Cəmiyyət

Qoruqlar peykdən qoruna bilər - FOTO

10 May 2019 17:50
0 Şərh     Baxış: 953
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və "AZƏRKOSMOS" Açıq Səhmdar Cəmiyyəti arasında görüş keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüşdə nazirliyin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf və Xalq yaradıcılığı və mədəni marşrutlar şöbəsinin əməkdaşları da iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar məsələlər müzakirə olunub. Vurğulanıb ki, Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında peyk təsvirlərindən istifadə etməklə turizm nümayiş obyektlərinin (qoruqlar və mədəni irs obyektləri) qorunmasına dəstək göstərilməsi nəzərdə tutulub.

Eyni zamanda görüşdə "AZƏRKOSMOS" tərəfindən "Yer müşahidə məlumatlarının mədəniyyət sahəsində tətbiqi" mövzusunda təqdimat olub. Təqdimatda peyklərin xüsusiyyətləri, dövlət proqramının məqsədləri və gözlənilən nəticələr haqqında məlumat verilib. Nümayiş olunan təqdimatda işğal altında qalan torpaqlarımızda, xüsusi ilə Şuşa və Ağdamda olan tarixi abidələrin peyk görüntüləri yer alıb.

Qeyd olunub ki, ilkin mərhələ üçün yaxın vaxtlarda "AZƏRKOSMOS" tərəfindən mədəni irs sahəsində pilot layihə təqdim olunacaq. Layihədə müəyyən olunmuş ərazidə yerləşən tarixi abidələrin peyk görüntüləri hazırlanacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.