Kündələr hazırlanıb, xəmirlər yayılır - Qutab mövsümü başladı

14 Aprel 2019 21:13

Həftə sonunda bölgələrə gedənlər yol kənarlarında satılan isti qutabların dadına baxmadan keçmirlər. İsmayıllıda qutab bişirib satanlar deyir ki, ən çox təlabat meşədən yığılan göyərtidən hazırlanan qutablaradır. Satıcıların sözlərinə görə, gün ərzində 200- də çox qutab satılır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, kündələrhazırlanıb, xəmirləryayılır.Sonra isə hazırlanan qutablar bişməsi üçün ocağın üstünə qoyulur.

Görüntülər İsmayıllı rayonundandır.Maqistralyolunkənarında 10-la qutab bişirən xanımı görmək mümkündür.Sifarişdən asılı olaraq ət vəya göy qutabı bişirib satırlar.

Bura gələnlər yeni qutabın dadına baxmadan keçmirlər.Ən çox üstünlük isə göyərtidən hazırlananqutaba verilir.

Burada gün ərzində 150-250 arasında qutab satılır .Göyərtidən hazırlananqutabın bir ədədi 1 manata ,Ət qutabı isə 1 manat 50 qəpiyə satılır.

Milli.Az