"Dekorativ-tətbiqi sənətdə uşaqların özlərini tapması" layihəsinin icrasına başlanılıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində həyata keçirilən "Dekorativ-tətbiqi sənətdə uşaqların özlərini tapması" layihəsinin icrasına iyul ayının 15-dən başlanılıb.
Milli.Az bildirir ki, təşkilatın sədri Lamiyə İsazadə qeyd edib ki, cəmiyyətin həssas üzvləri olan, valideyn himayəsindən məhrum olan uşaqların taleyi dinindən, irqindən asılı olmayaraq hər kəsi narahat edir. Onlar 18 yaşa qədər dövlətin himayəsində olsalar da, onların 18 yaşdan sonrakı həyatları bizləri daha çox narahat edir. Uşaq evində yaşayan uşaqların çox az hissəsi ali məktəblərə qəbul olub ali təhsil alır, öz həyatlarını siğortalayırlar. Bəs təhsil almayan uşaqların aqibəti necə olur?! Əgər həmin uşaqlar heç bir təhsilə, sənətə sahib deyillərsə, küçə həyatı yaşamağa məhkum olurlar. Bu cür xoşagəlməz halların qarşısını almaq üçün bu və ya buna bənzər layihələrin icrasını zəruri hesab edirik.
Hal-hazırda icra etdiyimiz "Dekorativ-tətbiqi sənətdə uşaqların özlərini tapması" layihəsinin əsas məqsədi Gəncə şəhərində, valideyn himayəsindən məhrum olan, uşaq evlərində yaşayan uşaqlara Gəncə Gənclər Evində 3 aylıq dekorativ-tətbiqi sənət kursu təşkil olunubdur. Bu sənətə aiddir bədii şüşə sənəti, ebru (su üzərində rəsm), bədii tikmə sənəti (naxışların salınması) və s. 3 aylıq kursun yekununda uşaqların əl işlərinin sərgisi Gəncə və Bakı şəhərlərində keçiriləcəkdir.
Uşaqlar kursa çox böyük həvəslə gəlib, sənət öyrənməyə çalışırlar. Onlara çox istedadlı, bacarıqlı, Gəncə Gənclər Evinin dekorativ-tətbiqi sənət müəlliməsi Sona Məhərrəmova dərs keçir. Fürsətdən istifadə edib Gəncə şəhər Gənclər Evinin rəhbəri Amil Qurbanova uşaqlara göstərdiyi diqqət və qayğıya görə, təmənnasız yaratdığı şəraitə görə xüsusi minnətdarlığımızı bildiririk. Və biz inanırıq ki, bu layihədən sonra uşaqlar bir daha əmin olacaqlar ki, onlar tək deyillər. Dövlətimiz, cəmiyyətimiz onlara nə qədər dəyər verir. O zaman onlar özlərini atılmış deyil, cəmiyyətimiz üçün nə qədər gərəkli, dəyərli olduqlarını dərk edəcəklər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Tacir Şahmalıoğlu əməliyyatdan sonra ilk dəfə paylaşım etdi - (Video)
-
Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib - (Foto)
-
“Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi? - Açıqlandı
-
Prezident İlham Əliyev əfv Sərəncamı imzalayıb
-
Şəhid oğlundan ABŞ-də böyük uğur - “Eynşteyn vizası” aldı - (Foto)
-
Mərkəzi Bank faiz qərarını açıqladı
XƏBƏR LENTİ
-
Tacir Şahmalıoğlu əməliyyatdan sonra ilk dəfə paylaşım etdi - (Video)
-
Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib - (Foto)
-
“Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi? - Açıqlandı
-
Azərbaycan Qran-Prisi: İsak Hadjar yarışlara qayıdır
-
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetinə görə 1 milyon manat alıb? - Açıqlama
-
Ceyran Rəhimova illər sonra bu kanalda aparıcılıq edəcək
-
Azərbaycanda tanınmış idmançı tutuldu
-
Martin Ryan əfv edilib
-
İrem Derici: "Dünyanın ən yaxşı anası olaram"
-
Prezident İlham Əliyev əfv Sərəncamı imzalayıb
-
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Video/Foto)
-
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
-
Kremlin NATO planı açıqlandı: Böyük müharibəyə ehtiyac yoxdur
-
Şəhid oğlundan ABŞ-də böyük uğur - “Eynşteyn vizası” aldı - (Foto)
-
Mərkəzi Bank faiz qərarını açıqladı
-
Müşavirədən nələr yadda qaldı? - Ən vacib nüanslar
-
"Kurtlar vadisi"nin aktyorunun yeni serialı bəlli oldu - (Foto)
-
Formula-1 ilə bağlı DYP-dən sürücülərə xəbərdarlıq
-
Azərbaycanda dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq
-
Azərbaycanda qara metallurgiya üçün əlavə güzəştlər tətbiq ediləcək
-
Kolleclərdə boş qalan yerlərə qəbul elan edildi
-
Naxçıvanda qızıl və mis yataqları istismara cəlb ediləcək
-
Mbappe şam yeməyinə dəvət etmək istədiyi məşhurları açıqladı
-
Arvadını yemək hazırlamadığı üçün bıçaqlayan ər sərbəst buraxıldı





