Cəmiyyət

Günün qoroskopu: Şəxsi münasibətlərdə anlaşılmaz situasiyalar yaratmayın

14 Mart 2019 00:01
44 Şərh     Baxış: 8 599

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Günün ilk yarısında bütün işləri əvvəlcədən planlaşdırmağa çalışmayın. İntuitiv hərəkət etsəniz, ciddi reqlamentdən çıxaraq daha böyük və əhəmiyyətli uğurlara nail ola bilərsiniz. Fəaliyyət azadlığı mütləqdir. Zəruri saydığınız kimi hərəkət edin.

Günün ikinci yarısında şəxsi həyatınızda proseslər həddən artıq intensiv olacaq. Özünüzü pərişan və tənha hiss etməyin. Psixoloji diskomforta qapılmayın.

Axşam saatlarında diqqətli olun.

Buğa - Rəqibləri geridə qoyaraq irəliləmək şansları var. Şəxsi münasibətlərdə də yeniliklər zamanıdır. Maliyyə əməliyyatları, alış-veriş, yaradıcılıq üçün münasib zamandır.

Bir işi başa vurmamış digərinə başlamayın. Tələsmədən çalışın. Mühüm məsələ ilə bağlı mövqelərinizin dəyişməsində qorxulu heç nə yoxdur. Maliyyə ilə bağlı təklif alsanız, düşünülməmiş qərar qəbul etməyin. Olayların cari fəaliyyətinizə təsir səviyyəsini hesablayın.

Başqalarının hesablamalarına uymayın. Yalnız sizə sərfəli addımlar atın.

Əkizlər - Ən müxtəlif işlərin yerinə yetirilməsi üçün münasib zamandır. Özünüzdən bədgüman olmayın. Qüvvə və potensialınıza şübhəniz olmasın. İndiyədək reallaşdırılmasını arzuladığınız məsələni gerçəkləşdirməyə başlayın. İradəli olun, əsla və heç bir halda geri çəkilməyin.

Çoxdan bəri hazırladığınız planı həyata keçirməyə başlayın.

Günün ikinci yarısında ailədəki situasiya stabil olacaq. Qarşılıqlı anlaşma daha aşkardır. Yaxınlarınız sizə yardım etməyə hazırdırlar. Səhhətinizə fikir verin. Pəhriz barədə düşünün.

Xərçəng - İşlərinizdə irəliləmək üçün rasional düşünün. Qərar qəbul edəndə ön planda olmayın. Perspektivlər sizi təmin edirsə, işə başlayın.

Fərdi qərarlarla müqayisədə kollektiv müzakirələr daha yaxşıdır. Maraqlarınızın olduğu sahədə qarışıqlıq və anlaşılmazlıq yaratmaq istəyən insan var. Təşəbbüskar davranın, amma düşünülməmiş qərarlar verməyin.

Günün ikinci yarısında mövqelərinizi daha təhlükəsiz etmək üçün zəruri addımlar atın. Münasibətlərdə heç nəyi korlamayın. Ehtiyatlı, sayıq olun.

Axşam saatlarında alış-veriş etmək, qarderobu yeniləmək olar. Dostlardan maraqlı xəbərlər alacaqsınız. 

Şir - Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə süni problemlər yaratmayın. Rabitə vasitələri və ya texnikanın işində problemlər yarana bilər. İşlərinizə qapılaraq ailə üzvlərinin xahişini qulaqardına vurmayın. Öhdəlikləri unutmayın.

Günün ikinci yarısında şəxsi münasibətlərdə problemlər olmayacaq. Ailədə rəvan, həlim münasibətləri qoruyun. Məişət qayğıları və problemlərdən tam yayınmaq mümkün deyil. Amma nikbin olsanız, bütün problemlərin öhdəsindən gələ bilərsiniz.

Qız - Uzaqdan yaxşı məsləhət alacaqsınız. Təmasları aktivləşdirin. Təcrübənizi yaxın ətrafınızdakı insanlardan biri ilə paylaşa bilərsiniz. Müxtəlif ağırlıqda və səviyyədəki problemlərin həllində tələskənliyə yol verməyin. Təmirə başlamaq, yaşam arealını yeniləmək olar.

Ailə və məşiət qayğılarının aradan qaldırılması üçün münasib zamandır.

Günün ikinci yarısında aqressiv, səbirsiz, qısqanc olmayın. Hansısa məsələ ilə bağlı fikirlərinizin absolyut həqiqətə bənzəməməsi ilə barışın.

Münasibətləri gərginləşdirməmək üçün iradlarla tənqidləri azaldın. Rasionunuza fikir verin. İdmanla məşğul olun.

Tərəzi - Ünsiyyət və fəaliyyət üçün daha geniş sahəyə ehtiyacınız var. Uğurlarınızla qürrələnməyin, təvazökar olun.

İnformasiya ilə işləmək, müzakirələr, təcrübə mübadiləsi üçün yaxşı zamandır.

Günün ikinci yarısında hadisələrin axarı sizi təmin edirsə, proseslərə süni təkan verməyə can atmayın. Yaxın gələcəklə bağlı planları quranda praqmat olun. Həmkarlarınız və ya tərəfdaşlarınızla ümumi maraqlarınızı bir daha təhlil edin.

Bir qədər sonra əməkdaşlığın yeni variasiyası formalaşmağa başlayacaq.

Əqrəb - Maliyyə məsələləri xüsusi aktuallıq kəsb edəcək. Sərmayələr, alış-veriş, bankdan kredit almaq üçün sərfəli zamandır. Danışıqlarda mövqelərinizi qorumağa çalışın.

Özünüzü daha səbatlı, əmin və təhlükəsiz hiss etmək üçün situasiyadakı yenilikləri nəzərdən qaçırmayın.

Günün ikinci yarısında əhəmiyyətli layihənin reallaşdırılmasına başlamaq olar. Fəaliyyətin yeni istiqamətini götür-qoy edin.

İntuisiyanızın səsinə qulaq asın. Risk etmək olar.

Axşam saatlarında fiziki təmrinlərlə məşğul olmaq olar.

Oxatan - Şərtləri təhlil edin, situasiyadan istifadə edin. Sizə dəyər verən insanın maraqlarını qulaqardına vurmayın. Yaxşı tanıdığınız insanla əməkdaşlıq edin.

Peşəkar fəaliyyətdə ciddi irəliləyiş istəyirsinizsə, aktiv olun.

Günün ikinci yarısında yaşamınızı yaxşılaşdırmaq imkanlarını əldən verməyin. Xırdalıqlara və detallara həddən artıq əhəmiyyət verməyin. Danışıqlar və ya müzakirələr aparacağınız insanların emosional durumunu nəzərə alın.

Axşam saatlarında şəxsi münasibətlərdə qəfil impuls olacaq. Sevdiyiniz insanla istirahətə üstünlük verin.

Oğlaq - Seçim qarşısında qalacaqsınız. Aldığınız təklifləri tələsmədən dəyərləndirin. Zərurət yaranarsa, tələsin. Ətalət və tənbəllik zamanı deyil. Problemlərin həllinin sınanmış metodları işlək deyil. Yaşam göstərir ki, yeni variantların nəzərdən keçirilməsi zamanı çatıb.

Günün ikinci yarısında hadisələrə təsir imkanlarına malik insandan dəstək alacaqsınız. Anlaşma və müqavilələrdə gecikmələr ola bilər. İlkin nəticələri möhkəmləndirin. Uğurlara nail olmağa çalışın.

Şəxsi münasibətlərdə anlaşılmaz situasiyalar yaratmayın. Maliyyə əməliyyatları üçün münasib zamandır.

Dolça - Günün ilk yarısında başladığınız işlərdə və təşəbbüslərdə uğur qazana bilərsiniz. Kollektiv fəaliyyətdə xeyir var. İşlərin qaydaya salınması, şəxsi münasibətlərin tənzimlənməsi üçün yaxşı zamandır. Hadisələrə təsir imkanları böyük olan insanla aktiv ünsiyyətdə olun.

Günün ikinci yarısında xəbərlərə, sizə yaxın insanların durumuna laqeyd qalmayın. Onlara üzləşdikləri problemlərin həllində yardım edin. Situasiya uğursuz olsa da, irəliləyiş əldə edə bilərsiniz.

Axşam saatlarında qohumlardan birinə yardım edin. Səhhətinizin qeydinə qalın.

Balıqlar - Əyləncə və istirahət fikirlərini təxirə salın. Çoxsaylı problemlər yarana bilər. Planlaşdırdığınız bəzi tədbirləri və işləri təxirə salmalı olacaqsınız. Səbrli və təmkinli olsanız, situasiya sizi qıcıqlandırmayacaq.

Günün ikinci yarısında yaxınlarınızın qəlbinə dəyməyin. Etibarlı və sınanmış dostlarla müzakirələr vasitəsilə problemləri həll etmək olar. Yeni tanışlarla ehtiyatlı davranın.

Axşam saatları insanların gur olduğu yerə qatılmaq və ya uzaq yola çıxmaq üçün əlverişli deyil.
 

Milli.Az

loading...

Şərh yaz:

44 Şərh:

  • Anonim
    Harlnpasa · 14 Mart 00:3854

    Gununuz ugurlu olsun can ciyerler

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 14 Mart 08:3777

      Cox saq ol Harlnpasa var ol !

      Cavab yaz
      • Anonim
        Nurlana · 14 Mart 10:0223

        Cox sagol dostum bahem

        Cavab yaz
        • Anonim
          Harlnpasa · 14 Mart 10:3824

          Sag ol var ol dostum

          Cavab yaz
          • Anonim
            Nurlana · 14 Mart 10:4501

            Sen sagol,dostum. Necesen?

            Cavab yaz
      • Anonim
        Harlnpasa · 14 Mart 10:3815

        Sizde sag olun var olun prensesssssss can ciyer

        Cavab yaz
  • Anonim
    &&& · 14 Mart 00:4216

    Əsram ay əsram sənə çox ehtiyacım var canım bacım ay əsram uhu

    Cavab yaz
    • Anonim
      Cavid · 14 Mart 08:3301

      Sabahin xeyir Sara Xatun necesen kef ehvalin salamatciliqdi yerlim 3 gunum qalib sora GEC yazacam darixacame

      Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 14 Mart 08:4249

      Caneee cann cann,Allah ikimize de komek olsun bu gün men de pisemmm qelbim ele qirildi Dünenden qırlmışam ruh kimiyem

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 Mart 08:0059

    Sabahiniz xeyir olsun ! Gününüz uqurlu olsun !

    Cavab yaz
    • Anonim
      Nurlana · 14 Mart 10:0232

      Seninle bahem Esra can

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 14 Mart 13:4202

        Can cox saq ol Nurlanam

        Cavab yaz
    • Anonim
      Harlnpasa · 14 Mart 10:3903

      Sizinde sabahnlz xeyr olsun Esra xanlm

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 Mart 08:01510

    Status-Axmağ insanlar Tanridan gelen işareni çətin anlayir ve yaxud da anlamaqda cetinlik cekirler.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 Mart 09:44310

    Canlarim men helelik cixiram. Seq olun selametlerle qalin Haminizı öpürəm Març edirem. Ürəklər seq selamet gelsem İnsallah görüşərikkkk..

    Cavab yaz
    • Anonim
      Nurlana · 14 Mart 10:0333

      Helelik

      Cavab yaz
    • Anonim
      Harlnpasa · 14 Mart 10:4002

      Sag salamat

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 14 Mart 13:4302

        Geldim salamat indi yene gediremmm :)))

        Cavab yaz
  • Anonim
    Nurlana · 14 Mart 10:0323

    Salam Sara can necesen?

    Cavab yaz
  • Anonim
    Nurlana · 14 Mart 10:2223

    Cox sagol dostum bahem

    Cavab yaz
    • Anonim
      Cavid · 14 Mart 10:5202

      Salam sabahın xeyir Nurka necəsən dostum dostun gedir 3 günüm qalıb darixacam ama gec gec yazacam ama yazacam dostum

      Cavab yaz
      • Anonim
        Nurlana · 14 Mart 11:1401

        Salam seninde sabahin xeyir Cavid dostum men yaxci sen necesen? Hara gedirsen? Mende darixacam.

        Cavab yaz
        • Anonim
          Cavid · 14 Mart 11:2302

          Hə NURKA istəməzdim ayrilim ama belə alındı 17 si son gün yazıram sora fso inşallah məni unutmarsiz dostlar bəlkədə unudarsiz bilmirəm bəyaqdan kovrəlirəm ozümə gələ bilmirəm dostlarnan ayrilmaq yayda insallah gorəcəm hamınızı

          Cavab yaz
          • Anonim
            Nurlana · 14 Mart 11:3500

            Caan Qaqashim,InshAllah her shey istediyin kimi olar. Allahdan xeyirlisi. Hec vaxt unutmayacam sen cox yaxci dostsan. Kovrelme.

            Cavab yaz
        • Anonim
          Cavid · 14 Mart 11:3100

          Nurka yazmayacam yoxe səhv yazdım gec yazacam vaxt tapan kimi yazacam yaxşı dostum

          Cavab yaz
          • Anonim
            Nurlana · 14 Mart 11:4100

            He. InshAllah yazarsan Cako gozleyecem

            Cavab yaz
  • Anonim
    Nurlana · 14 Mart 10:4533

    Rusik Qubanin qirmizi qesebesin taniyirsan?

    Cavab yaz
    • Anonim
      Harlnpasa · 14 Mart 11:0722

      Sag ol gozel yaxslyam sen necesen niye tanlmlram lap qeseng tanlylram

      Cavab yaz
      • Anonim
        Nurlana · 14 Mart 11:1321

        Yaxci ol ezizim. Mende yaxciyam sagol. InshAllah ayin 27 ordayam:)

        Cavab yaz
        • Anonim
          Harlnpasa · 14 Mart 11:5510

          Xeyirdimi ay dostum ne eceb biz tereflere kiminle gelirsen Insallah)

          Cavab yaz
          • Anonim
            Nurlana · 14 Mart 12:0500

            Xeyirdi xeyir:)) toya gelirem. Uc gun ordayam. Papam mamam men:)

            Cavab yaz
  • Anonim
    $$$. · 14 Mart 11:3450

    Allahın salamı olsun hər kəsə . Hamının uzu gulsun , könlu şad olsun !

    Cavab yaz
    • Anonim
      Nurlana · 14 Mart 11:4130

      Salam. $$$ xanim necesiz? Cox sagol bahem gozel xanim.

      Cavab yaz
  • Anonim
    $$$. · 14 Mart 11:3740

    Salam Cavid qardaşım. Necəsiniz ? Hara belə hazırlaşmısınız? Hara gedirsinizsə , Allah yolunuzu acıq etsin , hər işiniz uqurlu , ruzulu olsun! İnşallah ! Amin !

    Cavab yaz
    • Anonim
      Cavid · 14 Mart 11:4131

      Salam gozəl dollar bacım necəsən cox sağol dollar xoş sozlərə gorə kovrəlirəm dostlarnan ayrilmaq darixmaq cox pisdi dollar yazacam ama gec gec sənində xətrini cox istəyirəm dollar inşallah yayda gorərəm sərhciləri

      Cavab yaz
  • Anonim
    $$$. · 14 Mart 11:3811

    Nurlana xanım salam. Həmişə gəzməklərdə. Gözəl istirahət məkanı secmisiniz . Xoşbəxt olasınız !

    Cavab yaz
    • Anonim
      Nurlana · 14 Mart 11:5120

      Salam. $$$ xanim cox sagol Allah sizide xoshbext elesin. He cox gozel yerdi.

      Cavab yaz
  • Anonim
    $$$. · 14 Mart 11:4021

    Zəhram , canım , balaca bacım , necəsən ? Salam. Kefin - əhvalın necədir? Yaz , səndən ötru cox narahatam .

    Cavab yaz
  • Anonim
    $$$. · 14 Mart 11:4152

    Ebru xanıma salamlar !

    Cavab yaz
    • Anonim
      Cavid · 14 Mart 12:0320

      EY MƏNİM QƏLBİMİN CİNAYƏTKARI O MƏNİM SEVGİMDƏ GƏRƏYİM İDİ BAĞIŞLA SOYLƏYİB TAPDALADIĞIN AYAĞIM DEYİL İDİ URƏYİM İDİ AĞLIMA GƏLMƏZDİ ŞƏKİLLƏRİMİZİ GÜN GƏLƏ HAÇANSA YANDİRASAN SƏN URƏYİM SƏNİNÇÜN OYUNCAĞ DEYİL USAĞ TƏK ƏLİNDƏ SİNDİRASAN SƏN MƏN NECƏ OLANİ QƏBUL ELİYİM URƏYİMƏ SAĞALMAZ YARA VURMUSAN SƏN OLAN DÜNYAMDA XƏYAL QURARKƏN SƏN OZGƏSİ İLƏ AİLƏ QURMUSAN seir Qəlbimin cinayətkarı

      Cavab yaz
  • Anonim
    bolo · 14 Mart 13:2721

    Cavid sen qızsan yoxsa kisi?hec bilinmir kisi oldugunun

    Cavab yaz
    • Anonim
      Boloya · 14 Mart 13:4321

      Bilmirəm bəysiz ya xanım. Amma sizlə razıyam. Çox qəribə şərhçidir. Tanımadığı adama səni çox istəyirəm deyir

      Cavab yaz
      • Anonim
        bolo/Boloya · 14 Mart 14:0931

        100% raziyam Sizlerle

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.