Cəmiyyət

Günün qoroskopu: İrəliləyiş zəhmət və vaxt tələb edir

27 İyun 2019 00:01
38 Şərh     Baxış: 13 812

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - Yaşam sizdən fərqli yanaşma, kreativlik tələb edir. Günün ilk yarısında başlayacağınız iş yaxşı gəlir verə bilər. İdeyalarınızı reallaşdırmağa başlayanda tələsməyin. Düşünülməmiş addımların fəsadları çox ağır ola bilər.

Günün ikinci yarısında işlərinizdə heç bir lüzum olmadan barrikadalar yaratmayın. Planlarınızı ciddiləşdirin. Əvvəlki yanlışlıq və səhvlərin fəsadlarını aradan qaldırarkən tələsin.

Praktikliklə yanaşı, keyfiyyətə fikir verin. İşinizdən mənəvi zövq almaqla yanaşı, gəlir əldə etməlisiniz. Yalnız özünüzü düşünməyin. Dəyər verdiyiniz insanların qayğısına qalın.

Buğa - Günün ilk yarısından etibarən fəal olun. Süst və ətalətli insan təsiri bağışlamayın. Məqsədə aparan yolda maneələrlə sədlərin sayı artacaq. Yeni problemlərin həllində var gücünüzlə çalışmaq məcburiyyətindəsiniz.

Mütəhərrik olun.

Günün ikinci yarısında işlərinizdə inadkar olun. Nailiyyətlər sizdən asılıdır. Səhhətinizin qayğısına qalın. Sağlam rasionu seçin.

Axşam saatlarında işgüzar aktivliyi pik həddinə çatdırmayın.

Şərait imkan verirsə, yeni layihənin startını ertələyin.

Əkizlər - Yeni məsələlərin və problemlərin həllinə başlamaq olar. İndiyədək həllini mümkünsüz saydığınız problemləri asanlıqla həll etmək olar. Oyun qaydalarına riayət edin, ənənəvi şərtlər çərçivələrindən kənara çıxmayın.

Günün ikinci yarısında hadisələrə təsir imkanlarına malik insanın yardımlarından bəhrələnin. Qeyri-adi layihəyə başlamaq, planları genişləndirmək olar. Fəaliyyətin seçilmiş variantına proses əsnasında dəyişikliklər etmək olar.

Axşam saatlarını ailə üzvlərinə həsr edin. Məişət qayğılarının çözülməsini ertələməyin.

Xərçəng - Qarşınıza qoyduğunuz məqsədləri dəqiqləşdirin. Fəaliyyət sahəsindəki bəzi məqamları dəyişmək gərəkdir. İş yerindəki problemləri rəhbərliklə müzakirə etmək olar. Karyeranızı inkişaf etdirmək, mövqelərinizi möhkəmləndirmək üçün daha fəal çalışın.

Günün ikinci yarısında statusunuzu düşünün. Pulu kollektiv fəaliyyət vasitəsilə, birgə əməklə qazanmaq daha asandır. Yeni, nabələd olduğunuz marşrutda qısamüddətli işgüzar səfəri təxirə salın.

Axşam saatlarında evdən çox uzağa yollanmayın.

Şir - Günün ilk yarısından etibarən vaxtdan maksimal istifadə etməyə çalışın. Uzaq səfərlə bağlı təklif ala bilərsiniz. Sənədləşdirmədə, hesablarda, ünsiyyətdə diqqətli olun. Məhkəmə iddiasının formalaşmasına yol verməyin.

Günün ikinci yarısında fikrinizi bildirməkdən çəkinməyin. Dediklərinizin arqumentləri olmalıdır. Axşam saatlarında alış-verişdə bədxərclik etməyin.

Maliyyə durumunuzu realistcəsinə dəyərləndirin.

Rasionunuza fikir verin.

Qız - Hazırlıq işləri, taktika və strategiyanın yenilənməsi üçün əlverişli zamandır. Yeni layihəyə başlayırsınızsa, enerjili olun. Biliklərinizdən, əlaqələrinizdən faydalanın. Ən ciddi, ağır problemlərdən birini həll edə biləcəksiniz.

Günün ikinci yarısında peşəkar bacarıqlarınızı artırın. Bir qədər istirahət edin, dincəlin. Fanatikcəsinə çalışmağın özündə zərər var. Mənasız qorxular və əsassız əndişələrə qapılaraq mövqelərinizdən geri çəkilməyin.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Tərəzi - Düşünlmüş riskə ehtiyac duyulur. Yeni tərəfdaşı və ya şəriki düşünülmüş şəkildə seçin. İllüziyalara qapılmayın. Təhlükəsizliklə bağlı məsələləri tam razılaşdırmamış irəliləməyə çalışmayın. Ətrafınızdakı insanların nələrə can atdıqlarına fikir verin.

Günün ikinci yarısı gəlirlərinizi artıra biləcək layihələr üçün münasib zamandır. Böhran menecmentinin nə olduğunu anlamaq pis olmazdı. Dəyər verdiyiniz insanlarla təmaslarda mövqelərinizdən geri çəkilməyin.

Axşam saatlarında bədxərclik etməyin. Səhhətinizə fikir verin.

Əqrəb - Məqsədə doğru hərəkətdə yeni mərhələdir. Taktikanızı dəyişin, daha çevik və qıvraq olun. Əməkdaşlıq etdiyiniz insanların maraqlarını nəzərə alın. Resurslar, gəlirlər, işin paylaşdırılması ilə bağlı məsələləri vaxtında həll edin.

Günün ikinci yarısında qətiyyətli və inadkar olmaqla yanaşı, diplomat təki davranın. Münasibətləri gərginləşdirməyin. Tərəfdaşlarla fəaliyyəti rəqabətə döndərməyin. Birgə fəaliyyət rəqibləri üstələməyə, onları geridə qoymağa imkan verəcək.

Oxatan - Qarğaşalı, tələsik, qarışıq, "qəza"lı və qadalı gündür. Hərəkətlərinizi məhdudlaşdırın, insanların gur olduğu yerlərdə olmamağa çalışın.

Ətrafınızdakı insanlarla münasibətlərdə gərginlik hiss olunacaq.

Karmik düyünlər yaranacaq, önəmli münasibətlərdə sizə indiyədək qaranlıq qalan məqamlar aşkarlanacaq.

Qərar qəbul etməkdə gecikməyin, amma tərəfdaşlarınızın və ailə üzvlərinizin reaksiyalarına diqqət yetirin. İmpulsiv hərəkətlər etməyin.

Yeni iş və maraq istisna deyil. Səfərdə ehtiyatlı olun. Evdəki bütün təmir işlərini təxirə salın. Elektrik işləri görməyin.

Oğlaq - İşlərdə yeni səviyyəyə keçid üçün əlverişli zamandır. Peşəkar fəaliyyət müstəvisində problemlərin həllinə yaradıcı yanaşsanız, inkişaf sürətli olacaq. Yaşamla bahəm, işlərdə innovasiyalara zərurət duyulur.

Bununla belə, fərqli sahədə çalışmağa tələsməyin. Mənasız və əsassız illüziyalara qapılmayın.

Günün ikinci yarısında hər şeyə dərhal nail olmaq fikrinə düşməyin. İrəliləyiş zəhmət və vaxt tələb edir. Hisslər burulğanına düşərək eyforiya qurbanı olmayın. Emosiyalarınıza tam nəzarət edin.

Dolça - Fəaliyyətinizi intensivləşdirmək üçün zəruri maddi bazanı genişləndirin. Yeni layihənin maliyyələşdirilməsi, daşınmaz əmlakın alınması və ya satılması əməliyyatı ilə bağlı məsələlərdə tələskənliyə yol verməyin. Qərarlarınızda sadəlövhlük etməyin. Yaxın ətrafınızdakı insanlarla münasibətləriniz sınağa çəkiləcək.

Günün ikinci yarısında yeni tanışla təmaslarda bir sıra məqamların təhlilinə ehtiyac var. Ünsiyyətdə ənənəvi çərçivələrdən kənara çıxmayın. Unutmayın ki, dialoq zamanı söz azadlığı həm də fikrinizi aydın, arqumentləşdirilmiş şəkildə qarşı tərəfə çatdırılmasını tələb edir.

Balıqlar - Fəaliyyət müstəvisində birbaşa məsul olduğunuz işləri başa vurun. Başqalarının yerinə yetirməli olduğu işlərə müdaxilə etməyin. Enerjinizi gərəkli istiqamətə yönəldin. Peşəkarlığınızı artırın, bilik və təcrübənizi zənginləşdirin.

Günün ikinci yarısında planlarda zəruri dəyişikliklər edin. Maliyyə vəsaitinizin hərəkətini diqqətdə saxlayın. İnformasiya çox dəyərli resursdur. Yeni sifarişi yerinə yetirmək üçün əlavə, dəqiqləşdirici məlumatlara ehtiyacınız var.

Axşam saatlarına yaxın peşəkar insandan məsləhət alacaqsınız.

Milli.Az

loading...

Şərh yaz:

38 Şərh:

  • Anonim
    Şemkirli · 27 İyun 00:0289

    Esmer

    Cavab yaz
    • Anonim
      Esmer · 27 İyun 09:3466

      Can Birinci olmusan Şemkirli Balası Tebrikler....

      Cavab yaz
  • Anonim
    .. · 27 İyun 00:02120

    Birinci menem

    Cavab yaz
    • Anonim
      00 :02 ye · 27 İyun 09:5009

      Ola bilmezsen .))))

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 27 İyun 00:0279

    Sabahiniz uqurlu ve gözel olsun !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 27 İyun 00:03911

    Status-Sen ümüd notları ilə çaldiqim xosbext sinfonyam idin.Necə oldu ki, pianomun qara dillerine cevrildin ?(

    Cavab yaz
  • Anonim
    Esmer · 27 İyun 00:0442

    Salam Her kese geceniz xeyrli gununuz ugurlu olsun .

    Cavab yaz
  • Anonim
    Weli · 27 İyun 00:0450

    Sabahiniz xeyirə acılsın amin inşeAllah

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 27 İyun 00:0458

    Vəəə, geceniz xeyre qalsin yuxunuz Bal Esra olsun şipşirin.. Sabah axama kimi burada olmayacammm darixacaqsiniz eee Bal Esra ücünnn hmmmm)))

    Cavab yaz
    • Anonim
      00.04 e · 27 İyun 10:20158

      Get deeeeeeeee

      Cavab yaz
      • Anonim
        Esra ıbrahimli(Samaxı) · 27 İyun 15:3156

        Eyyyy baxx burdan yazirammm haaaaa menimle isin olmasin daaaaa Özün gettt dəəə burdannnn men hara getsem ordan yazacamm daaaabiyyyy)))

        Cavab yaz
        • Anonim
          15.31 e · 27 İyun 17:1782

          Uuuuuuçççççduuuuuunnnnn buralardan

          Cavab yaz
          • Anonim
            17:17 · 27 İyun 21:2923

            Qırılllll da burdan

            Cavab yaz
            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 27 İyun 22:3123

              21 29 a saq ol var oll ne yaxsiii varsannnn..

            • Anonim
              Esrama · 27 İyun 23:2713

              Sən sağol ürəyim. Sən də yaxşıki vqrsan☺️

            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 28 İyun 00:0213

              Cannn canimm.

  • Anonim
    Zəhra · 27 İyun 08:3913

    Salamlar! Şəmkirli qardAşım sabahınız xeyir. Bilirsiz mən küsəyən olsamda Ustada-( Əsmərə ) küsmərəm. Nə də sizə. Mən sadəcə olaraq o dünən başqa niklə yazdığım şərhə görə deyirəm. Amma küsmədim☺️ Qaldı ki mənə mən bəli bura yazmadım 2 gün. Amma bunun küsməylə əlaqəsi yoxdu qaqaş. Sadəcə olaraq söhbətinizi bölmək istəmədiyimnən yazmadım. Yoxsa dediyim kimi buraya sizə və Əsmərə birdə Aytənə görə yazıram. Yazmısız evlilik. Yooo mən evli deyiləm. Problemim var. Bəli mən nevrozam. Buna görə də müalicə davam edir. Nevropatoloqa getmişəm. Həəə belə. Qardaş köhnə söhbəti də olmamaış bilək. Əsməcanı da icazə verməyəkki pis olsun. Ok?

    Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 27 İyun 08:4810

    Sabahınız xeyirə uğura bərəkətə doğru

    Cavab yaz
    • Anonim
      Esmer · 27 İyun 09:3500

      Salam Gözel Tutum seninle Bahem Canım .

      Cavab yaz
  • Anonim
    Zəhra · 27 İyun 10:2700

    Salam Əsmərcan belə danışma. Mən səndən küsməmişəm. Biraz yalnış anlamalar olub vallah. Belə. Başqa nə. ?? Sən getmədə burdan. Axı sən yalnız burada olursan (((. Mən başqa yerdə yazabikmirəm sənə. Axı sən mənə köhnə şərhçiləri xatırladırsan. Belə eləmə də can. Çıxmaq fikrin yaddaşdan çıxart❤️❤️

    Cavab yaz
    • Anonim
      Esmer · 27 İyun 10:4300

      Salam.Zehra Necesen gözel qız .menem da bele sen Yaxsl ol .Boş ver her şeyi oldu bitdi .qaldı dünende .bu gun dunene qayıtmaq olmaz .Narahat olma Canım .

      Cavab yaz
      • Anonim
        Zəhra · 27 İyun 13:5600

        Çix sağol Ustad. Yacşıyam. Bayaqdan Hamlet romanın oxuyuram stress keçirirəm. Görəsən son necə olacaq deyə. Bu Şekspir dəli eliyirdə məni)))

        Cavab yaz
        • Anonim
          Esmer · 27 İyun 15:4700

          Ay qız biraz sakit diyan da bes sene Hekim demeyib sakitliyi sec ele tesrli Romanları oxuma Zehram .mene hekim icaze vermir cox şeyleri .canım

          Cavab yaz
          • Anonim
            Zəhra · 27 İyun 16:5400

            Allah onu öldürmədin deyibe sakitliyi seç. Amma deməyib əsər oxuma))))). Bayaq da romanı oxuya-oxuya yatmışam. Yuxuda da əsərdəki obrazları gördüm. ))). Bu nəyin əlamətidit ustad?Uje dəliləşmə gedir həəə))))

            Cavab yaz
            • Anonim
              Esmer · 27 İyun 17:2800

              Deli deliye Meslehet verir ))) mende deliyem da ureyim ))) kecer inşallah burax pisixoluqa falan ged duzelecen .

            • Anonim
              Zəhra · 27 İyun 20:1500

              Canne can. Özümü bir anlıq dəlixanada hiss elədim Ay Əsmərim. Hmmmm. Gedəcəm yenə psixoloqa. Gedib onu da dəli eliyib. Gələjəm ))))

  • Anonim
    Şemkirli · 27 İyun 11:2300

    Salam Sabahınız Xeir olsun ugurlar her kese menim isim gucum coxdu danisariq Esmer Zehra her sey yaxsidi yeqin sukur Mehriban olmaq lazimdi doslar

    Cavab yaz
    • Anonim
      Esmer · 27 İyun 12:0300

      Salam Şemkirli Balası .İşlerinde Uğurlar .Isınde ol Narahat olma Her Şey yaxsdı ..yaxsı da Olacaq.

      Cavab yaz
    • Anonim
      Zəhra · 27 İyun 13:5500

      Salam Şəmkitli qardaşım. Hər şey bombadı narahat olma. Uğurlar sənə

      Cavab yaz
  • Anonim
    Allaha bagli biri · 27 İyun 12:3700

    Salam Zehra xanim necesen insAllah .

    Cavab yaz
    • Anonim
      Zəhra · 27 İyun 13:5400

      Salam Aytən. Necəsən??? Çox sağol. Yaxşıyam. SƏni gördüm lap əla oldum. Niyə yaxmırdın??? Darıxmışdım çoxxx. Necəsən? Nələr edirsən? Ay daa nə yaxşı yazdıne

      Cavab yaz
    • Anonim
      Allaha bagili biri · 27 İyun 18:1900

      Zehra can yaxsiyam Əlhəmdulillah .Sende yaxsi olmaqina cox sevindim her zaman yaxsi ol.Her zaman sevin.İnan Zehra can isim var idi baxa bilmirdim sayta .İmtahanlarin nece oldu qebul olunmusan ?

      Cavab yaz
      • Anonim
        Zəhra · 27 İyun 20:1400

        Cann. Çox sağol Aytən bacım. Bəli qəbul olmuşam. Amma sənəd işləri biraz qarışıqdı. Gələn ay sənəd işlərinə baxılacaq. Əgər yaxşı olsa bu il gedirəm Uniyə. İnşallah yaxşı olar. Biraz həyəcan var. Müəllimdən xəbər gəldiki qəbul siyahısında adın var. . Gecə 12 də zəng vurdular ki, cavablar vurulub dəhşətə gəldim. Və girdim. Gördümki lazım olan baldan artığın da vurmuşam. İnşallah dəqiq məlumat alanda vurduğum balı da deyəcəm. İndi 10 lar da məktəbdə imtahana gedəcək bu həftə. Onlara müəllimin başı qarışıb. Gələn ay xəbər verərəm yəqinki sənə canım bacım. Sən necəsən? Demişdin toy olacaq elə bil. Nə oldu?

        Cavab yaz
  • Anonim
    &&& · 27 İyun 12:5902

    Əsram ayin 30 u cixacam bir ehtimalda varki qiz gil beşdə biz üçdə olmurug ola bilerki burani satsinlar həyət evi alsinlar elə olsa hec olmaya birindən uzag dusəcəm bilirsəndə əsas odu avqustu gozdurlər bu birsinin isi dəqiq bilinsin ayrilir ya yox ondan sora hərəkətə kecəcəklər

    Cavab yaz
  • Anonim
    &&& · 27 İyun 13:0002

    İnşallah yalandisa gercək olsun bircə burani satib cixsag əla olar birdə inanmiram belə bir birinə yaxin ev taparlar bu qədər yaxin inşallah birdə olmaz

    Cavab yaz
  • Anonim
    &&& · 27 İyun 13:0302

    İndi gedəcəm bir ay inşallah basim qulagim dinc olacag gecələr yata bilmirəm mama komək eliyer sora gedim enerji yigim gəlim gorum basima nə gəlir dua elə burdan ciximda kişi qaynana qaynataynan yenə raziyam o birsi ayrilan qizda yenə yaxsidi teki bu yuxaridakindan ayri dusum amin

    Cavab yaz
    • Anonim
      Zəhra · 27 İyun 13:5600

      Salam Sara Xatun. Necəsən? Bəbəşkolar necədi?

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 27 İyun 22:3411

        Saram canimm menimm Allah en xeyirlisi senin icin nedise onu etsinnn Amma men fikirlesirem heyet evi hamminiz bir yerdeee heccc yaxsiii olmayacağğ onlar ele qizi fikirlesib bele qerara geliblerr Bu yanmis hara getse anasindan el cekendiki menden beterrr Yaxsi ki qardasim yoxduuu ))) Zarafat ediremm haaaa Amma ana ataya oyresmekkk coxxx pis haldiii Ele ozumnen gotururemm

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.