Cəmiyyət

Kündələr hazırlanıb, xəmirlər yayılır - Qutab mövsümü başladı

14 Aprel 2019 21:13
6 Şərh     Baxış: 1 156

Həftə sonunda bölgələrə gedənlər yol kənarlarında satılan isti qutabların dadına baxmadan keçmirlər. İsmayıllıda qutab bişirib satanlar deyir ki, ən çox təlabat meşədən yığılan göyərtidən hazırlanan qutablaradır. Satıcıların sözlərinə görə, gün ərzində 200- də çox qutab satılır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, kündələrhazırlanıb, xəmirləryayılır.Sonra isə hazırlanan qutablar bişməsi üçün ocağın üstünə qoyulur.

Görüntülər İsmayıllı rayonundandır.Maqistralyolunkənarında 10-la qutab bişirən xanımı görmək mümkündür.Sifarişdən asılı olaraq ət vəya göy qutabı bişirib satırlar.

Bura gələnlər yeni qutabın dadına baxmadan keçmirlər.Ən çox üstünlük isə göyərtidən hazırlananqutaba verilir.

Burada gün ərzində 150-250 arasında qutab satılır .Göyərtidən hazırlananqutabın bir ədədi 1 manata ,Ət qutabı isə 1 manat 50 qəpiyə satılır.

Milli.Az

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Papatya · 14 Aprel 21:1660

    Beh beh ureyim gedir goy qutabindan oteri. Biz artiq elemişik bir neçe defe. Rayonda olanda qutab partileri olardi hetta:)

    Cavab yaz
    • Anonim
      Daglı · 14 Aprel 21:4440

      Axşamınız xeyir,müəllimə. Rayon qutabının tayı,bərabəri yoxdu, Corat qutabı da bir ayrı ləzzət,kənd qatıgını da unutmamaq şərtilə)

      Cavab yaz
      • Anonim
        Papatya · 14 Aprel 22:1930

        Her vaxtiniz xeyir. Yox xahiş edirem muellime demeyin. Yəni hele layiq deyilem..hazirlaşiram bu il insaAllah işe qebul imtahanin vermeye. Kecen defe Əsi ile danişirdiq bu barede..ozu de men çol goylerinden olan qutabi daha çox sevirem. Turşengli, quşeppeyili, quzuqulagili ve.s) Bakida bu goyertileri tapmaq muşkul meseledi. Corat qutabini en yaxsi harada hazirlayirlar bilmirem, Novxanida yemişem bir neçe defe. Onun da ayri lezzeti var duzdu.

        Cavab yaz
        • Anonim
          Daglı · 14 Aprel 23:0840

          Nəzərinizə çatdırıram ki, Siz, Universiteti bitirərkən,Sizə Dövlət İmtahan Komissiyasının qərarı ilə müəllimlik statusu verilib.O qərarı dəyişməyə dünyada heç kimin ixtiyarı çatmır. Qalan məsələlər hamısı sonradan qondarma məsələlərdir. Dediyiniz göyləri tapmaq üçün İsmayıllı daglarına müraciət edin). Hazırlayın və ləzzətini görün)

          Cavab yaz
          • Anonim
            Papatya · 15 Aprel 09:3520

            Çox sagol Dagli..cox tesekkur edirem. Kaş keçmisdeki kimi teyinatla olaydi. Ən azindan bu stresi yaşamazdiq. Keçen il, bir qrup yoldaşim imtahan verdi 55 balla(maksimum 60dan)Tertere duşdu..aileli qadindi yene getdi ki, 1 il sonra yerdeyişme imtahani verer..menim ele bir şansim da yoxdur:( Heç olmasa Baki kendleri olsun. Merkeze duşe bilmek samanliqda iyne kimi birşeydi. gorek, qismet. İsmayilli yox, İsmayilliya qonşu bir rayonun daglarinda olmuşam, qohumlarimiz var. O daglarda da bitir) usaq vaxti dadini çox gormuşem.)

            Cavab yaz
  • Anonim
    Bəli · 14 Aprel 22:0940

    1 manata qutab olar?? Göyərtilər qızıl suyunda yuyulur, məgər?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.