"Ekspress" qəzeti yazır ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibəti ilə ayrı-ayrı yerlərdə səyyar kitab sərgiləri keçirilir. Belə sərgilərdən biri Binəqədi rayonunda təşkil edilib. Qeyd edək ki, sərgidə kitablarla yanaşı, müxtəlif əl işləri də nümayiş olunub.
Tədbir iştirakçısı 8-ci sinif şagirdi Vüsalə Babayeva belə sərgilərin tez-tez keçirilməsini arzulayır: "Sərgidə müxtəlif mövzuda olan kitablara rast gəlmək olar. Belə sərgi kitabxanalar və onların kitab fondu ilə daha yaxından tanış olmağa şərait yaradır. Kitabların nümayişində iştirak edən kitabxana işçiləri bizə kitablar haqqında ətraflı məlumat verirlər. Onlar bizə daha yaxın olan kitabxanaların yerlərini deyir, bizi kitabxanaların iş rejimi ilə də tanış edirlər. Kitabxanaçılar bizə lazım olan kitabları özümüzlə evə götürə biləcəyimizi də başa salıblar".
Valideyn Nigar Novruzova isə kitab sərgisinə kitab almaq məqsədi ilə gələnlərdəndi. Dediyinə görə, artıq bir neçə kitab alıb.
Mərkəzi Kitabxana Sisteminin (MKS) direktoru Rəna Biləndərlinin sözlərinə görə, sərgidə 8 kitabxana, 3 musiqi məktəbi, 3 mədəniyyət evi iştirak edir. "Oxucular tapa bilmədikləri, ala bilmədikləri kitabları bu sərgidən əldə edə bilərlər. Burada kitab mağazalarının və nəşriyyatların kitabları satılır. Sərgidəki kitabların qiyməti isə mağazadan və nəşriyyatdan ucuzdur".
MKS-nın 6 saylı filialının müdiri Mərziyyə Hüseynli isə hesab edir ki, belə sərgilər oxucularda kitaba olan sevginin çoxalmasına xidmət edir. "Belə sərgilər nəticəsində kitabxanaların oxucularının sayı daha da artır. Belə ki, sərgiyə gələnlər kitab fondu ilə yaxından tanış olur, bu da onlarda oxumağa olan marağı çoxaldır. Ümumiyyətlə, kitaba olan marağı çoxaltmaq üçün təbliğat xarakterli tədbirlərin təşkili mühüm rol oynayır".
Dediyinə görə, müasir oxucu internetdən oxumağa üstünlük verdiyindən, kitabxanalar kompüter sisteminə keçməlidir. "Hər bir kitabxananın internet saytı olmalıdır. Saytda kitablar yerləşdirilməlidir ki, kitabxanaya gəlməyə imkanı olmayanlar rahat şəkildə internetdən oxuya bilsinlər".
M.Hüseynli qeyd edib ki, ümumiyyətlə latın qrafikasına keçəndən sonra oxucularının sayı çoxalıb. "Əvvəlki illərə baxanda oxucularımızın sayı kifayət qədər çoxdur. Oxucular arasında uşaqlara, orta və yaşlı nəslin nümayəndələrinə rast gəlmək olur. Biz oxucuların marağını daha da artırmaq üçün onlarla vaxtaşırı olaraq kütləvi tədbirlər keçiririk. Kitablar evə də verilir. Hər oxucuya 10 gün müddətinə 3 kitab veririk. Kitabxanalarda belə şəraitin yaradılması, xüsusilə də imkansız ailələr üçün əlverişlidir".
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Bakıda ən ucuz kitabları haradan almaq olar? - REPORTAJ
7 Oktyabr 2011 11:30
0 Şərh
Baxış: 3 800

DİGƏR XƏBƏRLƏR
-
Uşaqla tətilə çıxanlar üçün vacib məsləhətlər
-
Günün qoroskopu: Gəlir əldə etmək şansı var
-
Bu bitki evin temperaturunu 4 dərəcə aşağı salır
-
Kirayə mənzillərə gizli kameralar qoyulur - AÇIQLAMA
-
Yeni Klinikanın direktoru orqanlarını bağışladı
-
Bu mobil operator şirkətinə yeni direktor təyin olundu - FOTO
XƏBƏR LENTİ
-
Protein kokteylləri arıqlama prosesini sürətləndirə bilərmi? - Həqiqət budur
-
Bundan sonra da Azərbaycanla birlikdə daha böyük layihələrimiz olacaq - Suriyanın energetika naziri
-
Pediatr 9 günlük körpəni pulla alıb
-
Bu il 100-dən çox şəxs ad və soyadını dəyişdirib
-
"Bir F-16 qiymətinə 20 “Qızılalma” istehsal etmək mümkündür"
-
“Üzüklərin Hökmdarı”nın 3-cü mövsümü gəlir
-
Biz dost ölkələrlə daha çox layihələrə ümid edirik - Suriyanın energetika naziri
-
"Microsoft"da maaşlar nə qədərdir? - 2025-ci ilin yenilənmiş siyahısı
-
Qəzaya düşən yeniyetmə xəstəxanada öldü
-
Goranboyda Neolit dövrünə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb
-
Alparslan Bayraktardan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
-
Yayda bu qidalardan uzaq durun: Həkimlər xəbərdarlıq edir
-
Uşağı hava limanında qoyub, tətilə getdilər
-
Suriyaya tədarük olunacaq qazın ümumi həcmi açıqlandı
-
"İmtahanlar saxtalaşdırıldı, övladımın haqqı tapdalandı"
-
Suriyaya qaz təchizatı layihəsində Qətər dövlətinin mühüm töhfəsi var
-
Ənvər Seyidov vəfat etdi - FOTO
-
Uşaqla tətilə çıxanlar üçün vacib məsləhətlər
-
İstirahət günü Bakıda 39 dərəcə isti olacaq
-
27 yaşlı gəlini əri öldürübmüş - Kamp qurarkən yaxalandı - FOTOlar
-
Azərbaycan qazının Suriyaya ixracına başlanıldı - YENİLƏNİB - FOTO
-
Bu gün burada baş verən hadisə birgə işin, birgə nəticənin aydın nümunəsidir - Nazir
-
BDYPİ səhhətində ciddi problemlər olan sürücülərə müraciət etdi
-
Tanınmış aktrisamız vəfat etdi - FOTO