Cəmiyyət

Günün qoroskopu: Əsla nəzərdə tutmadığınız hadisə yaşana bilər

6 Avqust 2019 00:01
22 Şərh     Baxış: 9 709

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - yaxın ətrafınızdakı insanlarla dil tapmaq üçün bu gün çalışmalı, səy göstərməli olacaqsınız. Sizi düzgün anlamır, layiq olduğundan az dəyər verir, hətta arabir inanmırlar da. Yaxınlarınız və dostlarınız sizə ifrat tələbkar insanlar təsiri bağışlayır. Onların sizdən nə gözlədiklərini anlaya bilməycəksiniz.

İş yerində, təhsil müəssisəsində və evdəki mübahisələr sizə yaxşı təsir etməyəcək, əhvalınızı korlayacaq.

Buğa - şəxsi həyatınızdakı problemləri həll etməmiş yeni məqsədlərə can atmayın. Cəhdlərinizin effektivlik səviyyəsi aşağıdır. Peşəkar fəaliyyət müstəvisində işləri təftiş edin, vəziyyəti dəyərləndirin. Yolda ləngimələr və təxirəsalmalar yarana bilər.

Günün ikinci yarısı problemlərin həlli üçün əlverişli deyil. Səhiyyə, təhsil, daşınmaz əmlak sahələrində ləübəli zamandır.

Qarışıq situasiyada tələsik qərar verməyin. Müdrik olun.

Əkizlər - hadisələrin ritmini siz diqtə etmirsiniz. Çalışdığınız təşkilatda qaydaları pozmayın. Əməkdaşlıq etdiyiniz şəxslə təmaslarda diqqətli olun. Müzakirələr, yeni tərəfdaşlığın nəzərdən keçirilməsi üçün münasib zamandır.

Günün ikinci yarısında sualınıza cavab almağınız bir qədər ləngiyəcək. Kömhövsələlik etməyin, səbrli davranın. Mübahisəli məqamlarda soyuqqanlı olun. Daimi tərəfdaşlardan biri sizdə şübhələr yarada bilər. Nəticələrlə və mülahizələrlə tələsməyin.

Müşküllərin əksəriyyəti müvəqqətidir.

Xərçəng - bu gün önəmli irəliləyiş və ya ciddi uğur olmasa da, sizin üçün əlverişli keçəcək. Əhvalınız yaxşı olacaq, enerji və nikbinlik çatışmazlığından şikayətlənməyəcəksiniz.

Yeni, hətta çətin problemləri həll edə bilərisiniz.

Əks cinsin mənsubları sizinlə maraqlanacaqlar.

Günün ikinci yarısında mühüm müzakirə, danışıqlar və ya tapşırıqlar ola bilər. Çoxdankı dostunuzdan maraqlı təklif ala bilərsiniz.

Münasibətlərinizin sərin olduğu insanla tərəfdaşlığın bərpası üçün əlverişli gündür.

Şir - günün ilk yarısından etibarən dürüst taktika seçin. Olayları tələsdirməyin, hadisələrə süni təkan verməyin. Realist olsanız, şəraitdən maksimum dərəcədə yararlana bilərsiniz. İdealist olmayın, bəzi illüziyalar və xəyallarla vidalaşın.

Günün ikinci yarısında təfərrüatlarına yaxşı bələd olmadığınız sifarişi qəbul etməyin. Vəziyyətə ən müxtəlif amillər təsir edir. Sizi tərk etmək istəyəni saxlamayın, gözə dəyməyini aramayın. Belə insanlardan uzaq olsanız, yaxşıdır.

Axşam saatlarını sevdiyiniz insanla keçirməyə can atın.

Qız - bədbinliyə qapılmayın, fəal olun. Tənhalığa can atmayın. Səhhətinizlə problemlər yaratmayın. Tonusunuzun qeydinə qalın.

Ailə üzvlərinin problemlərini qulaqardına vurmayın. Dəyər verdiyiniz insanları diqqətlə dinləyin. Yeni fəaliyyət sahəsinin özülünü möhkəmləndirin. Əks təqdirdə illüziyalar aləminə qapılaraq ciddi səhvlərə yol verə bilərsiniz.

Günün ikinci yarısında yaşam arealındakı maneələrdən yan keçərək məqsədə doğru irəliləyin. Tapşırılan işə peşəkar yanaşın. Daşınmaz əmlak, biznes, karyera ilə bağlı təşəbbüslər üçün əlverişli zaman deyil.

Tərəzi - günün ilk yarısında dəqiq hesablarınıza rəğmən işlərdə müəyyən axsamalar və problemlər yarana bilər. Olayların zahiri görüntülərinə aldanmayın, izharların əsiri olmayın. Görüşlərin təxirə salınması, gecikmələr, təxirəsalmalar istisna deyil.

Günün ikinci yarısında problemlərin sistem formasını almasına imkan verməyin. Yolda qəfil maneələr olacaq. Səbrli olun, yaxın ətrafınızdakı insanların da maraqlarını nəzərə alın.

Axşam saatlarında diqqətli olun.

Əqrəb - qarşılıqılı hesablaşmalarda diqqətli olun. Alış-verişdə bədxərclik etməyin. Mümkün qədər çox məlumat və informasiya əldə etməyə çalışın. Proqram təminatında problemlər istisna deyil.

Maliyyə məsələlərində nagahani qərarlar verməyin.

Günün ikinci yarısında banklardan kredit götürməyin. Ekzotik qida və içkilərə aldanmayın. Aldığınız məhsulların keyfiyyətinə, saxlanma müddətinə fikir verin.

Axşam saatlarında normal istirahət edin.

Oxatan - bu gün baş verəcək hadisələrə real baxın. Əsassız nikbinliyə, qüvvənizin gerçək səviyyədən artıq dəyərləndirilməsinə və xam xəyallara qapılmayın. Əfsuslar olsun ki, belə darvanışınız yaxşı heç bir nəticə verməyəcək.

İzafi xərclər etməyin, alış-verişdə diqqətli olun.

Qiymətli əşyanızı itirə bilərsiniz.

Onsuz da, əməl etməyəcəyiniz vədlər verməyin.
 

Oğlaq - effektivliyinə şübhə etdiyiniz fəaliyyəti dayandırın. Yeni istiqamət seçmək və fəliyyət yönünü bəlirləmək olar. Yaşanan situasiyanı diqqətlə müşahidə edin. Köhnə səhvləri təkrarlamayın. Cari planlarda dəyişikliklər edin.

Günün ikinci yarısında konkret məqsədlərə üstünlük verin. Təhsil, biliklərin artırılması, bacarıqlarınızın peşəkar izharı ilə bağlı gözləntiləriniz reallaşa bilər.

Əsla nəzərdə tutmadığınız hadisə yaşana bilər. Obyektiv çətinliklərdən çıxış yolu tapmaq mümkündür.

Axşam saatlarında səhhətinizə fikir verin.

Dolça - günün ilk yarısından etibarən seçdiyiniz kurs ümümilikdə pis deyil. Lakin müəyyən sistem səhvləri var. Həmin yanlışlıqları mümkün qədər tez aşkarlayaraq aradan qaldırmağa çalışın. Problemləri sürətlə həll edin.

Günün ikinci yarısında maliyyə məsələləri, psixoloji durum, sifariş və tapşırıq, habelə daşınmaz əmlakla bağlı hüquqların müdafiəsi sahəsində çətinliklər yarana bilər. Gözləntilərinizi doğrultmamış insanların xidmətlərindən imtina edin.

Şübhələrinizdə yanılmadığınıza əmin olun.

Balıqlar - həddən artıq ehtiyatlı, sayıq olun. Sizi tələyə salmaq istəyirlər. Başqalarının məkri ilə yanaşı, diqqətsizliyiniz, izafi inamınız sizi sonradan ağır fəsadlar yaradacaq situasiyalara düçar edə bilər. Ağır işə razılaşmayın.

Günün ikinci yarısında vəziyyətin qəlizləşdiyini görəndə adekvat davranış variantını seçin. Ənənəvi üsullarla sınanmış metodlar işlək olmayacaq. Mütləq şəkildə irəliləməyə çalışaraq yanlış addımlar atmayın. Bütün tapşırıq və sifarişləri yerinə yetirmək asan deyil.

Axşam saatlarında normal istirahət edin.

Milli.Az

loading...

Şərh yaz:

22 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 6 Avqust 00:0230

    Sabahiniz uqurlu maraqli gözel olsun !

    Cavab yaz
    • Anonim
      Nurlana · 6 Avqust 09:4400

      Cox sag ol canim,bahem

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 6 Avqust 09:4810

        Cannnn nurlanam.

        Cavab yaz
  • Anonim
    Harlnpasa · 6 Avqust 00:0530

    Elvida dostlar buda son serhim Prensessssa ve Nurlana can ciyerler sizi tandlqlqlma cox sevindim her ikinizin ureyimde ayrl ayrl yeri var opurem sizi sag olun

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 6 Avqust 09:3640

      a aaaaaaaaaa ne olduuu ay daaaa vidaaa serhlerinnn rahat oxuya bilmiremmm Hara getsennn uqur seninle olsunn/Seq olun selamet qalin.

      Cavab yaz
      • Anonim
        Nurlana · 6 Avqust 09:4420

        Bu Elvida sozunu hec sevmiremde:(( niye cixirsan? Mende seni tanidigima shad oldum. Sag ol var ol dostum. Heyatda sene xoshbextlik arzulayiram. Ishlerinde ugurlar. Amma hec istemirem cixasan((

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 6 Avqust 09:5150

          Bizi kederlendirdi mende istemirem cixsin kimselere gore nece serhcdi bilmirem amma mene göree super insandiii burda 3-4 nefer var qetiyyen bu vaxta qeder xetrime deymeyen serhci onlardan biri de Harlnpasa idi.Uqurlar olsun !

          Cavab yaz
          • Anonim
            Nurlana · 6 Avqust 10:0420

            He mende kovreldim((( hec istemezdim cixsin((

            Cavab yaz
    • Anonim
      Zəhra · 6 Avqust 10:5414

      Sənə o şərhləri çıxasan deyə yazmadıq Ruslan. Sadəcə başa salmaq istədik. Qız kimi küsüb gedirsən?

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 6 Avqust 00:0531

    Status- Deseler geceleri niye rahat deyilsen ? Deyerem atamin ocaqin isteyirem , anamin qucaqin isteyiremmmm, otaqimin künc bucaqin özluyuremmm.

    Cavab yaz
    • Anonim
      Nurlana · 6 Avqust 09:4500

      Like

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 6 Avqust 09:5210

        CannnnnnnnnnnnnnNnnnnnnnnn.

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 6 Avqust 00:0630

    Status- Körpelerin ilk aşkı anneleri olurrrr .Bu bütün beseriyyete aidddi görrr anaaaa neceeee boyukkk quvvediii İlahiii .

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 6 Avqust 00:1060

    Bir düşündürücü yazim -Bir gün bir vezifeli imkanli şexs Molla Nesreddinden sorusur Sen kimsən ? Molla deyir mən heç nəyəm bəs sən kimsən Şəxs cavab verir : Men darqayam Molla deyir: Sonra ne olacaksan ? Kisi deyir: Vali Bəs sonra Kisi deyir : Vekil Bes sonra ? Deyir Vezir. Bes sonra Deyir Sedrezem Bes sonraaa Kişi fikirlesir fikirlesir deyir hec ne Molla Nesreddin deyir gordunnn.enin mene catmaquva iller var Menim indi olduquma sen hele iller sonra olacaksannn ..

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 6 Avqust 00:1020

    Veeeeeeeeee...........Geceniz xeyre qalsin yuxunuz bal Esra olsunnnn menim kimi Mestanlar kimi

    Cavab yaz
  • Anonim
    Arzu · 6 Avqust 09:0500

    Salamlar doslar sabahınız xeyir gününüz ugurlu olsun

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 6 Avqust 09:3810

      Salam arzuuu canimm, cox saq ol bahem.

      Cavab yaz
    • Anonim
      Zəhra · 6 Avqust 10:5600

      Salam Arsucan. Bahəm

      Cavab yaz
  • Anonim
    Zəhra · 6 Avqust 10:5913

    Salam olsun yalan dünyada doğru yaşayanlara !

    Cavab yaz
    • Anonim
      Arzu · 6 Avqust 12:5900

      Cox sag ol ezizim esra necesen neyleyirsen

      Cavab yaz
    • Anonim
      Arzu · 6 Avqust 12:5900

      Necesen zehra canım cox sag ol her zaman yazdıgıma cavab yazırsan fikir verirem

      Cavab yaz
      • Anonim
        Zəhra · 6 Avqust 14:3800

        Canım çox sağol. Lap yaxşıyam. Sən yaxşı ol həmişə. :-). Hə canım fikir verirsən? Sən mənim canım dostumsan. Əlbəttə ki həmişə yazacam sənə

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.