Cəmiyyət

Günün qoroskopu: Spontan aktivlik müsbət sonuc verəcək

14 Avqust 2019 00:01
28 Şərh     Baxış: 6 556

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

 Qoç - gözləntilərinizin sayını və səviyyəsini bir qədər azaldın. Diqqətə layiq olan işə başlayaraq çalışın.

İnformasiyanın təhlili, təcrübənin artırılması, qısa səfərlər üçün əlverişli gündür. Cari məsələlərin həllinə yönəlmiş görüş keçirmək, sənəd və müqavilələrin hazırlanması ilə məşğul olmaq mümkündür.

Günün ikinci yarısında emosional fon stabil deyil. İşlə bağlı ünsiyyət artarsa, diqqəti əsas məsələlərə yönəldin, yaşananlara və insanlara subyektiv qiymət verməyin.

Axşam saatlarında söhbət zamanı həssas məqamlara toxunmayın.

Yaşam arealını qaydaya salın.

Buğa - cari situasiyada doğru istiqaməti müəyyənləşdirin. Perspektiv məsələləri seçin, fəaliyyətinizi müxtəlifləşdirin.

Hər şansdan yararlanın. Çətin məsələləri həll edin, çoxdan bəri narazılığınıza səbəb olan yarımçıq işi başa vurun.

İşdə kimə bel bağlaya biləcəyinizi müəyyənləşdirin.

Alış-veriş üçün əlverişli zamandır. Yaşam arealını yaxşılaşdırın.

Ailə müzakirəsi keçirərək yaxın gələcəklə bağlı planları müzakirə etmək olar. Qarşılıqlı anlaşmaya nail olmaq çətin deyil.

Axşam saatlarında aktiv istirahətə üstünlük verin.

Əkizlər - yorulubsunuzsa və yetərincə istirahət etmirsinizsə, maraqlandığınız, bəyəndiyiniz işlə məşğul olun.

Belədə işlərinizin effektivliyi arta bilər. Lakin yeni planları gerçəkləşdirmək istəyirsinizsə, tələbatla qarşılaşacağınızı bilin. Sizə yeni tapşırıq və sifarişlər vermək istəyənlər az deyil. Bəzən özünüzə və ətrafınızdakı insanlara "yox" deməyi bacarın.

İşlər, onsuz da, çoxdursa, əlavə sifarişlərlə işlərdən imtina edin.

Günün ikinci yarısında impulsların təsiri altında çalışmayın, bəzi prosesləri dəqiq müəyyənləşdirin.

Cari hadisələrin leytmotivini bəlirləyin.

Axşam saatlarında işləri gərəkli istiqamətə yönəldin.

Xərçəng - eyni vaxtda bir neçə iş görməyə hazırlaşın. Poçt "yeşik"ləri, kabinetlər və telefon zənglərinin arasında vaxtınızı bölüşdürmək istəyirsinizsə, alınmayacaq. Hər işə gərəkli vaxtı ayırın. Əks təqdirdə, gərginlik və yorğunluq yaranacaq.

Usana bilərsiniz.

Əsəblərin tarıma çəkilməsi nə qədər paradoksal olsa da, həlli uzanan problemin optimal çözümünə təkan verə bilər.

Səfər, səyahət, romantik təmaslar, ümumi iş və ya maraq durğunluq vəziyyətindəki hisslərin bərpası ilə sonuclanacaq.

Şəxsi münasibətlər səviyyəsində nəyisə və ya kimisə dəyişmək istəyirsinizsə, alternativ aramağa tələsməyin.

Fikrinizi sonradan dəyişə bilərsiniz.

Şir - vurnuxma, problem və çətinliklərin az olmayacağı gündür. Yerinizdə olun, çağırışlara tez cavab verin. Reaksiyanız süst olmasın. Ehtiyac yaranarsa, sürətli qərar verin. Heç nəyi mürəkkəbləşdirməyin.

Günün ikinci yarısında yerdəyişmələrin sayı artacaq. Səylərinizin nəticələri yetərli deyil. Dövlət qurumlarının nümayəndələri ilə ünsiyyətdə hüquqlarınızı müdafiə edin. Amma bilin ki, bürokratik süründürmə və ya rüşvət tələbi ilə qarşılana bilərsiniz.

Axşam saatlarında sakit, passiv istirahəti seçin. Xəbərlərin çoxluğundan başağrısı yarana bilər. Ancaq yeni təəssüratlara ehtiyac hissiniz var.

Qız - təəssürat və xəbərlərin sürətlə dəyişməsinə rəğmən gün sizi sevindirəcək. Maddi məsələlərdə yaxşı perspektivlər var. Sadəcə, onları görərək dəyərləndirməyə çalışın. Ailədə mühüm müzakirə başlaya bilər.

Yeni imkanlar və planların sayının artması ənənəvi situasiyanı dəyişir, hadisələrin rutin axarını başqa məcraya yönəldir.

Etibar etdiyiniz, yaxınlarınıza müraciət edərək yardım istəyin. Ev işləri nəzərdə tutduğunuzdan da çox vaxt ala bilər.

"Axın"la hərəkət edərək gözləmə mövqeyi tutmaq istəyirsinizsə, yanlışlıqlardan qorunun.

Hədiyyə, gəlir, diqqət nişanələri, maraqlı xəbərlər istisna deyil.

Axşam saatlarında passiv olmayın. İmkan yaranan kimi işlə bağlı problemi həll edin.

Tərəzi - mütəhərrik, aktiv, ünsiyyətə meylli olun. Zərurət yaranarsa, alınan informasiyanı təhlil edin, rabitələrlə əlaqələri bərpa edin, məktublara cavab verin.

Günün ilk yarısında formalaşan planlar gözlənilən nəticəni verəcək.

Günün ikinci yarısında sərfəli maliyyə perspektivləri formalaşacaq. Fəqət, sizə həvalə etmək istədikləri işin həcmi artır.

Dərhal prioritetlərlə məqsədləri müəyyənləşdirin ki, sonradan naçar qalıb yarımçıq işləri tələsik başa vurmağa çalışmayasanız.

Ən sərfəli istiqaməti seçin və irəliləməyə başlayın.

Şəxsi münasibətlər üçün yaxşı zamandır. Təşəbbüskar olsanız, yaşanan hadisələrə qərarlarınız və hərəkətlərinizlə təsir edə bilərsiniz.

Əqrəb - enerjili, qətiyyətli, əzmli olsun. Niyyətlərlə maraqlar sizi fərqli istiqamətlərə apardığından fikirlərdə qarışıqlıq yarana bilər. Gərginlik artır, başladığınız işi normal şəkildə başa vura bilmirsiniz.

Eyni vaxtda bir neçə işə başlasanız, yaşamınızda çətinliklər yarana bilər.

Tələsməyin, kəmhövsələlik etməyin. Prioritetləri dəqiq müəyyənləşdirsəniz, daha çox iş görərək məqsədə daha tez çata bilərsiniz.

Boş söhbətlərə qatılmayın, yaxşı işləmək fikrində olmayan insanlara qatılmayın.

Mənasız hisslər, əsassız gözləntilərlə vidalaşın. Evdəki gərəksiz əşyalardan qurtulun.

Oxatan - tərəfdaşlıq münasibətlərində yeniliklərin təşəbbüskarı olun. Qarşı tərəfi də daha aktiv davranmağa vadar edin. Yeni layihələr olacaq, amma onlar müzakirə və imkanların nəzərdən keçirilməsi mərhələsindədir.

İnternetdə informasiya axtarışı, yazışma üçün yaxşı zamandır. Səyahət, ezamiyyət, səfər zərurəti yarana bilər.

Enerjiniz çoxdur, aktivsiniz.

Mümkün qədər çox iş görməyə çalışın.

Günün ikinci yarısında bir qədər istirahət edin.

Maliyyə vəsaitinizi normal gəlir vəd edən layihəyə və ya işə yatırın.

Uzun müddətdən bəri təhlil etdiyiniz planı reallaşdırmağa başlayın.

Oğlaq - günün ilk yarısı yetərincə effektiv deyil. Konkret nəticələr gözlədiyiniz layihə və ya işi planlaşdırmayın. Ünsiyyət və məlumatların alınmasında məhdudiyyətlərin sayını artırmayın.

Təmaslarla əlaqələr perspektivlidir. Fəqət, vaxtınızı mənasız diskussiyalara və boş söhbətlərə sərf etməyin.

Günün ikinci yarısında planlaşdırılmış ev işlərini görün, yaxınlarınıza verdiyiniz vədləri yerinə yetirin.

Sevdiyiniz insan qətiyyətli və inadkarlı olarsa, həssas davranın, sərt olmayın.

Axşam saatlarında ailəvi istirahəti seçin.

Dolça - gərginlik azalır. Bir qədər "nəfəs almaq", əldə olunmuş mövqelərdə möhkəmlənmək, cari işləri tələsmədən görmək olar.

Qarşınızda duran məqsədləri dəyərləndirin, aldığınız təklifləri təhlil edin, planları yenidən nəzərdən keçirin. İlk növbədə, görüləcək işlərlə təxirə salına biləcək məsələləri seçin.

Şəxsi münasibətlərdə məqsədlərlə niyyət uyğun gələrsə, irəliləyiş olacaq.

Söhbətlər, müzakirələr və ünsiyyət faydalı ola bilər.

Spontan aktivlik müsbət sonuc verəcək.

Axşam saatları təmir və aktiv istirahət üçün əlverişlidir.

Balıqlar - mühüm qərarların qəbulunu şərtləndirməyən kiçik işlərə və qayğılara xüsusi diqqət yetirin.

Sizə təzyiq göstərilməsinə imkan verməyin. Başqasının əməllərinə görə məsuliyyət daşımayın, sənədləşdirmədə qaydaya riayət edin.


Müstəqil, təkbaşına işləmək daha yaxşıdır. Söhbətlər vaxtınızı alır. Tərəfdaşlar vədlərinizi xatırladacaqlar. Aldığınızla verdikləriniz arasındakı müvazinətin qorunmasına çalışın.

İşləri maddi maraqlarınızı nəzərə alaraq görün.

Axşam saatlarında şəxsi işlərinizə vaxt ayırın. Ailə üzvləri və yaxınlarınızla məsləhətləşmək üçün yaxşı zamandır.

Yeni birgə planlar yarana bilər.

Milli.Az 

loading...

Şərh yaz:

28 Şərh:

  • Anonim
    Tovuzlu Tutu · 14 Avqust 00:02131

    Salamlar

    Cavab yaz
  • Anonim
    Ulya · 14 Avqust 00:2053

    Hediyye, gelir, diqqet nishaneleri)))) beh beh beh)))

    Cavab yaz
  • Anonim
    Ulya · 14 Avqust 00:2842

    "Təcrübə onu göstərir ki, sevgi bir-birinin gözlərinə baxmaqdan ibarət deyil, birlikdə eyni istiqamətə baxmaqdır."

    Cavab yaz
  • Anonim
    Ulya · 14 Avqust 00:3451

    Ömürden hediyye olsaydı eger, Ömrümü anama bağışlayardım. Anasız ömürün dadı var meger? Arzumdur anamla men yaşlanaydım. Anamdır heyatda ürek sirdaşım, Derdimi onun tek anlayanım yox. İstemez gözümden axsın göz yaşım, Üzüler hemin an anam menden çox. Onun "qızım" sözü dünyaya deyer, O sözü qoymuşam qelb xezineme. Kim "qızım" sözünü ana tek deyer? Sesi melhem olur derdli sineme. Körpe tek baş qoyub dizleri üste, Uşaqlıq anımı xatırlayıram. Arzumdur anamı görmeyim xeste, O acı çekende men sızlayıram. Allahdan isteyim budur ki, ana, Menden evvel sene ölüm vermesin. Men şahid olmayım kaşki o ana, Gözümün işığı senle sönmesin

    Cavab yaz
  • Anonim
    Ulya · 14 Avqust 00:3851

    Bir zamanlar Özüm kimi bir dağ idim Öz mədənim vardı mənim Öz çiçəyim,öz çəmənim vardı mənim Şəlaləydim öz yatağım Əl-qoluma dardı mənim Ulduz idim Öz işığım vardı mənim Tək özümə bənzəyirdim Öz baharım,öz nübarım Heç kimsəyə yoxdu mənim bir oxşarım Bəs aradan nə keçdi ki, Öz-özümü danan oldum?! Damcı-damcı daman oldum Bircə sözlü gerçək idim, Neçə sözlü güman oldum. Bir qərarda damcı-damcı hey damıram. Ona buna oxşasam da Tək özümə oxşamıram Bu oxşarlıq,bu eyniyyət çəmənində Mən özümü itirmişəm. Karıxmışam İndi dönüb özüm üçün darıxmışam Darıxmışam. Müəllif: Bəxtiyar Vahabzadə

    Cavab yaz
  • Anonim
    Ulya · 14 Avqust 00:3951

    İçirəm deyirlər kefindən içir Dərdimdən içirəm hardan biləsən Son görüşümüzdən 5 il keçir Eşq dərdi çəkirəm hardan biləsən Mənə çox dedilər sevmə yanarsan Birdən məhəbbəti gerçək sanarsan Sevib ürəyini dərdə salarsan Eşq dərdi çəkirəm hardan biləsən Öyrəşə bilmədim sənsizliyə mən Yaman tez öyrəşdin mənsizliyə sən Nələr çəkdiyimi bir bilə bilsən Göz yaşı tökürəm hardan biləsən

    Cavab yaz
  • Anonim
    Ulya · 14 Avqust 00:4051

    Yenə yolum düşdü tanış yerlərə, Əski xatirələr baş aldı getdi. Elə bil qayıtdım ötən günlərə, Keçmiş anılarım məni isitdi. Necə olmuşdusa bu yerlər hələ Yenilik, təzəlik görməmişdilər. Sanki bugünədək, lap bilə-bilə, Həsrətlə yolumu gözləmişdilər. Aşıb keçdiyimiz möhtəşəm hasar Sökülüb, əyilib, rəngi bozarıb. O daş yol, darvaza, qoca çinarlar Ozünü keçmişdə gizləyib qalıb. Bu da qədim bazar, uçulub təmiz, Uzun daxılların qaralır yeri. Əvvəlki halından qalmayıb bir iz, Andırır o qədim xərabələri. Qoca park, səndəmi belə qəmlisən?! Susubdur çağlayan fəvvarələrin. Kimsəsiz qalalı qəribsəmisən, Hanı o füsunkar mənzərələrin? Xatirimə gəlir, burda bir zaman Yerimək olmurdu insan əlindən. Amma ötən illər verməyib aman, Bir əsər qalmayıb əzəmətindən. Gedirəm, qəlbimə bir həsrət çöküb, Əlvida, uşaqlıq xatirələri! Kövrək duyğuları içimə gömüb, Sükutda qoyuram yenə sizləri. Yaş sınağa çəksə əgər qəlbimi, Ürəyim dözməsə, bir də qayıtsam, Bəlkə sevinərəm mən uşaq kimi O köhnə hasarın yerini tapsam....

    Cavab yaz
  • Anonim
    Ulya · 14 Avqust 00:4341

    Olan olub, keçən keçib bəlkə də, İndi daha kövrəlməyin yeri yox. Ömrüm boyu belə gəlib mənimki: Əvvəlindən biri vardı, biri yox. Uzaqdaydı mən istəyən ocaqlar, Ürəyimdən gəlib keçdi sazaqlar. Atalıydı, analıydı uşaqlar Bizim evdə biri vardı, biri yox.

    Cavab yaz
  • Anonim
    Ulya · 14 Avqust 00:4361

    Gözlərimə doldurmuşam yağışı, Bir köynəklə çıxarmışam mən qışı. Şalvar, pencək geyinirdi tay-tuşum Məndə isə biri vardı, biri yox. Üzüm güldü tələbəyəm deyəndə, Sıxılırdım dost pencəyi geyəndə, Müəllimlə dil tapa bilməyəndə Qiymətimin biri vardı, biri yox.

    Cavab yaz
  • Anonim
    Ulya · 14 Avqust 00:4451

    Qəlbim yandı, ilk sevgimdən, eşqimdən, Dara düşdüm, əl ummadım heç kimdən. Məclislərdə can deyib can eşidən Dostlarımın biri vardı, biri yox. Mən orduya nələr görüb getmişdim, Ürək alıb, ürək qırıb getmişdim. İki qıza könül verib getmişdim, Qayıdanda biri vardı, biri yox.

    Cavab yaz
  • Anonim
    Ulya · 14 Avqust 00:4451

    Uzaq gəzdi əmi, dayı, bibilər Sözarası mənə ?evlən? dedilər. Nişan üçün iki şey istədilər, Məndə isə biri vardı, biri yox. Vaxt gələcək bu günü görəcəksən, Çox suala gözünü döyəcəksən, Vaxt gələcək sən özün deyəcəksən, Deyəcəksən: biri vardı, biri yox…

    Cavab yaz
  • Anonim
    Ulya · 14 Avqust 00:4551

    Nusret Kesemenlinin en chox sevdiyim sheirlerinden biridir...

    Cavab yaz
  • Anonim
    Ulya · 14 Avqust 00:5551

    Ay üzlü nigarım, kimə mehman olacaqsan? Bir söylə, kimin şəninə şayan olacaqsan? Şahlıq çətiri var başın üstündə bu axşam, Ənbər çətirinlə kimə sultan olacaqsan? Şəkkər demərəm mən sənə, ondan da şirinsən, Dilbər, necə bir bəxtəvərə can olacaqsan? Zülmət gecə, sən nurlu çıraq, bəd gözə gəlmə, Ey abi-həyat, sən kimə canan olacaqsan? Getdin, necə bəs tab eləsin hicrə Nizami, O xəstə ikən, sən kimə dərman olacaqsan?

    Cavab yaz
  • Anonim
    Ulya · 14 Avqust 00:5741

    Yaxşı danışıram maşından, qızdan, Mövzu sən olanda susuram vətən. Qoy yazım qurtarsın şeir birazdan, Yenə sanacağam cəsuram vətən. Gülürəm elə bil nifrətim yoxdu, Canımçün heç nəyə taqətim yoxdu. Şuşaya getməyə qeyrətim yoxdu, Bulvara getməyə hazıram vətən. Mən sənin qədrini bilmirəm hələ, Pul varsa qaçıram lap gülə – gülə. Səninçün yazdığım bu şeiri belə, Mükafat naminə yazıram vətən. Shair- Qismet Rustemov

    Cavab yaz
  • Anonim
    Ulya · 14 Avqust 00:5951

    Qəfil gün doğsa bir gecə, Dünya düm ağ işıqlansa; Şəhər-şəhər, küçə-küçə, Otaq-otaq işıqlansa, Görərik kimlərin əli kimlərin cibindən çıxır. Kimlər əyilə-əyilə kimlərin evindən çıxır. Qəfil gün doğsa bir gecə, Min-min gizli günah görsək, Üstünü örtə bilməsə, Bu dünyanı çılpaq görsək, Başımıza hava gələr, ağlımız çaşar bəlkə də. Hamı birdən baş götürüb dünyadan qaçar bəlkə də. Bu dünyada bəs kim qalar, Kim böyüdər, uşaqları?!. Nə yaxşı ki, bu dünyamız Yavaş-yavaş işıqlanır… Ramiz Rovshen

    Cavab yaz
  • Anonim
    Ulya · 14 Avqust 01:0151

    Bakının gecəsi ağ varaq kimi, – Elə bil Hələ bir qələm dəyməyib. Hələ bu varağa əlim dəyməyib. Nə qədər istəsən, şer yaz ona, Köçür sətir-sətir duyğularına. Bu xətkeş küçələr varaq gözləyir. Bu kitab binalar az oxunubdur. İnsanlar yatanda göz işığını Səpir küçələrə, Yanır küçələr. Yatmır küçələr.

    Cavab yaz
  • Anonim
    Ulya · 14 Avqust 01:0251

    Bakının gecəsi işıq romanı… Dənizin qoynunda baş qəhrəmanı. Oxu səhərəcən, yetəsən ona. Yüyür səhərəcən dəniz qoynuna. Bakının gecəsi bir dağ gölüdür. Kəhkəşan qurşağı boyunbağısı, Xəzəri ay kimi döşündən asıb… Bakının gecəsi – mürgülü qoca, Qayğı yüklü qoca, Söz yüklü qoca…

    Cavab yaz
  • Anonim
    Ulya · 14 Avqust 01:0251

    Bakının gecəsi ağ varaq kimi… Onu kim götürə, ona nə yaza! Nə ötəri ola, nə də ki, asan. Bakının gecəsi ağ dəniz kimi, Uyudur qoynunda nə qədər gəmi, Nə qədər insan – gəmi Sabah açılanda səfərə hazır. Gör, şair, ürəyin, əlin nə yazır – Bakının gecəsi ağ varaq kimi. Gör, sözün varmıdır səpinə hazır… Memmed Araz

    Cavab yaz
  • Anonim
    Ulya · 14 Avqust 01:0650

    Mənim məhəbbətim məndən böyükdü, O qədər böyükdü mənə də yükdü. Döşümə döyməyə qüdrət tapmıram. Sevirəm dostu da, düşməni də mən, Alçalıb gözümdən düşəni də mən. Canımda qalmayıb kinim-qüdrətim Siz deyin neyləyim indi mən “Yetim” Yalan niyə deyim sizdən ayıbdı. Məndə kin əzəldən heç olmayıbdı. Mənim nifrətim yox, mənim kinim yox. Bundan ağ günüm yox, qara günüm yox. Yaxşı deyəndə var, pis deyəndə var. Öyəndə, söyəndə, sus! – deyəndə var. Dosta can deyirəm, düşmənə də “can”! Sən məni yığmısan lap boğazacan Mənə rast gəlməyib səndən betəri. Odur ki, ölürəm səndən ötəri. Fikret Qoca

    Cavab yaz
    • Anonim
      Fizuli Şirvanlı · 14 Avqust 09:3231

      Like

      Cavab yaz
  • Anonim
    Esra ıbrahimli (Şamaxı) · 14 Avqust 08:301422

    Salam sabahiniz xeyir olsun canlarim.Şamaxıdan salamlar necəsiniz?

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli (Şamaxı) · 14 Avqust 08:331222

    Majestələri salam.necəsiniz?

    Cavab yaz
  • Anonim
    asi · 14 Avqust 10:1321

    Bürcüm də hərdən özüm kimi boşboğazlıq edur).. Bir kitablıq söz yığını yazıb...

    Cavab yaz
  • Anonim
    M · 14 Avqust 10:5193

    Füzuli Şirvanlı, bu neçənci xəbərdarlıdır sizə?

    Cavab yaz
  • Anonim
    telli · 14 Avqust 12:2330

    Burcler cox vaxt duzgun yazilmir egreb burcu hemise sehv cixir

    Cavab yaz
  • Anonim
    xezane · 14 Avqust 14:4520

    elbette anadan gozel yar yoxdur basqa kimseler varsa hamısı bos şeydir

    Cavab yaz
  • Anonim
    xezane · 14 Avqust 14:5020

    niye bu insanlar ehtibarsız ve yalancılardı axı ne vadar edir seni seni tanımadıgıma çox peşimanam cox cox heyfler olsun o temiz olana cox

    Cavab yaz
  • Anonim
    ŞIR BÜRCÜ · 14 Avqust 19:1110

    Bugün ki gün önəmli deyil, əsaa sabah kı günün görüşü önəmli

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.