Arvadını vəhşicəsinə döyən ərin sonu necə oldu?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tələbə vaxtlarım idi. Yaman dalaşqan, özündən tez çıxan xarakterim vardı. Ağlı bir kənara qoyub güc işlətməyi, həyatla təpikləşməyi sevirdim. Universitetdən evə gələndə qonşudakı qışqır-bağır səsini dinşədim. Sonra qeyri-ixtiyari yarıaçıq darvazadan içəri girdim. Mənim kimi kirayədə yaşayan, özü də bu məhəlləyə təzə köçən ailənin kişisi çəlimsiz arvadını döyürdü. Şığıdım üstünə, qadını əlindən alıb kənara çəkdim. Açığı, kişini ilk dəfəydi görürdüm. 40 yaşı olardı. Enli kürəyi, qabarlı əlləri, iri alnı vardı. Əvvəlcə onun "işinə" qarışmamağımı istədi, sonra başını qaşıya-qaşıya icazəsiz həyətlərinə girdiyimə görə səsini qaldırdı. Qadın evə girmişdi. Kişiylə mübahisəmiz kəskinləşdi, onu itələdim. Yıxıldı. Ayağa duran kimi bir də itələdim. Yenə yıxıldı. Hər itələdikcə fikrimdə onun nisbi gücünü hesablayırdım. 2-3 saniyədə belə qənaətə gəldim ki, bu yarıtmazın gücü ancaq sısqa arvadını şapalaqlamağa və bir qədər də cürətlənsə stol-stulu qırıb-dağıtmağa çatar. Mənimlə bacarmaz. Bu əminliyimə görə bir az da ürəkləndim. Qalxar-qalxmaz bir də itələdim. Bu dəfə gec qalxdı. Qışqırdı ki, rədd ol mənim xarabamdan. Barmağımı havada yellədim ki, gözlərim üstündədir ha. Dinmədi. Ara sakitləşdi.
Sonralar həmin evdə dava-şava olmadı. Bəlkə də mən görmədim. Amma həmin kişinin gözünü yaman qırmışdım. Məni görən kimi yolunu dəyişirdi. Özümü tanımadığım qadının qoruyucusu, mühafizəçisi, "hüquq müdafiəçisi" kimi apardığıma görə sevinirdim. Bəli, hərdən şiddəti şiddətlə dayandırmaqda da fayda var. Xüsusən, cansız, gücsüz, təhsilsiz qadınları qorumaq adına gücə əl atmalı olursan. Təhsil demişkən, 50 addımdan qadının təhsilsiz olduğu bilinirdi. Onun döyülməyinə görə susmağı (əslində, qışqırıb fəryad edirdi, mən başqa susmaqdan danışıram) qorxması, savadsızlığı, haqqını-hüqununu bilməməsiylə pərdələnmişdi. Nə vaxt bu məşum pərdəni qaldırırdısa, ərinin yumruğu alırdı başının üstünü.
Cəmiyyətimizdə, kif basmış mühitimizdə "ərdöyməsi" adlı diaqnoz getdikcə artır. Hələ açıb-ağardılan şikayətlər bu qədərdir, gizli qalanların, qonum-qonşunun dedi-qodusundan kənara yansımayanların sayı daha artıqdır. Bu cür kişilərin özlərinə haqq qazandırmaq məqsədilə danışdıqları psixoloji bəhanə adətən gərgin iş rejimi və yorğunluqla bağlıdır. Yəni, işim gərgin, maaşım az, müdirim deyingəndir. Bu amansız basqı mənim kişi heysiyyatımı qıcıqlandırır, quduzlaşdırır. Evə gəlib adi bir səhvin üstündə cumuram arvadıma. İş və sosial qayğılarımı unudanadək çırpıram onu. Sonra peşmançılıq çuğlayır bədənimi. Üzr istəməyə qürurum, könlünü almağa cibim əl vermir. Bəli, cibim! Cibim dolu olsa, başıboş, hədiyyəyə, naz-nemətə aldanan xanımımın başını qata bilərəm. Döyərəm, hədiyyəylə kiridərəm. Yenə döyərəm, yenə kiridərəm.
Şiddətsevər kişilərə olan münasibət isə cəmiyyət müstəvisində aşağı-yuxarı belədir: kişidir də, istəsə, arvadını döyər də, söyər də. Qınayanlar da var, amma necə? Əlin qurusun, bir az yavaş vurardın gərək. Söy, amma dədə-ana söyüşü olmaz. Belə çıxır ki, döyə də bilərsən, söyə də, bəzi xırda detallara əməl etmək şərtilə.
Özünə dəyən hər ər yumruğunun mənəvi zərbəsi qadını daha çox xəstə salır, daha tez qocaldır. Sındırır. Dədə-babadan irsiyyət kimi keçən döyülməyə biganəlik məsələsi qadının gözünü, ağlını, ürəyini, hər yerini zədələyir. Oxumaq istəyəndə, öyrənməyə həvəslənəndə, baxış tərzini dəyişəndə düyünlü ər yumruğu gəlir gözlərinin önünə. Həvəs də, inam da öləziyir. Bundan yararlanan fürsətcil kişi ömrü boyu döyəclədiyi qadınını elə bir qəlib halına salır ki, burada etiraz etmək, intellektual müqavimət mümkünsüzdür. Qəti olmaz.
Cəmiyyətdəki bütün şiddətsevər kişiləri cəzalandırmağa nə gücüm, nə də ömrüm yetməz. Çox təəssüflüdür. Onlara heç mərhəmət də arzulamıram. Çünki bu iş arzuyla-xahişlə düzələsi deyil. Bilavasitə qadın ağlıyla, qüruruyla, tapdalanmamaq ehtirasıyla, döyülməyə nifrətiylə bağlıdır. Həm də hüquqularından bərk-bərk yapışmaq, buraxmamaq! Qorxsanız, əzilə-əzilə öləcəksiniz. Sayğılar.
Orxan İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Demans riskini azaltmaq üçün ideal yuxu müddəti
-
Yastıq üzlərini neçə gündən bir dəyişdirmək lazımdır?
-
Quyruq yağı əridərkən iy gəlməsin deyə nə etməli?
-
ADNA-da törədilən terror aktından 17 il ötür
-
Kəsib zibilə atırıq: Avropada qızıldan baha satılan "Yaşıl Qızıl" - FOTO
-
XTQ-nin yaradılmasından 27 il ötür
-
"Qərarımı vermişəm, onun kimi görünməyəcəyəm"
-
Günün qoroskopu: Sevgidə qarşılıqlı anlayış ön plandadır
-
Bakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır - VİDEO
-
"Məni ad gününə çağırmadılar"
-
Bakıda yeni xəstəxana tikiləcək
-
“Qorxuram ki, uşağın başına kərpic düşər” - VİDEO
-
Azərbaycanlı şoumen evlənir - FOTO
-
Üzüm yarpağı quru halda bankaya necə qoyulur?
-
Xalq artisti ağladı: “Səhər durub görəcəyəm ki, qızım…” - VİDEO
-
Binalar çökmə riski ilə üz-üzə: Şəhərlərin altındakı gizli təhlükə
-
Putinlə Tramp arasında telefon danışığı olub
-
"Atletiko Madrid" - "Arsenal" oyunu təxirə salına bilər
-
Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı yenilik
-
“Nəğmə olmaq istəyirəm” adlı konsert təqdim olunub - FOTO
-
Mir Cəlal Paşayevin doğum gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib - FOTO
-
Mavi gözlülərin sirri: Hamısı tək bir adamın nəslindəndir
-
Bəzi ərazilərdə qaz kəsiləcək
-
Akademik Opera və Balet Teatrı qanvermə aksiyası keçirdib - VİDEO - FOTO





