Yeni Günəşlidə magistral su xətti çəkilir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu yaxınlarda Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə "Azərsu" ASC tərəfindən yeni layihənin icrasına başlanılıb.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən Milli.Az-a verilən məlumata görə, layihə çərçivəsində yaşayış massivinin mərkəzi küçəsi boyu 1000 mm diametrli borularla uzunluğu 1 km-dən çox olan yeni magistral su xətti inşa edilir. Artıq həmin xəttin 50 faizindən çoxu çəkilib və işlər hazırda 2 nöqtədə davam etdirilir. Magistral kəmərin tikintisi başa çatdıqdan sonra şəbəkəyə birləşmə veriləcək. Bununla da, Yeni Günəşli yaşayış massivində dayanıqlı su təchizatı təmin olunacaq.
İndiyədək bu ərazilərə içməli su hər birinin diametri 600 mm olan 2 magistral xətlə verilirdi. Yeni Günəşli yaşayış massivi salınarkən inşa edilmiş həmin xətlər uzun müddətdir istismar olunurdu. Buna görə də relyef baxımından nisbətən yüksəklikdə yerləşən əraziyə suyun çatdırılmasında müəyyən problemlər yaranırdı. Mövcud xətlər qəzalı vəziyyətdə olmaqla yanaşı, əhalinin içməli suya olan artan tələbatını tam ödəməyə imkan vermirdi. Məhz bu səbəbdən yaşayış massivini içməli su ilə təmin edən kəmər yenisi ilə əvəzlənir.
Qeyd edək ki, 2019-cu ilin investisiya layihəsinə əsasən Suraxanı rayonunun 6 yaşayış məntəqəsində magistral və paylayıcı su xətlərinin inşası həyata keçirilir. Rayonun Bülbülə, Əmircan, Zığ, Qaraçuxur və Yeni Suraxanı qəsəbələrində mərhələli şəkildə həyata keçirilən layihələr çərçivəsində ümumilikdə 33 km-dən çox magistral və paylayıcı su xətləri çəkiləcək, sayğaclar quraşdırılacaq. Layihələrin icrasına başlanandan indiyə qədər su xətlərinin 20 km-lik hissəsi tikilib. Ümumilikdə Suraxanı rayonunda icra olunan layihələrdən 30 mindən çox sakin faydalanacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Omeqa-3 həqiqətən faydalıdır?
-
Kann festivalında məşhurların qaldığı hotellərin qiymətləri - Siyahı
-
Dilimlənmiş çörək almamaq üçün 4 əsas SƏBƏB
-
Bəzi ərazilərdə işıq olmayacaq
-
Kür məcrasından çıxır - VİDEO
-
İmişlidə ağır qəza - ölənlər və yaralananlar var
-
“Ay ərzində ən azı 1000 manat xərcləri çıxır” - 8 uşaqlı ailədən reportaj - VİDEO
-
Günün qoroskopu: Olduqca güclü təsir altındasınız
-
"Mançester Yunayted"dən yay transfer pəncərəsində böyük büdcə - siyahı
-
Tramp: İranla saziş hələ tam razılaşdırılmayıb
-
"Real Madrid" "Barselona"nın transfer hədəfinə elçi düşdü
-
Sezon finalını tezləşdirdilər
-
77 yaşlı kişini ildırım vurdu
-
FHN əhaliyə xəbərdarlıq etdi
-
Ağdama leysan yağır: küçələrdəki mənzərə... - VİDEO
-
Güclü sel bir gündə 3 körpünü dağıtdı - VİDEO
-
14 ildən sonra Premyer Liqanı tərk etdilər
-
Bakıda divar uçdu, avtomobillər əzildi
-
"Demişəm, ölənə qədər sənə halallıq verməyəcəyəm"
-
Anqolada torpaq sürüşməsi olub - azı 28 nəfər ölüb
-
Keçmiş xəstəxana direktoru vəfat etdi - FOTO
-
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
-
ABŞ İranla danışıqlarda ciddi irəliləyiş əldə edib
-
Dünya Kubokunun rəsmi mahnısı "Dai Dai" təqdim olundu - VİDEO





