Cəmiyyət

Günün qoroskopu:Müzakirələrin intensivliyini azaldın

29 Aprel 2019 00:01
32 Şərh     Baxış: 12 134

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - mövqelərinizi möhkəmləndirin, stabilliyə can atın. Danışıqlar aparın, informasiya arayın, mütəxəssislərlə məsləhətləşin. İntellektual və fiziki yük az olmayacaq. Zəruri təhlildən sonra ideyalar, hesablamalar, təkliflər və vədlər başqa forma ala bilər.

Günün ikinci yarısında tələsməyin, sənəd imzalamayın. Planlarınızı kimsə ilə bölüşməyin. Səhhətinizdə problem yarana bilər. Mədə ağrıları istisna deyil. Baş ağrısı, ürəkbulanması riski var.

Hadisələrə süni təkan verməyin. Müdaxilələr yolverilməzdir.

Buğa - mübahisəli məsələləri günün ilk yarısında həll etmək olar. Ümumi razılığı əldə etməmiş yeni layihəyə başlamayın. İfrat dərəcədə informasiya əldə etməyə çalışmayın. Eyni zamanda bir neçə genişmiqyaslı layihəyə qatılmağın pis fəsadları olacaq.

Günün ikinci yarısında ifrat yorğunluq yarada biləcək nüanslara qapılmayın. Emosional təmaslar usandırıcı ola bilər.

Ailə üzvlərinin qayğısına qalın.

Əkizlər - günün ilk yarısında aktiv olmağa çalışın. Bilik və bacarıqlarınızdan yararlanın. Geniş proqram çərçivəsində fəaliyyət göstərin. Erudisiyanızı işə salın.

Günün ikinci yarısında yazışmalarda önəmli məqamları diqqətdən qaçırmayın. Başa çatdırılımamış işləri tamamlamaq asan deyil. Axşam saatlarına yaxın işgüzar görüşdə mövqelərinizdən geri çəkilməyin. Soyuqqanlı davranın, amma laqeyd olmayın.

Adi müşahidəçi mövqeyi tutmayın, olayları dəqiq qiymətləndirin.

Xərçəng - ətrafınızdakı insanların energetik təsirinə həddən artıq aludə olmayın. Hisslərinizə hakim olun. İstənilən hadisənin inkişaf məcrasında emosiyalar böyük rol oynamamalıdır. Vədlərə inanmayın, başqasının qurduğu situasiyaya düşməyin.

Günün ikinci yarısında kimisə dilə tutmağa çalışmayın. Faydalı məlumat ənənəvi mənbədən gəlməyə də bilər. Müşahidə qabiliyyətiniz yüksək olmalıdır. Yaxınlarınızı dinləyin, onları maraqlandıran məsələlər, qayğılandıran nüanslardan xəbər tutun. Ailə ən böyük dayağınızdır.

Yaxınlarınızdan gərəkli dəstəyi alacaqsınız.

Şir - yaxın ətrafınızdakı insanlarla münasibətləri gərginləşdirməyin. Günün ilk yarısında hisslərin əsirinə çevrilməyin. Əldən verilmiş imkanlar barəsində düşünmək yerinə irəliləyişə üstünlük verin. Mənasız söhbətlərə qatılmayın.

Günün ikinci yarısında mühüm sənədlərin hazırlanmasını, gərəkli informasiyanın axtarışlarını təxirə salmayın. Dəyər verdiyiniz insanlara ünvanlanmış iradların sayını azaldın. Ultimatum və hədələr yolverilməzdir. İstənilən dialoqda diqqətli tərəfdaş olun.

Axşam saatlarında evdən uzağa yollanmayın.

Qız - sizə səbr lazımdır. Bu gün ümid və planlarla doludur. Amma onların həyata keçməsi üçün bir qədər vaxt lazımdır. Özünüzü işə girişməyə məcbur etmək çətindir. Bu, təcili həllini tələb edən peşə problemləri ortaya çıxdıqda xoşagəlməz nəticələr verə bilər.

Yaxınlarınızla yaxşı yola gedəcəksiniz. Amma bütün sirlərinizi onlarla bölüşməyə hələ tam hazır deyilsiniz. Unutmayın ki, uzaq səfərlərə səhər saatlarında yollanmaq məsləhət deyil. Bunun üçün ən yaxşı vaxt günortadan sonradır.

Başladığınız işi yarımçıq qoymayın.

Tərəzi - günün ilk yarısında ehtiyatlı olun. Mənfi təmayüllərin təsiri güclənir. Soyuqqanlı davranaraq təxribatlar tələsinə düşməyin. Ailədə mübahisə və fikir ayrılığı istisna deyil. Problemin həllində davranışınız xüsusi rol oynayır.

Günün ikinci yarısı daha uğurludur. Çoxdan bəri həyata keçirmək istədiyiniz planlardan birini reallaşdıra biləcəksiniz. Maraqlı görüşlər, xoş sürprizlər və diqqət izharları istisna deyil. Axşam saatları ailə üzvləri ilə daha səmimi və sıx ünsiyyət, ailəvi tədbirlərin təşkili üçün yaxşıdır.

Əqrəb - fikir mübadiləsi aparın, əlavə məlumatlar əldə edin. Unutmayın ki, bu gün ünsiyyət çox zaman və qüvvə tələb edəcək. İşlədiyiniz yerdə rəhbərliklə açıq danışıq üçün münasib zaman deyil. Sərmayə və maliyyə məsələlərində impulsiv qərarlar verməyin.

Günün ikinci yarısında etiraflar ola bilər. İşgüzar mübahisələrdə emosiyalarınıza hakim olun. Eqoist və xudpəsənd insan təsiri bağışlamayın. Nəzarət zəif olarsa, yanlış qərarın fəsadı böyüyə bilər.

Axşam saatlarında gəzintiyə çıxın.

Oxatan - günün ilk yarısı uğurlu zamandır. Yaranan şanslardan tam istifadə edin. İnformasiya və ya kommunikasiyalar sahəsində çalışırsınızsa, rəqiblərin aktivləşəcəklərini bilin. Evdən uzaqda olarkən diqqətli davranın.

Günün ikinci yarısında yarımçıq işləri tamamlayın. Özünüzü sərt çərçivələrlə məhdudlaşdırmayın. Çətinliklərin öhdəsindən gəlmək üçün sınanmış metodlar və vasitələrdən istifadə edin.

Axşam saatlarında normal istirahəti seçin.

Oğlaq - günün ilk yarısında təşəbbüsləri minimuma endirin. Sizə xas olmayan rolda çıxış etməyin. Bundan sonra ağır problemlər yarada biləcək addımlar atmayın. Aktiv olun. Amma qarşı tərəfin xoşuna gəlməyəcək sözləri söyləməzdən əvvəl düşünün. Götür-qoy edin.

Günün ikinci yarısında mövqelərinizi və baxışlarınızı müdafiə edin. Ehtiyatlı olun. İşgüzar təmaslarda emosional qərarlar verməyin. Yerinə yetirə bilməyəcəyiniz işlə bağlı öhdəliklərə boyun olmayın.

Dolça - günün ilk yarısında diskussiyalar olacaq. Müzakirələrin intensivliyini azaldın. Mövqelərinizi qorumaq üçün ekstremal variantlardan istifadə etməyin. Rəqiblərinizin sayı artacaq. Onları üstələmək çətinləşəcək.

Günün ikinci yarısında formal irəliləyişə aludə olmayın. Prinsipial məsələlərdə mövqeyinizdə qalın. Yaranan problemlərin həll yolları var. Real arqumentləri olmadığından ucuz effektlərə üstünlük verən insanlara aldanmayın.

Sayıq olun.

Balıqlar - günün ilk yarısını optimal, əlahiddə zaman adlandırmaq çətindir. Həyat tonusu yüksək deyil. İşləriniz bir qədər az olsaydı, sevinərdiniz. Amma işlər çoxdur və onların hamısı diqqət tələb edir. Çətin ki, axşama qədər istirahətə, gücünü bərpa etməyə vaxtınız ola.

Həmkarlarınız və dostlarınızla ünsiyyətdə problemlər mümkündür. Ətrafdakıların sizdən nə istədiyini heç cür anlaya bilmirsiniz. Günün ikinci yarısında nəsə aydınlaşacaq. Amma bu, sizin üçün kifayət deyil. Hədiyyə və sürprizlər mümkündür.
 

Milli.Az

loading...

Şərh yaz:

32 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 29 Aprel 00:0263

    Heftemizin 1 ci günü uqurla sabahlar gözel bir gün arzu edirem Canlarim !

    Cavab yaz
    • Anonim
      Harlnpasa · 29 Aprel 01:2022

      Sizinle bahem prensesss

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 29 Aprel 09:2743

        Cox saq ol Harlnpasa

        Cavab yaz
    • Anonim
      Esmer · 29 Aprel 07:4521

      Səninlə Bahəm Esracan...

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 29 Aprel 09:2833

        Esmərim canim cox saq ol var ol.

        Cavab yaz
        • Anonim
          Nurlana · 29 Aprel 10:3501

          Bahem Esra can

          Cavab yaz
          • Anonim
            Esra Ibrahimli(Samaxi) · 29 Aprel 12:4212

            Cox saq ol Nurlanam

            Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 29 Aprel 00:03512

    Status-Cox mütalie etmək insanı savadlı edər, savadlilarla cox söhbet etmek insani hazircevab edər ..

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 29 Aprel 00:04313

    Status- Çətinliklər hər birimizin heyatinda bülov daslaridi sürtüne-sürtünə irəliləyirik.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 29 Aprel 00:05411

    Status-Men ölenden sonra nur icinde yatasan demiyin ,gözlerime isığ düşəndə hecc yata bilmirem ha ha ha )))

    Cavab yaz
    • Anonim
      Harlnpasa · 29 Aprel 01:2115

      Likeeèeeeeeeeeeeseee prensesimizzzzzzzzzzz

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 29 Aprel 09:2833

        Cox saq ol can-ciyer Harlnpasa.

        Cavab yaz
    • Anonim
      Tural · 29 Aprel 01:4712

      Geceniz Xeyr Necesiz Dostlar !

      Cavab yaz
    • Anonim
      Esmer · 29 Aprel 07:4411

      Likeeee....

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 29 Aprel 09:2923

        Cannnn Esmərimmm canimm.

        Cavab yaz
        • Anonim
          Nurlana · 29 Aprel 10:3510

          Like

          Cavab yaz
          • Anonim
            Esra Ibrahimli(Samaxi) · 29 Aprel 12:4121

            Cannn Nurlanam/

            Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 29 Aprel 00:23311

    Vəəəəə.......Geceniz xeyre qalsin yuxunuz bal Esra olsun şipşirin olsun.

    Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 29 Aprel 00:2412

    Çox sağ ol Esracanım mənim sən ❤sən

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 29 Aprel 09:2924

      Tutum, sen de menim canimsannn.

      Cavab yaz
  • Anonim
    Esmer · 29 Aprel 07:47160

    Salam dostlar Sabahınız xeyrli gününüz uğurlu olsun .Həftənin ilk iş günü. uğurlu olsun Amin ....

    Cavab yaz
    • Anonim
      Harlnpasa · 29 Aprel 08:3610

      Sabahnlz xeyr esmer xanlm sizinle bahem

      Cavab yaz
      • Anonim
        Esmer · 29 Aprel 08:5110

        Sabahın xeyir Harun qardaşım necesen ? Cox sag ol ..

        Cavab yaz
        • Anonim
          Nurlana · 29 Aprel 10:3500

          Sabahin xeyir Esmer can necesen? Mirana baxirsan:)

          Cavab yaz
          • Anonim
            Esmer · 29 Aprel 11:2200

            Salam Canım Nurkam necesen ?mən yaxşıyam .ay qızzz deme day hər gun baxram ))))

            Cavab yaz
            • Anonim
              Nurlana · 29 Aprel 12:1000

              Yaxci ol Ureyim,mende yaxciyam. Xalasinin tontishleri:)necedir? He Miran xestesi olmushuq biz ikimiz:))

            • Anonim
              Esmer · 29 Aprel 12:4500

              Can cox sag ol Canım Nurkam .Xalasının ponciklərdə yaxsdılar cox sag ol .canım mənim .hə urəyim inanırsan .bəlkə gun ərzındə 100 dəfə fragmana baxram)))

  • Anonim
    Tovuzlu Tutu · 29 Aprel 11:1200

    ESMER NURLANA HARUN ZEHRA ŞEMKİRLİ ESRA necəsiz?

    Cavab yaz
    • Anonim
      Esmer · 29 Aprel 11:2300

      Salam Tutum canım mən yaxşıyam Şükür .Sən necesen ?

      Cavab yaz
      • Anonim
        Nurlana · 29 Aprel 12:1110

        Salam Tutucan men ela sen necesen?

        Cavab yaz
    • Anonim
      Zəhra · 29 Aprel 15:2610

      Salam. Çox sağol. Tozuzlu gözəli. Yaxşıyam. Sən yaxşı ol

      Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 29 Aprel 21:4320

    Çox sağ olun məndə yaxşıyam yaxşı olasınız.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.