"Müsavat" qəzeti yazır ki, təmtəraqlı gəlin maşınında ər evinə köçmək, ən bərkgedən maşında qız evinə getmək, ən sanballı stolu olan restoranda toy eləmək, toya ən populyar müğənniləri çağırmaq... bu gün ailə həyatı qurmaq istəyən hər gənc qız və oğlanın ürəyindən keçən arzulardır. Bu arzular içində ən öndə gələni isə bahalı, dəbli ağ gəlinlik paltarı və bəy kostyumu geyməkdir.
Hazırda toy mövsümüdür. Bunu nəzərə alıb gəlinlik paltarı və bəy kostyumu haqda danışacaq, onların kirayə qiymətlərindən söz açacağıq.
Əvvəllər gəlinlik paltarları sinəsi-başı bağlı, ətəyi uzun, gəlinin üzündə isə duvaq olardı. Yəni gəlinin başına ipək yaylıq örtürdülər ki, üzü görünməsin. İndi o günlər geridə qalıb. Açıq-saçıq gəlinlik paltarları getdikcə dəbə minir. Bugünkü gəlinlik paltarlarının formalarına gəlincə isə bu, dizayner-modelyerlərin zövqündən asılı olaraq müxtəlif cürdür: büzümlü, rozetkalı, kənarları bir qədər yuxarı qaldırılmış və s. Rəngli gəlinliklərə isə adətən qız toyunda üstünlük verilir. Hazırda Bakıda ən dəbdə olan gəlinlik paltarları dekolte formada (açıq-saçıq) olanlardır. Əksər gəlinlər bu formaya üz tutur. Bu cür gəlinliklər açıq olduğu üçün bəzi gəlinlər fiqarodan, bəziləri isə fatadan istifadə edir. Dindar xanımlar üçün hazırlanan gəlinliklərdə isə hicab da olur.
Modelyer Samirə xanımın sözlərinə görə, 2011-ci il gəlinlik modelləri çox müxtəlifdir: "Ancaq qızlarımız dəblə ayaqlaşmaqdansa, bədən quruluşlarına görə gəlinlik seçməlidirlər. Əks halda ən dəbli gəlinlik də xanımı gözəl göstərməz, əksinə, toy günündə xanım özünü çox narahat hiss edər".
"Laçın" ticarət mərkəzində satıcı işləyən Gültəkin Kərimbəyli deyir ki, indi gənclər həm açıq, həm də qapalı formada olan gəlinliklərə üstünlük verirlər: "İndiki cavanlar açıq gəlinlik paltarlarına normal yanaşır. Hərə öz zövqünə uyğun hərəkət edir. Demək olar ki, hər iki formadan istifadə edilir. Ancaq açıq formada olan gəlinliklər daha çox dəbdədir".
Mağazaların birində rastlaşdığımız Rasim adlı gənc nişanlısı Xədicə üçün seçdiyi gəlinliyin müasir formada olduğunu dedi: "Hamı kimi biz də zəmanə ilə ayaqlaşmağa çalışırıq. İndiki gəlinliklərdə elə də problem görmürəm. Nişanlıma da müasir üslubda gəlinlik seçdik".
Yaşlı nəsil isə gənclərin fikri ilə razılaşmır. Onlar açıq-saçıqlığın mentalitetimizə zidd olduğunu düşünür.
Toy günü gəlinlik kirayələmək o qədər də çətin iş deyil, çünki hər cür gəlirli insanlar üçün uyğun gəlinliklər var. Kirayə gəlinliklər müştərilərə şəxsiyyət vəsiqəsini girov qoymaqla verilir. Toy başa çatdıqdan sonra paltar geri qaytarılır, məbləğ ödənilir. Paytaxt mağazalarında Türkiyə, İspaniya, Ukrayna, ABŞ və başqa ölkələrdə istehsal olunan gəlinliklərə rast gəlmək olar. Onların qiyməti formasına və istehsal olunduğu firmalara görə dəyişir.
Kirayəlik gəlin paltarının bir gününün icarə qiyməti 80-1000 manat arasında olur. 100 manata olan donların tikilişi sadədir, üzərində bahalı daş-qaşlar olmur.
"Laçın" ticarət mərkəzində kirayə gəlin paltarı verən Arzu deyir ki, hazırda belə gəlinliklərin orta satış qiyməti 450-700 manat, kirayə qiyməti isə 150-200 manat arasında dəyişir. Satıcıların sözlərinə görə, Ramazan ayından sonra kirayə verilən gəlinlik paltarlarının qiymətində 30-50 manat bahalaşma da olub: "Hazırda kirayəyə verilən gəlinliklərin bir günlük qiyməti 60-500 manat arasındadır".
Paytaxtın bəzi mağazalarında isə gəlinlik paltarlarını kirayələmək 250-700, daha prestijli dükanlarda isə 1000 manata və daha artıq qiymətə başa gəlir. "Günay Exclusive Fashion House" mağazasında gəlinlik paltarlarının kirayəsi 300-3000 manat arasında dəyişir. Mağazadan deyirlər ki, müştəri istədiyi formanı sifariş verə bilər: "Xüsusi quruluşlu, özünəməxsus gəlinliklərin kirayəsi 3 min manatdan da yuxarı ola bilər".
"Merci collection" mağazasında isə gəlinliklərin kirayəsi 300-2000 manat arasındadır. "Promessa" mağazasında gəlinliklərin satışı, kirayəsi və sifarişi qəbul edilir. Satıcı xanım deyir ki, buradakı gəlinliklər İspaniya, Türkiyə və ABŞ-ın aparıcı firmalarının istehsalıdır:
"Kirayə qiymətlərinə gəlincə isə 300 manatdan 5 min manatadək gəlinlik paltarı sifariş vermək olar. Elə gəlinlik var 2-3 min manata, eləsi də var 7-8 min manata satırıq".
Gəlinliklər arasında azərbaycanlı modelyerlərin əl işləri olsa da satıcılar deyirlər ki, əksər gənclər xaricdən gətirilmiş gəlinliklərə üstünlük verirlər. Məsələn, "Estetik" salonunda məşhur brendlərin əsasən də ABŞ-ın "Maggil Sottero" firmasının gəlinlik paltarları kirayə verilir. Burada kirayə qiyməti 700-3000 manat arasında dəyişir. "İncə Bya" salonunda hicablı gəlinliklərin bir günlük kirayəsi 300-1000 manat arasındadır. Belə paltarlar satan Rəsmiyyə xanım deyir ki, onların mağazasında kirayəsi 100 manatdan başlayaraq 6 min manata qədər olan gəlinliklər var. Onun sözlərinə görə, hazırda mağazadakı bütün gəlinliklər internetlə sifariş edilərək Bakıya gətirilir. Satıcılar deyir ki, köhnəlmiş, ya da dəbdən düşmüş gəlinliklər daha ucuz qiymətə - 50-100 manata satılır.
Onu da deyək ki, bahalı donlarda bir qədər dəbdəbə hiss olunur. Tutaq ki, günü 1000 manata kirayələnən gəlinliklərin bəzəyi üçün svarovski kimi daş-qaşdan istifadə edilir.
Hazırda VİP gəlin paltarları da sifariş vermək mümkündür. Bunlar daha bahalı gəlinliklərdir, sırf sifarişlə tikilir və ya xaricdən gətirilir. Belə gəlinliklərin qiyməti 2-10 min manat arasında dəyişir.
Toy qızlarla yanaşı, oğlanlar üçün də böyük anlam kəsb edir. Gənclər öz toylarında qeyri-adi görünməyə çalışırlar. Bunun üçün onlar adi kostyumla yanaşı smokinq də geyinirlər. Kişi kostyumlarının alış qiyməti 70 manatdan 4 min manata qədər dəyişir. Smokinqlərin qiyməti isə 1000 manat və daha bahadır. Kişi kostyumlarının kirayə qiyməti də gəlinliklərlə eynidir.
Hazırda o qədər çox çeşiddə gəlin paltarı və bəy kostyumu var ki, kimin əynindəkinin neçə manatlıq olduğunu ayırd etmək mümkün deyil. Yəni bahalı geyimlə lovğalanmaq fürsəti də əldən çıxıb. İndi hər bir paltarın "kitayski"sini də tapmaq olar. O halda bir neçə saatlığa 1000 manatlıq gəlinlik geyməklə ona çox bənzəyən 100 manatlıq paltarın heç bir fərqi görünmür. Seçim sizindir...
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bakıda maşın dəyərində kirayə gəlinlik paltarları verilir - QİYMƏTLƏR
17 Sentyabr 2011 17:28
1 Şərh
Baxış: 11 635

DİGƏR XƏBƏRLƏR
-
Kondisionerdən istifadə edərkən diqqət edilməli əsas qaydalar
-
Günün qoroskopu: Hələ ki hərəkət yox, müşahidə et
-
Avtomobilini təmirə aparmışdı amma yandı
-
Qaçırıldığı deyilən Nəzrin: Sevib getmişəm
-
Adı smart, özü xarab dayanacaqlar
-
Diplomatik korpusun nümayəndələri Şuşa şəhəri ilə tanış olublar - FOTO
XƏBƏR LENTİ
-
Bu gün dövlət qulluğu imtahanı var
-
İran XİN: Nüvə obyektlərinə edilən hücumların uzunmüddətli təsirləri olacaq
-
Bu gün imtahan var
-
ABŞ İranın 3 şəhərini bombaladı
-
100 il yaşaya bilmək üçün yuxu rejimimiz necə olmalıdır?
-
Minimalizmə necə keçid edək?
-
İyulda bu bürclər gözlənilmədən varlanacaq
-
İranda baş verən hadisələr Azərbaycanın balıq bazarına təsir edir? - VİDEO
-
Kondisionerdən istifadə edərkən diqqət edilməli əsas qaydalar
-
Xərçəng riskini azaldan ən effektiv 8 məhsul
-
Rafael Fiziyev rəqibinə şans vermədi
-
Azərbaycan ailələrinin xərcləri: Ən çox pul hara gedir?
-
Çağatay bu ölkənin vətəndaşlığını aldı
-
Tofiq Musayev rəqibi ilə BACARMADI
-
“Netanyahu gedəcək, amma İran qalacaq” - Medvedev
-
Nazim Sadıxov: "Azərbaycanda məni məğlub etmək istəyən tapança ilə gəlməlidir"
-
"UFC Fight Night": Nazim Sadıxov rəqibini nokaut etdi - FOTO
-
Günün qoroskopu: Hələ ki hərəkət yox, müşahidə et
-
Tanınmış jurnalistə vəzifə verildi
-
Rusiya rahibələrdən Avropada təbliğat casusu kimi istifadə edir - KİV
-
Xamenei öldürülərsə, yeni lider necə seçiləcək?
-
Azərbaycanda vəzifəli şəxs vəfat etdi
-
İmam və onunla qaçan 16 yaşlı qız danışdı - VİDEO
-
Fatih Altaylı saxlanıldı