İdman

Çempionlar Liqası: "Qarabağ" "Şkendiya" ilə cavab oyununa çıxır

12 Avqust 2025 09:41
Baxış: 550
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa bu gün çıxacaq.

Milli.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda Şimali Makedoniya təmsilçisi "Şkendiya" ilə üz-üzə gələcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Matçı niderlandlı Danni Makkeli idarə edəcək.

Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, bu cütün qalibi pley-offda "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Məğlub tərəf isə eyni cütün məğlubu ilə UEFA Avropa Liqasının pley-offunda görüşəcək.

Macarıstandakı cavab matçı Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Komandalar arasında Bolqarıstanda gerçəkləşən ilk qarşılaşmada hesab açılmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.