Cəmiyyət

Payızda dəbdə olan effektli və rahat geyim - FOTO

2 Noyabr 2018 21:04
0 Şərh     Baxış: 2 770
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Stereotiplərə rəğmən enli şalvar nəinki bütün nöqsanları uğurla gizlədə bilər, bədəni vizual olaraq qamətli göstərə bilər.

Milli.Az Publika-ya istinadən bildirir ki, yayda dəbə minən bol kəsimli enli şalvarlar payızda da etibarlı yerdə qərarlaşıb. Qoy yağışlı hava şəraiti sizi qorxutmasın, çünki belə fason adi şalvarlar kimi eyni dərəcədə çirklənir. Amma daha güclü təsir bağışlayırlar. Küçə stili xronikalarının qəhrəmanları dar cinslər əvəzinə geniş şalvarları, enli dama-dama variantları sviter və ya qısaqol köynəklə birləşdirərək öz timsalında nümayiş etdirir. Belə şalvarlar iş üçün ideal seçimdir.

Enli şalvar dama-dama pencək və sadə ağ futbolkalarla əla görünür. Zəncirli yığcam çantanı boynunuzdan asmağı unutmayın.

Əgər enli cinslər xoşlayırsınızsa, qısaldılmış variantları seçin və onu botlarla uzlaşdırın. Donmamaq üçün sırıqlı kurtka və ya rəngli kürk geyinin.

Maksimum geniş şalvarlar kedlər və krosovkalarla yaxşı təsir bağışlayır, payız-qış tutqunluğunu bir qədər bəzəmək üçün isə qurama ruhunda parla əlavələrlə şalvar seçin.

Daha bir uğurlu cütlük - enli şalvar və dama-dama köynək. Onlar payızın həmişə aktual tandemidir. Donmamaq üçün dəsti bol palto, dublyonka və parka ilə tamamlayın. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.