Cəmiyyət

Günün qoroskopu: Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə səlis və diqqətli olun

17 Avqust 2019 00:01
21 Şərh     Baxış: 4 511

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - gözlənilməz hadisələr və xoş sürprizlərlə dolu gündür. Eksperimentlər, yeni planların reallaşması, qeyri-adi açıqlamaların mümkün olacağı zamandır.

Karyera müstəvisində irəliləmək və ya çoxdan arzuladığınız işi, vəzifəni, sifarişi almaq imkanları var.

Bunun üçün sürətlə hərəkət etmək, qətiyyətlə davranmaq gərəkdir.

Günün ikinci yarısında emosiyalarınıza hakim olun. Ciddi tanışlıq ehtimalı azdır, amma ötəri münasibətlər olacaq.

Maliyyə məsələlərində ehtiyatlı olun. Bədxərclik eləməyin.

Borc almayın.

Buğa - çətin gündür, lakin çətinliklərin öhdəsindən gələcəksiniz.

Əsas məsələ, depressiv əhval-ruhiyyənin təsirində qalmayın. Doğrudur, yaxın ətrafınızdakı insanlarla dil tapmaq asan deyil.

Amma ümumi fəaliyyətlə bağlı razılığa gəlmək olar. Rəhbərlik sizdən çox iş tələb edir, qarşınıza yeni tapşırıqlar qoyur. Əlavə işlər görməli olacaqsınız.

Günün ikinci yarısında maliyyə fonu əlverişli deyil. Sərfəli anlaşma, yaxşı sifariş və ya gəlirə bel bağlamayın.

Bununla belə, ümidi kəsməyin. Hər şey yaxşı olacaq.

Əkizlər - işdə və evdə yaşanan dəyişikliklər planları dəyişdirəcək.

Buna sevinin, axı istifadə edə biləcəyiniz yeni imkanlar yaranır. İşdə rəhbərlik və həmkarlarla qeyri-formal şəraitdə ünsiyyət üçün yaxşı gündür.

Önəmli danışıqları özünüzü rahat və yaxşı hiss edəcəyiniz yerdə keçirin.

İş üçün gərəkli əşyalar, alətlər və texnika almaq olar.

Günün ikinci yarısında intellektual potensial yüksəkdir. Dürüst qərarları sürətlə qəbul edin, qarışıq situasiyalarda doğru yolu seçin. Ağıllı insanlarla ünsiyyət sizə xoş emosiyalar bəxş edəcək.

Xərçəng - yaşanan hadisələri dərhal adekvat dəyərləndirə bilməyəcəksiniz. İlk əvvəl narahat olacaq, təşvişə düşəcəksiniz.

Lakin az sonra anlayacaqsınız ki, dəyişikliklər yaxşılığa doğrudur. İş yerini dəyişmək, qüvvə və potensialınızı fərqli sahədə yoxlamaq imkanları yaranır.

Yeni ideya və planların reallaşması üçün əlverişli zamandır.

Peşəkar fəaliyyət sahəsi ilə yanaşı, şəxsi münasibətlərdə də təşəbbüskar ola bilərsiniz.

Günün ikinci yarısında uzunmüddətli səfərə yollana bilərsiniz. Evdə qalsanız, darıxmayın. Sizi dostlarla görüş, ya da romantik macəra gözləyir.

Şir - günün ilk yarısı çətindir. Problemlər var, günün emosional fonu əlverişli deyil. Bu səbəbdən də yaşanan hadisələri bədbin çalarlarda görürsünüz.

İşlə müqayisədə şəxsi münasibətlər barədə çox düşünməyin. Belə olarsa ən sadə proseslərdə səhvlərə yol verəcəksiniz.

Rəhbərliklə fikir ayrılıqları yarana bilər.

Günün ikinci yarısında situasiya stabilləşəcək. Pozitiv təmayüllər güclənəcək, özünüzü daha rahat hiss edəcəksiniz.

Axşam saatları qeyri-adi əyləncələr, maraqlı insanlarla görüş zamanıdır.

Sevdiyiniz insanla münasibətləriniz qısqanclıqla korlanmasın.

Soyuqqanlı, səmimi olun.

Qız - günün ilk yarısında narahatlıq və təlaş ola bilər. Peşə fəaliyyəti sahəsində çətinliklər və maliyyə itkiləri istisna deyil.

İşlər çoxdur, onları yerbəyer etmək asan deyil. Aktual olan işləri ikinci dərəcəli məsələlərdən ayırın.

İşdə rəhbərlik və həmkarlarla anlaşılmaz situasiyaların yaranmasının təhəbbüskarı olmayın. Əks təqdirdə nüfuzu qorumaq asan olmayacaq. Söhbət və danışıqlarda ehtiyatlı olun. Sözlərinizə fikir verin.

Günün ikinci yarısında pozitiv təmayüllərin təsiri artır.

Çətinliklərin əksəriyyəti qət olunacaq, qarşınızda yeni imkanlar yaranacaq.

Axşam saatları ailə üzvləri ilə xoş ünsiyyət, çoxdan bəri normal təmaslarınız olmayan insanlarla dil tapmaq üçün əlverişli zamandır.

Tərəzi - diqqətli, huşyar olun. Ən müxtəlif işlər səlis yanaşma tələb edir. Bir işi yarımçıq qoyub başqasına başlamayın.

Yeni ideyalar çoxdur. Amma onları reallaşdıra bilmədiniz deyə, sinirlənməyin.

Sürətlə hərəkət edin, amma ifrata varmayın.

Əks təqdirdə ətrafınızdakı insanlarda narazılıq yaranaraq münaqişəyə rəvac verə bilər.

Günün ikinci yarısında əhvalınız pisləşə bilər. Axşam saatları xüsusilə əsəbi keçəcək.

Əks cins mənsubu, xüsusilə də yaşlı qohumla dil tapmaq çox çətindir.

Ən kiçik məsələ əsəbləri tarıma çəkə bilər.

Əqrəb - peşəkar fəaliyyət sahəsində asan uğurlara bel bağlamayın.

Nəyəsə nail olmaq istəyirsinizsə, zəhmət çəkməli olacaqsınız. Kimsə sizə yardım etmək, problemlərinizin bir qismini öz üzərinə götürmək niyyətində deyil.

İş yoldaşları ilə dil tapmaq asan deyil.

Günün ikinci yarısı araşdırmalar, tədqiqatlar, bilik və təcrübənin artırılması üçün əlverişli zamandır.

Dəvət aldığınız bütün tədbirlərə qatılmayın. Yorulacaq, usanacaqsınız.

Axşam saatları gəzinti və aktiv istirahət üçündür.

Oxatan - günün ilk yarısı maraqlı və hadisələrlə zəngin olacaq.

Qətiyyətli, inadkar, əzmli olsanız, məqsədlərinizə çata bilərsiniz. Tənbəllik etməyin, ətalətli davranmayın.

Yeniliyi əxz etməyə, fəaliyyətinizdə innovasiyalara yer verməyə çalışın.

Başqalarının səhvlərini təhlil edin ki, özünüz həmin səhvləri təkrarlamayasınız.

İşgüzar danışıqlarda uğur əldə etmək istəyirsinizsə güzəştə getməyin, nəyə nail olmaq istədiyinizi müəyyənləşdirin.

Günün ikinci yarısı ailə üzvləri ilə birlikdə çalışmaq, istirahətlə bağlı planları müzakirə etmək üçün əlverişlidir.

Alış-veriş edin, simic davranmayın.

Oğlaq - ən müxtəlif işlər üçün uğurlu və əlverişli gündür. Yaxın ətrafınızdakı insanlarla asanlıqla dil tapacaqsınız.

Əvvəllər anlamadığınız, başa düşmək istəmədiyiniz insanların problemlərini dərk edin.

Əks cins mənsubu ilə söhbətdə ehtiyatlı olun.

Qəfil hədiyyə, gəlir istisna deyil. Qarşınızda yeni işgüzar perspektivlər yaradan təklif alacaqsınız.

Günün ikinci yarısında neqativ təmayüllər üzə çıxacaq. Əhvalınız pozulacaq, kiçik anlaşılmazlıqlar yaranacaq.

Lakin ruhdan düşməyin, qətiyyətlə və inamla çalışın.

Özünüzü sevindirməyin yollarını tapın.

Dolça - sizi maraqlandıran sahələrdə əməkdaşlıq üçün əlverişli zamandır.

Nikbin və qətiyyətli olun.

Ətrafınızdakı insanlar sizin əzminizdən ruhlanmalıdır.

Çoxdan bəri görmədiyiniz insanlarla görüşlər effektiv nəticə verəcək. Anlayacaqsınız ki, qarşılıqlı rəğbət və maraq yox olmayıb.

Zəifləmiş romantik münasibətləri bərpa etmək şansı var. Lakin bu addımı atmazdan əvvəl düşünün: belə bərpaya ehtiyac duyulur?

Günün ikinci yarısında əldə edilən razılaşma və sövdələşmə gəlir vəd edir. Yeni işə başlayırsınızsa, ümidləriniz doğrulacaq.

Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə səlis və diqqətli olun.

Balıqlar - yaxın ətrafınızdakı insanlarla münaqişəyə rəvac verməyin. Mübahisə edənləri sakitləşdirin, küsənləri barışdırın.

Yaxşı tanıdığınız insanlardan birinin yardıma ehtiyacı var. Ona kömək edin. İşgüzar danışıqlar yaxşı keçəcək. Həssas və diqqətli olun.

Yeni işə başlamaq üçün əlverişli zamandır. İlk uğur tezliklə əldə olunacaq. Hətta ən çətin problemlərin öhdəsindən asanlıqla gələcəksiniz.

Dəvət aldığınız tədbirə qatılın.

Dostlarla görüşün, ailəvi istirahət edin.

Pozitiv emosiyalar ala bilərsiniz.

Milli.Az

loading...

Şərh yaz:

21 Şərh:

  • Anonim
    Ulya · 17 Avqust 00:13514

    Bilməm, məni nеçin atmış, unutmuş, Cövrü-cəfasına qurban olduğum. Yoхsa özgəsinə üzünü tutmuş, Yеni sеvdasına qurban olduğum? Mən Dilbəri sordum gəlib-gеdəndən; Dеdilər, barışmaz, küsmüşdür səndən. Mən iltifat еtdim, o qaçdı məndən, Qaçqın ədasına qurban olduğum. O mənim sеvgilim, o mənim anam. Onsuz üzüm gülməz, açılmaz aynam. Bilməm, harda qaldı o nazlı durnam, O хoş sədasına qurban olduğum. Ayrılıq oduna könül dayanmaz. Еşq oduna yanan bir daha yanmaz. Çəkdiyim nalədən nеçin oyanmaz, Şirin röyasına qurban olduğum?

    Cavab yaz
  • Anonim
    Ulya · 17 Avqust 02:40511

    Rəssam, sevgilimin rəsmini gəl çək, Sevgilim gözəldir, sən də gözəl çək. Nazına çatanda fırçadan əl çək, Qoy onun nazını mən özüm çəkim... Çək onun qaradan qara telini Çək, rəssam çək onun incə belini Gözünə çatanda saxla əlini Can alan gözünü mən özüm çəkim Çək Tanrı verdiyi gözəl qulunu Çək dörd bir yanını, sağı solunu Çək onun keçdiyi həyat yolunu Qoy ayaq izini mən özüm çəkim

    Cavab yaz
  • Anonim
    Ulya · 17 Avqust 02:4249

    Qarşımda nazlanıb yenə gülürsən, Bilsən gülüşlərin nəyə bənzəyir? Mən desəm artıqdır, özün bilirsən, Lalə yarmağında şehə bənzəyir. Sənin gülüşlərin bir ruzgar kimi Əsərkən arzumun gülü açılır. Gülsə dodaqların ulduzlar kimi Ruhuma bir sənin işıq saçılır. Söylə, gözəllərin dodaqlarından Bu oynaq gülüşlər umulmuşmudur? Sənin hər qəhrəman ay kənarından Keçən buludmudur, uçan quşmudur? Sənin gülüşlərin yaz səhərindən Hissimə, fikrimə sanki rəng alır. Gül ki, şeirlərim gülüşlərindən Qırılmaq bilməyən bir ahəng alır. Sən güldüyün zaman bu şad günümdə Açılır qarşımda, canlanır bahar, Bə`zən baş ucumda, bə`zən önümdə Şimşəklərim çaxar, sularım axar. Cahan ki, solmayan bir bağça-bağdır, Burda rəvamıdır gülmədən ölmək! Yazıq o şəxsa ki, qaraqabaqdır, Nə qədər yaraşır insana gülmək!

    Cavab yaz
  • Anonim
    Ulya · 17 Avqust 02:4348

    Ana dedim, ürəyimdə yanar odlar saçıldı, Ana dedim, bir ürpəriş hasil oldu canımda. Ana dedim, qarşımda bir gözəl səhnə açıldı, Ana dedim, fəqət onu görməz oldum yanımda. Ana, Ana !.. Bu kəlmənin vurğunuyam əzəldən, Onu gözəl anlatamaz düşündüyüm satırlar. Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən, Çünki onun xilqətində ayrıca bir füsun var. Başqa aləm yaşamadım böylə gözal biçimdə, Onu kimsə gözəlliyin cilvəsində yaratmış. Ana, ana… çiçəkli bir fidandır ki, içimdə, Ta əzəldən kök salaraq, ürəyimdə boy atmış. O fidanı bə’zi vaqıt istiyorum çəkərək, Qoparayım ürəyimdən, fəqət onda varlığım. Sızıldarkən, sanki bir səs qopub incə və titrək, Bir lisanla söylüyor ki: – Mənə dəymə yazığım!

    Cavab yaz
  • Anonim
    Ulya · 17 Avqust 02:4348

    Çünki səni mən bəslədim, mən böyütdüm, oxşadım, Söylədiyin sözlər ki, var beşiyinin üstündə, Oxuduğum türkülərin kölgəsidir, övladım! Mənə məxsus vərəqlər var hər kitabda, hər dində. Nə doğru söz, yazıqlar ki, görməmişəm onu mən, Diyorlar ki, Müşfiq, xəstə bir tifildin, ananı, Baban kimi soyuq əllər qucağına çəkərkən, Yalnız acı fəğanların titrədirdi hər yanı. İndi mənə hər kes:- Anan, baban varmı ?-söyləsə, Diyorom ki, – Qapılmadan bir xülyaya, bir hissə- Olan olmuş, keçən keçmiş, indi məni yaşadan, Bir müqəddəs, bir səmimi, əməlim var tapdığım. İnandığım bir qiblə var, o da hər gün, hər zaman, Yorulmayan qollarımla, düşünərək yapdığım. Bir aləmdir, bir aləm ki, səmaları qıpqızıl, Yüksəkləri, alçaqları, fəzaları qıpqızıl.

    Cavab yaz
  • Anonim
    Ulya · 17 Avqust 02:4448

    Ah, mən gündən-günə bu gözəlləşən İşıqlı dünyadan nеcə əl çəkim? Bu yеrlə çarpışan, göylə əlləşən Dostdan, aşinadan nеcə əl çəkim? Dönmə bir şəbnəmə yaz səhərində, Könül, günəş kimi parla yеrində! Göylərin lacivərd ətəklərində Gеdən bu qovğadan nеcə əl çəkim? Baхınız, dan yеri sökülmüş kimi, Dostlar bir cəbhəyə tökülmüş kimi. Uzaqdan-uzağa хam gümüş kimi Ağaran səhradan nеcə əl çəkim? Təbiət varlıdır, təbiət хəsis, İşlədərkən onu, sən еy mühəndis, Mən də qart daşlara vеrdiyim bu hiss, Bu incə mənadan nеcə əl çəkim?

    Cavab yaz
  • Anonim
    Ulya · 17 Avqust 02:4448

    Bir yanda tərlanlar, dumanlı dağlar, Bir yanda kəkliklər, ayna bulaqlar, Bir yanda bülbüllər, çiçəkli bağlar, Mən bu tamaşadan nеcə əl çəkim? Həyat dеdikləri bu kеşməkəşdən, Qəlbimdə, qanımda yanan atəşdən, Gеcədən, gündüzdən, aydan, günəşdən, Bu əngin fəzadan nеcə əl çəkim? Qarşımda dalğalı dərin bir ümman, Ümmanı sarsıdır bir acı tufan, Bəyaz köpükləri bir çiçək yapan Şеirdən, хülyadan nеcə əl çəkim? Ulduzlar fikrimin çırağbanıdır, Bulud хəyalımın karıvanıdır, Səma ki, hissimin aşiyanıdır, Böylə bir səmadan nеcə əl çəkim?

    Cavab yaz
  • Anonim
    Ulya · 17 Avqust 02:4448

    Mеhriban sеvgilim qarşımda durdu, Yеnə şairliyim başıma vurdu, Məndən məcnun könül maraqla sordu: – Bu saçı lеyladan nеcə əl çəkim? Хəzan acısına еdib təhəmmül, Gülün kölgəsində ötəndə bülbül, – Həyat, həyat! – dеyə çırpınır könül, Könüldən, sеvdadan nеcə əl çəkim? Sən aldın aşını yеni hisslərdən, Еy cavan qələmim, düşmə bəhərdən, A dostlar, söyləyin, mən bu hünərdən, Bu təbi valadan nеcə əl çəkim?

    Cavab yaz
  • Anonim
    Ulya · 17 Avqust 02:45410

    Yağış yağır, rəqs eyləyir gur damlalar, Sıra-sıra. inci-inci nur damlalar. Göyde iki qara buludçatılaraq, İldırımlar şaqqıldayır şaraq-şaraq. Quşlar uçur yuvasna pırıl-pırıl, Şırıldayır navalçalar şırıl-şırıl. Bir-birinə dəydi, baxın, qaldırımlar. Dönmələrdə durana bax, qaçana bax! Qaldırımda o balaca oğlana bax! Öz döşündən yeni sözlər toxuyaraq, Ayağını şappıldadır oxuyaraq. Gülə-gülə bir qız qaçır o səkidən, Ürəkciyi xali deyil səksəkidən, Yanında bir gənc də qaçır, Yağış yağır, onu açır. Ey gənc, durma, qoltuqlamaq zamanıdır, Təbiətin ən şux, çaqraq zamanıdır. Yağ, yağışım, yağ sel ol, yağ! Sırma-sırma, tel-tel ol, yağ! Çözül, sən ki kölgəli bir yar saçısan, Bağrıyanıq səhraların əlacısan. Yağ, yağışım, sellənərək, Sırmalanıb tellənərək! Zümzümənlə şirin-şirin dillən, yağış. Küçələrdə uşaq kimi vellən, yağış! Bunlar keçər, çarpın, səma, köksüm kimi,

    Cavab yaz
  • Anonim
    Ulya · 17 Avqust 02:4648

    Ey ildırım, səs ver mənə, səsim kimi! Yağ, ey yağış, fikrim kimi, hissim kimi, Uzaq, yaxın çöllərə yağ, Ölkələrə, ellərə yağ! Yağış yağır, rəqs eyləyir gur damlalar, Sıra-sıra, inci-inci nur damlalar.

    Cavab yaz
  • Anonim
    Ulya · 17 Avqust 02:4748

    Mənim könlüm deyir ki, Hələ bunlar nədir ki… Böyük günlər, şanlı günlər, şən günlər, Yoluna düşən günlər Hələ qarşımızdadır! Hələ bunlar nədir ki… Mənim könlüm deyir ki, HƏYAT ONDAN KÜSƏNLƏRİ İNCİDƏR. Möhkəm dəzgah, şirin əmək,inci tər Hələ qarşımızdadır! Babam derdi: “Keçən günə gün çatmaz!” Mənim könlüm bu sözlərə heç yatmaz. O düşünüb deyir ki, Hələ bunlar nədir ki… Ay işığı, dolu ürək, yaşıl bağ, Qızğın günəş, sərin çeşmə, qarlı dağ Hələ qarşımızdadır!

    Cavab yaz
  • Anonim
    Ulya · 17 Avqust 02:48410

    Кеçən günlərimi vərəqləyirкən Sеvdalı dillərin yadıma düşdü. Хəyalın qarşımda canlandı, birdən Göyərçin əllərin yadıma düşdü. Dеyildir еşq odu məni yandıran, Ruhumun şəhrini işıqlandıran. Pozğun şəfəqləri mənə andıran Ziyalı tеllərin yadıma düşdü. O gün də bir gündü, еy üzü dönmüş, Sandım içində bir qaplan döyünmüş. Bir anda кöpürmüş, bir anda sönmüş Хırçın əməllərin yadıma düşdü…!

    Cavab yaz
  • Anonim
    Ulya · 17 Avqust 02:48511

    Mən ki, bilməz idim nədir məhəbbət. Bu sirri sən mənə anlatmadınmı? Dünyaya sığmayan şair könlümü Köksümdən çıxarıb oynatmadınmı? Mən ki, nəğmə deyib bənövşələrdən Peşəm zövq almaqdı bir şux dilbərdən. Məndən uzaq gəzib,dolanıb hərdən, Qəlbimi sıxmağa can atmadınmı? Min hicran könlümü alanda ələ, Zərrəcə halıma yanmadın belə. Müşfiqin qəlbini tez alıb ələ, Onu röyalardan oyatmadınmı?

    Cavab yaz
  • Anonim
    Aksin · 17 Avqust 09:11223

    Salam Ulya xanim Necesiz bu qeder sozu isdedadi olan bir xanim ev xanimi ola bilmez Siz bir vezife is adamisiz???

    Cavab yaz
    • Anonim
      (/ · 17 Avqust 10:33280

      )) weir kopyalamaq istedad sayilir?

      Cavab yaz
    • Anonim
      Ulya · 17 Avqust 15:1136

      İstedad menin yox Mikayil Mushfiqindi))) men sadece copy paste etmishem

      Cavab yaz
    • Anonim
      Ulya · 17 Avqust 15:2236

      Vezifenin copy paste etmeye ne dexli var?))))

      Cavab yaz
  • Anonim
    Ulya xanıma · 17 Avqust 21:3640

    Ulya xanım esra yoxdu deye bilmirler kimi dislike eləsinler. Fikir vermeyin.

    Cavab yaz
    • Anonim
      Ulya · 17 Avqust 21:4330

      Meni narahat etmir ki dislayklar )))) her kes ne meni ne de ki yazdiqlarimi beyenmek mecburiyyetinde deyil. Eger her kes yazdiqlarimi beyense idi demek ki burda nese anormalliq olardi. )))) Her kes bir birini sevmeye borclu deyil)))

      Cavab yaz
    • Anonim
      Ulya · 17 Avqust 21:4330

      Desteyinize gore teshekkur

      Cavab yaz
  • Anonim
    delisov · 17 Avqust 23:3004

    yuxunuz bal olsun esram olsun mestan olsun hetta dowabda olsun

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.