Ölkə

Azərbaycan DİN MDB Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina edib

12 Avqust 2025 18:50
Baxış: 447
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avqustun 12-də Sankt-Peterburqda MDB-yə üzv dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.

MDB ölkələrinin cinayətkarlıqla birgə mübarizə, habelə hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyəti, qeyri-qanuni miqrasiya problemləri və onların həlli yolları, informasiya-kommunikasiya texnologiyalarından istifadə və digər məsələlərin müzakirə oldunduğu iclasda Azərbaycan Respublikasının daxili işlər naziri iştirak etməyib.

Məlumata görə, Azərbaycan DİN şuranın iclasında iştirakdan imtina edib.

Rusiya mediasının yaydığı məlumatlara görə, Rusiya Daxili İşlər naziri Vladimir Kolokoltsevin sədrliyi ilə keçirilən iclasda ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin Böyük Vətən Müharibəsində Böyük Qələbənin 80 illiyinə həsr olunmuş anım tədbirlərində iştirak ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.