Avto

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? VİDEO

2 İyul 2025 07:07
Baxış: 734
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. Bu isə bazarda yeni seqmentin formalaşdığını göstərir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, avtomobil satış sektoru üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, ikinci əl bazarında daha çox fərdi idxal olunan, yəni rəsmi nümayəndəliyi və servis dəstəyi olmayan modellər problem yaradır. Amma bazarda rəsmi idxalçı ilə təmsil olunan Çin avtomobilləri də var. Bu brendlər həm ehtiyat hissəsi, həm də servis baxımından daha dayanıqlıdır.

İkinci əl bazarda Çin avtomobillərinə maraq əsasən qiymət baxımından əlçatanlığa görədir. Amma avtomobili satmaq istədikdə, brendin bazarda tanınması və servis təminatı da qiymətə təsir edən əsas amillərdəndir.

Daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.