Devid Bekhemin oğlu Bruklin Bekhem və gəlini Nikola Peltz ABŞ-ın Vestçester dairəsində gizli şəkildə nikah təzələmə mərasimi keçiriblər. Mərasimin ən diqqətçəkən məqamı isə Nikolanın anası Klaudiya Peltzin 1985-ci ilə aid gəlinliyini geyinməsi olub.
Milli.Az xəbər verir ki, Bruklin "People" jurnalına verdiyi müsahibədə bu günü "çox gözəl bir təcrübə" adlandırıb.
2022-ci ildə baş tutan möhtəşəm toylarından iki il sonra, 2 avqust tarixində təşkil edilən mərasimdə Bruklinin məşhur ailəsi, Viktoriya və Devid Bekhem iştirak etməyib. Cütlüyün, uzun müddətdir Bekhem ailəsi ilə münasibətlərinin soyuq olduğu bilinir.
Nikola mərasimdən öncə anası ilə birlikdə sabahlıqla və üstü çılpaq halda çəkilmiş fotolarını sosial mediada paylaşaraq "yalnız sevgi" şərhini yazıb. Törəni isə Nikolanın 83 yaşlı atası Nelson Peltz idarə edib.
Xatırladaq ki, ilk nikah mərasimində Nikola qayınanası Viktoriya Bekhemin dizayn etdiyi gəlinlik yerinə Valentino markasını seçmişdi. Bu seçim o vaxtdan bəri ailədaxili gərginliyə səbəb olmuşdu. İndi isə o, bir daha qayınanasını deyil, anasının vintaj gəlinliyini seçərək eyni yanaşmanı davam etdirib.
Bruklin verdiyi müsahibədə bu günü "hər gün edə bilsəm, edərəm" deyə xarakterizə edib. İlk toyda oxuduqları andları qoluna döymə etdirən Bruklin, yeni andlar üçün "bədənimdə yer tapmalı olacağam" deyə zarafat edib.
Gösterişli ilk toydan fərqli olaraq, bu dəfə kiçik və səmimi bir mərasim keçirən cütlük, dörd itləri ilə birlikdə xoş anlar yaşayıb. Bruklin evdə vaxt keçirməyi, yemək bişirməyi və şərab içməyi sevdiklərini bildirib.
Bu arada Bekhem ailəsi hazırda Avropada 16 milyon funt-sterlinq dəyərindəki yaxtalarında istirahət edir. Bruklin və Nikola isə 85 milyon funt-sterlinq dəyərində fərqli bir yaxtada dənizdə istirahət edərək ailədən uzaq qalmağa davam edirlər.
Kənan
Milli.Az