Cəmiyyət

Muğam Mərkəzində musiqi festivalı çərçivəsində konsert keçirilib - FOTO

18 Aprel 2019 08:05
0 Şərh     Baxış: 931
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzində "OSEP 2019" layihəsi çərçivəsində Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tələblərinin iştirakı ilə "Şərqlə-Qərbin körpüsündə" adlı musiqi festivalının konserti keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, tədbiri giriş sözü ilə açan Xalq artisti, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru Teymur Göyçayev çıxış edərək "Şərqlə-Qərbin körpüsündə" layihəsi çərçivəsində keçirilən konsertlərdən danışıb.

T.Göyçayev tədbirin keçirilməsində dəstəyə görə Beynəlxalq Muğam Mərkəzinə təşəkkürünü bildirib.

Konsertdə tələbələrin ifasında D.Skarlattinin A.Korelliin İ.S.Baxın, F.Kuperin, C.Samartinin əsərləri səslənib.

Xatırladırıq ki, "OSEP 2019" layihəsi çərçivəsində keçirilən "Şərqlə-Qərbin körpüsündə" adlı musiqi festivalı aprel ayının 17-nə kimi davam edəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.