Cəmiyyət

Günün qoroskopu: yaşamınızda taleyüklü dəyişikliklər başlanır

24 Avqust 2019 00:01
12 Şərh     Baxış: 4 910

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - imkan və potensialınızı olduğundan artıq dəyərləndirməyin. Situasiya təhlükəli vəziyyət həddinə çatarsa, dayanın, irəli getməyin.

Emosional, konkret məqsədi olmayan söhbətlərə həddən ziyadə vaxt ayırmayın. Enerjinizi işə ayırın.
Fiziki işdə fayda var.

Münasibətlərdə illüziyalara və puç xəyallara qapılmayın. Əks təqdirdə peşmançılıq və təəssüf hissi qaçılmazdır. Narahat olmayın. Darmadağın olmuş illüziyaların yerində yeni maraq formalaşacaq.

Buğa - emosional fonu ağır gündür. İndiyədək təxirə salınan məsələyə diqqət yetirməli olacaqsınız. Ağrılı suala cavab vermək, seçim etmək zamanıdır.

Bezdirici münasibətlər, asılılıq və ya zərərli vərdişdən qurtulmaq vaxtıdır. Belədə sonrakı fəaliyyət üçün asudə müstəvi hissi yaranacaq. Sizə əziz olan insanlarla təmaslarda həssas olun.

Səhhətinizin qayğısına qalın. Travma riski var.
Yolda diqqətli olun.

Əkizlər - sözlərinizdə ehtiyatlı olun. Böhran formalaşmaqdadır. Situasiyanın sizin üçün arzuolunmaz istiqamətdə inkişafının qarşısını alın.

Yoxlanmamış informasiya mənbələrinə etibar etməyin. Öz axarında olan situasiyalarda sakit, təmkinli, amma sayıq davranın.

Olayların digər iştirakçılarının hövsələsiz və dözümsüz davranışlarına aldanmayın. İnsanlar və hadisələr tam aşkarlanmayınca addım atmayın. Hər şey əyan olandan sonra nəticələr çıxararaq qərar qəbul etmək olar.

Daxili yön dəyişdirmə, prinsip etibarilə yeni mövqeyə keçid və yeni məqsədin seçimi üçün əlverişli gündür.

Xərçəng - mübahisələrə qatılmayın. Qarşısı alınmayan emosiyalar sizi münaqişəyə apara bilər. İnformasiya məkanındakı gərginlik və nevroz vəziyyət pis nəticələr verə bilər.

Mənfi təsirdən özünüzü qorumasanız, ciddi problemlə üzləşməyiniz istisna deyil.
Psixikanızın müdafiə funksiyalarından yararlanın.

Əldə etdiyiniz mövqeləri və mühüm əlaqələrdəki müvazinəti qoruyun. Özünüz və sevdiyiniz insanlar üçün daha çox xoş işlər görün. Gün sizi razı salacaq.

Şir - hadisələr sürətlə inkişaf edir. Fəqət situasiyada aşkar hiss olunan xaos var. Durumu dəyərləndirin, yeni aşkarlanan olaylara ciddi fikir verərək planlarda fərqli vasitələrə əl atmaq olar.

Yaşananları diqqətlə müşahidə edin, ətrafınızdakı insanların dediklərinə qulaq asın.
Mövqeləriniz həmişəki kimi güclü deyil.

Sınaqlar və imtinalar mərhələsindən keçirsiniz. Baş verməyəcək hadisəni reallaşdırmaq üçün səy göstərməyin. İntuitiv olaraq yeni orientirlər seçin.

Qız - qorxu, qeyri-müəyyənlik, addım və qərarlarınızda təbəddülat, yaxın ətrafınızdakı insanlardan birindən kəskin narazılıq ola bilər. Kənar şərtlər və olaylar baş verənlərin mənzərəsini dəyişir. Stress istisna deyil.

Qarşılaşdığınız problemi və aldığınız xəbərləri təhlil edin. Nevroz situasiyadır, amma iki gün sonra hər şey normallaşacaq.

Cari dəyişiklikləri nəzərə alaraq bundan sonrakı fəaliyyətinizi, atacağınız addımları diqqətlə fikirləşin. Fəaliyyəti dayandırmayın, önəm verdiyiniz münasibətləri kəsməyin.

Tərəzi - emosiyalar və hisslər enerjinizin konstruktiv olmayan işlərə sərfinə səbəb ola bilər. İzafi hisslər dramatik mərhələyə keçməsin, kəskin və proqnozlaşdırılmayan münaqişələr yaratmasın. Sizə rəğbəti olan insanın müdrik məsləhətinə qulaq asın.

Özünüzü hirsləndirməyin, yaşananları dramatikləşdirməyin. Bilavasitə iştirakınızı tələb edən işlərlə məşğul olun.

Axşam saatlarında əyləncə və bu kimi istirahət istəyə bilərsiniz. Evdən çox uzaqlaşmayın.

Əqrəb - aktiv olun, təxirəsalınmaz işləri başa çatdırın. Münasibətləri aydınlaşdırmağa çalışmayın. Tam etibar etmədiyiniz insanla səmimi olmayın.

Görmək istədiyiniz iş barədə vaxtından əvvəl açıqlamalar verməyin. Prioritet və planlara yenidən baxın.

Bu gün nədənsə imtina etməli olacaqsınız. Hansısa ümid puç olacaq. Fəqət paralel olaraq sizi sevindirəcək hadisə yaşanacaq. Fəaliyyətin maliyyə yönlərinə diqqət yetirin.
Axşam saatlarında aktiv istirahəti seçin.

Oxatan - başladığınız işi və ya reallaşdırmağa çalışdığınız layihəni yarımçıq qoymayın. Maraqlarınızın ümumi olduğu insanlarla vaxt keçirmək faydalıdır.

Hadisələri öz axarına buraxmayın. Dəqiq və konkret məramlarınız, fəaliyyət prinsipləriniz olmalıdır.

Münaqişələr, emosional diskussiyalar istisna deyil. Şərik və ya tərəfdaşla ümumi tapşırıq, sifariş və ya layihəni təhlil edin.

Yaxın ətrafınızdakı insanlardan birinin inciməsi, küsməsi istisna deyil.  Səhhətinizə fikir verin.
Müəyyən mövzu ilə bağlı baxışlarınızı dəyişə biləcək önəmli söhbət baş tuta bilər.

Oğlaq - çətin gündür. Planlar dəyişəcək, planlar və işlərdə qəfil dəyişikliklər olacaq. Yaşananları süni şəkildə mürəkkəbləşdirməyə çalışmayın. Qərarların qəbul olunması zamanı astagəllik etməyin, çevik tərpənin.

Yeni ideyalar arasında maraqlı olanı var. Evdə məişət texnikasının işində fasilələr və ya problemlər yarana bilər.

Evi nəzarətsiz qoymayın. Xüsusi ehtiyac olmadan heç bir təmir işi aparmayın.
Köhnə hisslər, sınıq və yararsız avadanlıq, etibarınızı itirmiş insanla əlaqələrdən qurtulun.

Gərginlikdən qurtulmağın yollarını tapın.
Axşam saatlarında istirahət edin.

Dolça - yaşamın öz qaydalarını diqtə etdiyi sahədə və müstəvidə təzyiqlərə əl atmayın. Əsas planı həyata keçirmək, ideyanı gerçəkləşdirmək üçün bəzi məsələlərdə güzəştə getmək olar. Kənardan alınan rəğbət impulsları əhvalınızı yaxşılaşdıra bilər.

Ev işlərinin həcmini azaldın. Görüş və ünsiyyətlərdə aktiv olun. Proses əsnasında planların dəyişməsi istisna deyil.

Qətiyyətli olsanız, pozitiv nəticəyə nail olacaqsınız. Cəlb olunduğunuz situasiyaların sərfəli yönlərindən istifadə etməyə çalışın. Bəzi məqamlar sürətlə yenilənməyə başlayıb.

Yaradıcılıq, şəxsi münasibətlərdə aktivlik, səhvlərin aradan qaldırılması üçün əlverişli vaxtdır.

Balıqlar - yaşamınızda taleyüklü dəyişikliklər başlanır. Görüşlər və vidalaşmalar həyatınızın yenilikliklərini artırır.

Sizə yada çevrilən insanla sağollaşmaq vaxtı çatıbsa, onu saxlamayın.
Hiss və emosiyalarınıza hakim olun.

Pozitiv dəyişikliklər ərəfəsindəsiniz. Planlar qurun, ideyaları nəzərdən keçirin, faydalı əlaqələrin çevrəsini artırın. Bütün bunlar karınıza gələ bilər.

Lakin həddən ziyadə səmimi olmayın, etiraflara qapılmayın. Yaxın ətrafınızdakı insanların sizin mövqeyinizi qəbul etməsinə nail olmağı arzulamayın.

Şəraitlər sizə xas olmayan addım atmağa vadar edə bilər.

Milli.Az

loading...

Şərh yaz:

12 Şərh:

  • Anonim
    Ulya · 24 Avqust 01:25200

    İllər boyu səni gəzdim, Ay gecikən məhəbbətim! Sən yubandın, mən tələsdim, Getdi gənclik təravətim, Ay gecikən məhəbbətim! Mən bir yanda sənə möhtac, Sən bir yanda gəzdin əlac. İki qəlbdə bir ehtiyac, Övladıyıq bir həsrətin, Ay gecikən məhəbbətim! Saç ağartdım bu yollarda, Harda idin, söylə harda?! Bir yarpağam son baharda, Saralıram yetim-yetim, Ay gecikən məhəbbətim! Sən əzabsan, göz yaşısan, Bəxtimin son naxışısan, Bəlkə tale qarğışısan, Bəlkə də ilk səadətim, Ay gecikən məhəbbətim! Gəl ki, sənsiz ürək bir daş. Poz qanunu, sədləri aş. Sevə-sevə öləydim kaş, Sən olaydın vəsiyyətim, Ay gecikən məhəbbətim! Bir könül var, əmanətdir, Acısı da şirin dərddir. Bir qadına xəyanətdir, Bir gözələ sədaqətim, Ay gecikən məhəbbətim! Cəzan varsa, verən gəlsin, Könlü hicran görən gəlsin. Məcnun gəlsin, Kərəm gəlsin, Desin, nədir qəbahətim, Ay gecikən məhəbbətim! Bir xəstəyəm, əlacım sən, Bir koram, əl ağacım sən, Görüşünə əl açım sən – Gəl ol mənim son qismətim, Ay gecikən məhəbbətim!

    Cavab yaz
    • Anonim
      Ulya xanıma · 24 Avqust 09:0340

      Kövrəltdiz məni səhər səhər. Like!

      Cavab yaz
  • Anonim
    Ulya · 24 Avqust 01:26100

    Necə rəhmlidir, necə amansız, Necə mehribandır qadın ürəyi! Sən onu sındırsan, bil ki, a qansız, Ağlayan kamandır qadın ürəyi. Güldürsən, ömürlük səadətindir, Söndürsən, yanmağı bir də çətindir. O, əsl qayğının, məhəbbətindir, Sevgisiz zindandır qadın ürəyi. Daşı da əridər, daş da olar o, Əriyib gözlərdə yaş da olar o. Bahar da olar o, qış da olar o, Damladır, ümmandır qadın ürəyi. Onunla dünyadır sənə qəfəs də, Onsuz heç yaşama bu torpaq üstə. Sevən bir ürəyə axır nəfəsdə Ən gözəl dərmandır qadın ürəyi. Onu alçaldan da, ucaldan da biz, Dərd verib, vədəsiz qocaldan da biz. Qədrini biləndə bu cahanda biz, Həmişə cavandır qadın ürəyi. Bəzən gül tək solar acı bir sözdən, Ağlayar xəlvəti, gülsə də üzdən Bəzən uşaq kimi bir ürəksizdən Məhəbbət umandır qadın ürəyi. Bir namərd əlindən zəhər içəndə, Keçirər ömrünü o, yas içində. Bəzən ən qiymətli libas içində, Nalədir, fəğandır qadın ürəyi.

    Cavab yaz
  • Anonim
    Ulya · 24 Avqust 01:2680

    Sənsiz əl çəkərəm arzudan, kamdan, Nə çıxar sevgisiz-sənsiz ilhamdan? İncitsən, dözərəm, Tofiq Bayramdan İncimə, amandır, qadın ürəyi!

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli (Şamaxı) · 24 Avqust 07:5723

    Status-Hər insan sevməz, hər sevən getməz, hər gedən unutmaz.Açılan sabahlarımız ürəyimizcə olsun.

    Cavab yaz
  • Anonim
    Zyuma · 24 Avqust 10:2160

    Hörmetll Ulya..bu weirler menim en cox sevdiyim weirlerdir..Cox sag olun ki ..xatirlatdiniz bunlari mene.tewekkurler..

    Cavab yaz
  • Anonim
    Zyuma · 24 Avqust 10:2350

    Poeziyani yalniz ince qelbli..derin duwunceli..saf mehebbetli insanlar sevir...Ewq olsun sizlere...

    Cavab yaz
    • Anonim
      Arzu · 24 Avqust 12:3110

      Salamlar hamıya doslar bacılar her vaxtıvız xeyir olsun necesiniz darıxdım hamıvızdan ötrü canlar

      Cavab yaz
      • Anonim
        Zəhra · 24 Avqust 15:3210

        Salam can. SƏn necəsən? Hər şey yaxşıdır. Darıxmışdım mənd yaxşı yazdın. Ən çox sənə havada yazırdım mən. Amma sən yazmırsan oraya

        Cavab yaz
  • Anonim
    Ulya · 24 Avqust 17:4722

    Hər kəsə salamlar. Yazdığım şeirləri bəyəndiyiniz üçün təşəkkürlər.

    Cavab yaz
    • Anonim
      **** · 24 Avqust 20:2010

      Beyenmedim

      Cavab yaz
    • Anonim
      Zəhra · 24 Avqust 23:3500

      Əksinə biz təşəkkür edirik gözəl vaxtınızı ayırıb bizə belə gözəl şeirlər yazırsız

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.