Azay Quliyev vətəndaşları fəal olmağa çağırdı - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vətəndaşlara göstərilən elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi və elektron hökumətə keçidlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərman və sərəncamlardan irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası göstərdiyi xidmətləri tamamilə elektronlaşdırır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Şuranın sədri Azay Quliyev deyib.
A.Quliyev bildirib ki, Şura 2019-cu ildə 20 elektron xidmətin vahid bazada birləşdiyi SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemini yaradıb.
İstənilən şəxs http://vetendas.e-qht.az/ saytında qeydiyyatdan keçdikdən sonra hər hansı say məhdudiyyəti olmadan layihələri online rejimdə qiymətləndirə və müvafiq rəyini bildirə bilər.
Azay Quliyev qeyd edib ki, SƏLİS-ə daxil olan proqramlar arasında innovativliyi ilə seçilən və layihələrin qiymətləndirilməsi prosesində ölkə vətəndaşlarının iştirak edəcəyi yeni e-vətəndaş proqramı mayın 14-dən istifadəyə verilib:
"Məlumat üçün bildirim ki, indiyədək Şura üzvləri layihələrin maliyyələşdirilməsi zamanı ekspert rəyinə və layihə icrası ilə bağlı Katibliyin hər bir QHT haqqında təqdim etdiyi arayışa istinad edərək qərar qəbul edirdi. Bu gündən etibarən isə layihələrin maliyyələşdirilməsinə hər bir Azərbaycan vətəndaşının da rəy bildirmək və onları qiymətləndirmək imkanı olacaq. E-vətəndaş proqramından istifadə qaydaları haqqında Şuranın son aylar paytaxtda və regionlarda keçirdiyi çoxsaylı məlumatlandırma sessiyalarında, ictimai görüşlərdə və yaydığı açıqlamalarda ətraflı məlumat verilib. Lakin bu proqramın ilk dəfə tətbiq olunduğunu nəzərə alaraq, onun bəzi aspektlərinə qısa şəkildə toxunmağı vacib sayıram.
Əvvəla, layihə qiymətləndirilməsində vətəndaşlara yaradılan bu imkan hər şeydən öncə Şuranın fəaliyyətində şəffaflıq amilini daha da gücləndirir və bütövlükdə cəmiyyətdə qərar qəbuletmə prosesində vətəndaş iştirakçılığının təmin olunmasına xidmət edir. İnanırıq ki, hər bir layihənin maliyyələşdirilməsi üçün təqdim edəcəyiniz rəylər layihədə əks olunan problemlərin həllinə və vətəndaş maraqlarının nəzərə alınmasına öz töhfəsini verəcək.
Bundan başqa, bu xidmət bütövlükdə ictimai sektorun fəaliyyətinin daha geniş miqyasda təbliğinə, QHT layihələrinin həm maliyyələşdirilməsində, həm də icrasında rəqabət və məsuliyyət hissinin daha da artırılmasına şərait yaradacaq. Onu da qeyd edim ki, Şura vətəndaşları təkcə layihələrin maliyyələşdirilməsi prosesinə cəlb etməklə kifayətlənməyəcək, onlara həm də digər proqramlar vasitəsilə layihələrin hesabatlılıq vəziyyətini online müşahidə etmək imkanı yaradacaq. Bu da öz növbəsində layihələrin icrasına və keçirilən tədbirlərə ciddi ictimai nəzarət mexanizminin tətbiqi baxımından mühüm yenilikdir.
Nəhayət, layihələrin maliyyələşdirilməsində bütün vətəndaşların iştirakı və bütövlükdə Şuranın tətbiq etdiyi digər yeniliklər, ölkədə aparılan geniş islahatlara ictimai dəstək verməklə yanaşı, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə, azad və obyektiv vətəndaş rəyinin nəzərə alınmasına və cəmiyyətdə sosial ədalətin daha da güclənməsinə xidmət edəcək.
Sizi 7 iyun 2019-cu ilə kimi davam edəcək layihələrin vətəndaşlar tərəfindən qiymətləndirilməsi prosesində fəal olmağa və ən yaxşı layihələrin seçimində iştirak etməyə çağırıram".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Metronun 2 stansiyasında giriş sabahdan ödənişsiz olacaq - müddət açıqlandı - Yenilənib
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - (Video)
XƏBƏR LENTİ
-
“Kızılcık şerbeti”ndə yeni sima - (Foto)
-
Bakıdakı universitetlərdə dərslər distant olacaq
-
Xamenei xalqa müraciət etdi
-
Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib - (Foto)
-
Erməni idmançı UFC-dən kənarlaşdırıldı
-
Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasının aviaşirkətlərinin reysləri dayandırılır
-
"Səni ilk qucağıma aldığım gün sanki dünən idi" - Fatimə Fətəliyeva - (Foto)
-
Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır
-
Gənc istedadlar Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalının əhəmiyyətindən danışıblar - (Foto)
-
DİN işçi axtarır - şərtlər
-
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin iştirakı ilə “Birliyin Gücü - 2026” təliminin açılışı olub - (Foto/Video)
-
Azərbaycan Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır - XİN
-
Metronun 2 stansiyasında giriş sabahdan ödənişsiz olacaq - müddət açıqlandı - Yenilənib
-
Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
“Beşiktaş”ın ulduzu zədələndi
-
"Evimdən 15 min dollarlıq qızıl oğurlandı"
-
Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var - (Video)
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Sənə ayıb olsun! - Netanyahu
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
-
Lənkəranda 75 500 manatlıq oğurluq - Saxlanılanlar var





