Cəmiyyət

70 minə yaxın mənzil istiliklə təmin edilməyəcək - VİDEO - FOTO

19 Sentyabr 2019 20:20
0 Şərh     Baxış: 1 029

Artıq temperatur enib və payızın gəlməsinə 3 gün vaxt qalıb. Bu dönəm həm də xəstəliklərin geniş yayıldığı, virusların aktiv olduğu dövrdü. İmmun sisteminin güclü olması ilə yanaşı  mənzillərin istiliklə təminatı xəstəliklərdən qorunmaq üçün vacib şərtdir. Əməkdaşlarımızın araşdırmasıyla məlum olub ki, paytaxtda hazırda 70 minə yaxın mənzilin qonşu istilik xətti zədələdiyindən mənzillər mərkəzi istilik sistemi ilə qızdırıla bilmir.
 
Milli.Az bildirir ki, ARB TV-nin əməkdaşları mərkəzi istilik sisteminin sıradan çıxması məsələsini araşdırıb.

Köhnə binaların çoxunda eyni mənzərədir. İstilik batereyalarının yeri var, amma özü yoxdur. Sakinlərin çoxu həmin batereyaları çıxarıb. Səbəb kimi isə istilik enerjisinin lazımi səviyyədə verilməməsini göstərirlər. Qışda evlərini qızdırmaq üçün ya elektriklə işləyən batereyalardan, ya da kondisionerdən istifadə edirlər.

Sakin: "İsidici batereyanın yeri var, amma istilik olmayanda çıxardılıb atılıb. Biz bura köçəndə həmin nasaz sistemlərdən evə su sızırdı, biz də məcbur olduq çıxardıq atdıq".

Məsələ bundadır ki, batereyanı ümumi xətdən ayıran şəxslər təkcə öz mənzilinin istilik təminatını kəsmir. Eləcə də eyni xətt üzrə yerləşən digər mənzillərə istilik verilməsinə də problemlər yaradır. Hazırda Bakıda 70 minə yaxın mənzil sahibi var ki, digər qonşuların xətti zədələməsi səbəbindən evini qızdıra bilmir. 

Rafiq Əliyev - "Azəristiliktəchizat" ASC nin xidmət rəisi: "Əgər bir mənzildə istilik xətləri kəsilibsə, həmin mənzilin yuxarısında və aşağısında olan mərtəbələrdə mənzillər də istilik təhcizatından məhrum olurlar. Qazanxana tikilərkən nəzərə alınır ki, qazanxananın xidmət zonasına daxil olan binalar fasiləsiz istilik enerjisi ilə təmin edilsin. Binadaxili və ya mənzildaxili xətlərdə nasazlıq varsa, qanuna əsasən, sakinlər özləri tədbir görməlidir. Qurumun əməkdaşları isə pulsuz texniki xidmət göstərməyə hazırdılar. Məhəllədaxili xətlərdə olan problemlər isə noyabr ayınadək aradan qaldırılacaq".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.