Dünya

Sosial media fenomeni yol qəzasında həyatını itirdi - FOTO

12 Avqust 2025 13:24
Baxış: 1 050
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Kocaelidə motosikletlə hərəkətdə olan sosial media fenomeni Deniz Servan Narin qarşısında gedən yük maşınına çırpılıb. Ağır yaralanan Narin, aparıldığı Kocaeli Şəhər Xəstəxanasında həyatını xilas edə bilməyib. Qəza anına dair görüntülər də yayımlanıb.

Milli.Az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Hadisə dünən TEM avtomobil yolunda baş verib. Motosikleti ilə hərəkətdə olan Narin qarşısındakı yük maşınına çırpılıb. Qəza nəticəsində ağır xəsarət alan fenomen, təcili xəstəxanaya çatdırılsa da, həyatını itirib.

"Egzoz səsi - mənim müalicəm" paylaşımı ilə yadda qaldı

Narinin sosial media hesabında son paylaşımı motosikletinin egzoz səsi ilə bağlı olub. O, videoya "müalicə" (tədbir, rahatlıq mənasında) sözünü əlavə etmişdi. Ondan sevdiyi motosikleti ilə paylaşdığı videolar xatirə olaraq qaldı.

Qəza anı avtomobilin daxili kamerası tərəfindən qeydə alınıb. Kadrlarda Narinin motosikletli bir qrupla birlikdə hərəkət etdiyi və bir anda qarşısındakı yük maşınına çırpıldığı açıq şəkildə görünür.

Kənan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.