Cəmiyyət

200 manatdan aşağı pensiya alanlara ŞAD XƏBƏR - FOTO

19 İyun 2019 12:25
Baxış: 23 322
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:25

Prezident cənab İlham Əliyevin əhalinin rifah halının yaxşılaşdırılmasında növbəti inqilabi addımların atılmasına imkan verən sosial islahatlar paketi cari il ərzində minimum pensiyanın məbləğinin növbəti dəfə əhəmiyyətli şəkildə artırılmasına da şərait yaradıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, dövlət başçısının yeni qanunvericilik təşəbbüsü olaraq, əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatırılması nəzərdə tutulur. Təşəbbüsə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanunvericilik layihəsi hazırlanaraq artıq Milli Məclisə təqdim olunub.

Minimum pensiya məbləğinin artırılması ümumilikdə 660 min pensiyaçını əhatə edəcək. Artımın edilməsi üçün illik 216 milyon manat, cari il (oktyabr-dekabr ayları) üzrə 62 milyon manat əlavə vəsait yönəldiləcək.

Bu artım Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə cari il ərzində əmək pensiyasının minimum məbləğinin artırılması istiqamətində atılan artıq ikinci mühüm addımdır. Bundan əvvəl də dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında pensiyanın minimum məbləği cari il martın 1-dən orta hesabla 40 faizədək artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmış, həmin artım ümumilikdə 233 min pensiyaçını əhatə etmişdi.

Beləliklə, təkcə bu il ərzində Azərbaycanda minimum pensiyanın məbləğində 72,4 faiz artım edilməklə, bu məbləğin 116 manatdan 200 manata çatdırılması təmin edilib.

Əmək pensiyasının minimum məbləğinin növbəti dəfə əhəmiyyətli şəkildə artırılması cənab Prezidentin "2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır" bəyanatının əməli müstəvidə, əhalinin, o cümlədən pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi irəliləyişləri şərtləndirən ardıcıl addımların atılmasında öz təsdiqini tapdığını göstərir.

----------
11:21

Prezident İlham Əliyev tərəfindən "Əmək pensiyaları haqqında" qanunvericiliyə müvafiq dəyişikliklər edilərək imzalanıb. Həmin dəyişikliyə görə, pensiyaların məbləği 1 oktyabr 2019- cu il tarixindən 160 manatdan 200 manata çatdırılacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib. O qeyd edib ki, bu da təxminən 25 faizlik artımdır:

"Bu islahatın əhatə dairəsi də hesablamalara görə, 700 minə yaxın pensiyaçını əhatə edəcək. Bu islahatın da maliyyə dəyəri 200 milyon manata yaxındır. Əlavə 70 milyon manat da bu islahata cəlb ediləcək. Belə ki, 1 oktyabr 2019- ci il tarixdən etibarən ölkədə 200 manatdan aşağı minumum pensiya alan vətəndaşımız olmayacaq. 200 manatdan yuxarı pensiya alanların isə pensiyasında dəyişiklik edilməyəcək. Pensiyaların adekvatlığının təmin olunması sırf indeksasiya üzərindən aparılır. Hər il ölkə üzrə əməkhaqlarının artım tempinə uyğun olaraq indeksasiyalar aparılacaq".

Nazir müavini xatırladıb ki, ölkə başçısı ötən gün 16 sərəncam imzalayıb: "Həmin sərəncamlarla həm hərbi qulluqçular, hüquq-mühafizə orqanları, dövlət qulluğunun ümumi növü üzrə, xüsusi rütbəli şəxslər üzrə, müəllimlər, bir sıra təşkilatlarda çalışan  orqan və qurumlar üzrə əməkhaqları artırılıb: "Bilirsiniz ki, hərbi qulluqçular, dövlət qulluqçuları, xüsusi rütbəli şəxslərin pensiyalarının məbləği bilavasitə əməkhaqlarının artırılmasına bağlıdır.  Bu şəxslərin aldığı pensiyaların məbləğində də artım müşahidə olunacaq. Burada da 30-40 faizə yaxın artımın şahidi olacağıq".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.