, lakin sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, Tramp bir neçə gün əvvəl, aprelin sonunda zarafatla Roma Papası olmaq istədiyini bildirmişdi.
Xatırladaq ki, Roma Papası Fransisk 21 aprel tarixində 88 yaşında vəfat edib. Yeni Papanın seçilməsi üçün keçiriləcək qapalı konklav mayın 7-də Vatikanda başlayacaq.
Fidan
Milli.Az