Ölkə

“Ünvanli sosial yardım” almaqla bağlı aldana bilərsiniz – XƏBƏRDARLIQ - VİDEO

3 May 2025 08:35
Baxış: 529
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

3399 manat ünvanlı sosial yardım almağa kömək göstəririk. "Feysbuk sosial şəbəkəsində yaradılan "Azərbaycan Sosial Yardım 2025" adlı saxta profil altında guya sosial yardıma ehtiyacı olan insanlara yardım edilir, onlara dövlətin bu qayğısından yararlanmaq üçün şirnikləndirici təkliflər səsləndirilir.

Əslində isə dələduzluq yolu ilə insanları aldadaraq vəsaitlərini ələ keçirmək məqsədi daşıyan səhifə təqdim edilir. Dövlət Sosial Müdafiə Fondu əhalini diqqətli olmağa səsləyib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, qurumun  mətbuat katibi Rəşad Mehdili qeyd edib ki, səhifədə  əvvəlcə  istifadəçiyə sosial yardım əldə etmək üçün ərizə ilə qeydiyyatdan keçmək təklif olunur.

Rəşad Mehdili qeyd edib ki, aztəminatlı ailələrə ünvanlı yardım həmin ailələrin təmsilçiləri tərəfindən elektron qaydada edilmiş müraciət əsasında təyin olunur.

Müraciətə e-sistem üzərindən və müxtəlif qurumların informasiya ehtiyatlarına inteqrasiya əsasında baxılır. Yardım təyin olunub-olunmamasına dair vətəndaşlara SMS-bildiriş göndərilir. Eyni zamanda, "142" Çağrı mərkəzinə də müraciət edərək, bu mövzuda ətraflı məlumat almaq olar.

Daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.