Sübhi adlı oxucu Milli.Az xəbər portalına ünvanladığı
məktubda göstərib ki, onun avtomobilinin arxa yan şüşələrinin 25 %-lik
plyonkasını söküblər: "Mənə maraqlıdır ki, hansı qanuna əsasən avtomobilin arxa yan süsələrində 25 %-lik plyonkanı söküb, cərimə yazırlar? Mən
araşdırdım. DYP-nin saytında hamısı yazılıb. Xahiş edirəm, mənə bir cavab
yazın".
Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Milli.Az
xəbər portalına açıqlamasında bildirdi ki, "Yol hərəkəti haqqında
Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavə"də avtomobilin yan
şüşələrinin görüntüsünü məhdudlaşdıran örtük (pərdə və ya plyonka)
çəkməyə icazə verilmədiyi göstərilib.
Şöbə rəisi qeyd etdi ki, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər
olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik
avtomobillərinin arxa şüşələrinə örtük çəkməyə və ya sənaye üsulu ilə
hazırlanan jalüz asmağa yol verilir: "Arxa şüşə dedikdə, elə arxa şüşəsi
nəzərdə tutulur. Ancaq bu gün sürücülərin çoxu küləyə qarşı olmayan,
yan şüşələri arxa şüşə kimi qələmə verib, plyonka çəkirlər. Bu da qanunla
qadağan olunur. Ancaq sənaye üsulu ilə hazırlanmış tünd
şüşələrin vurulmasına icazə verilir ki, bu haqda da Azərbaycan Respublikası
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS
122-2004 saylı standartı var".
Onun sözlərinə görə, bu standarta uyğun olaraq, minik avtomobillərində
sürücü üçün görünüşü təmin edən sənaye üsulu ilə hazırlanan rəngli
şüşələrin işıqburaxma qabiliyyəti və tündlüyü aşağıda göstərilən
hədlərdə olmalıdır:
- nəqliyyat vasitəsinin qabaq şüşəsinün tündlüyü 25%-dən çox, işıqburaxma qabiliyyəti 75%-dən az olmamalıdır,
- küləyə qarşı olmayan qabaq yan şüşələr üçün tündlük 30%-dən yuxarı, işıqburaxma qabiliyyəti 70 %-dən az olmamalıdır,
- küləyə qarşı olmayan arxa yan şüşələr üçün tündlük 40 %-dən çox, işıqburaxma qabiliyyəti 60 %-dən az olmamalıdır.
K.Əliyev xəbərdarlıq etdi ki, şüşələrin tündlüyü qeyd olunan göstəricilərdən artıq
olduqda nəqliyyat vasitələrinin istismarı qadağan olunur.
Anar Məmmədov
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Azərbaycanda avtomobillərdə hansı rəngli şüşələrin istifadəsinə icazə verilir?
21 Sentyabr 2011 09:15
18 Şərh
Baxış: 29 670

DİGƏR XƏBƏRLƏR
-
Krediti olanların nəzərinə! - Qaydalar dəyişir
-
Günün qoroskopu: Özünüzə şəfqətlə yanaşın
-
TƏBİB açıqladı: Bu məlumatlar da elektronlaşdırıldı
-
Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri elan edildi
-
Tezliklə varlanacağınızı göstərən 5 əlamət
-
Günün qoroskopu: Yeni ideyalar və layihələr haqqında düşünün
XƏBƏR LENTİ
-
Balıkesirdə 3 gündə 879 zəlzələ olub
-
Skuter işıq dirəyinə çırpıldı, ölən var - Anbaan görüntülər
-
Bu vərdişlər qadınlarda libidonu azaldır
-
Putin Kim Çen In ilə telefonla danışdı
-
Dırnaqlarınız saralırsa, bu xəstəliyiniz var
-
Krediti olanların nəzərinə! - Qaydalar dəyişir
-
“Qarabağ” öz meydanında “Şkendiya”nı darmadağın etdi - YENİLƏNİB - VİDEO
-
Xərçəngə 40 qəpiklik çarə
-
Tramp İlham Əliyev və Paşinyanla görüşündən görüntüləri paylaşıb - VİDEO
-
Üzeyir Hacıbəyov riyaziyyat kitabı da yazıbmış - FOTO
-
Belə qarpızları almayın
-
Bu rayonda qaz olmayacaq
-
BMT-nin tərkibində fəaliyyət göstərən qurum və şəxslər İlham Əliyevə təbrik məktubları ünvanlayıb
-
Doğulduğunuz tarixdə sizə hansı sehrli güc verilib?
-
56 yaşlı Gülsüm 22 ilə 11 ərini öldürdü
-
Saçlarını gözəllik salonlarında yuduranların nəzərinə!
-
Azərbaycanda müğənni bala görə öldürüldü
-
Pezeşkian Ermənistana 3 günlük səfər edəcək
-
Soğanı ağlamadan necə doğramaq olar? - Maraqlı üsullar
-
Üçtərəfli görüşün olacağını açıqladı
-
Metroda QR ödənişlə bağlı problem həll oldu - YENİLƏNİB
-
Həzmi asanlaşdırır, enerji verir - Afrodizyak təsiri var
-
Azərbaycan DİN MDB Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina edib
-
"Qarabağ"ın oyununa hansı kanalda baxaq?