Cəmiyyət

Azərbaycanlı aktrisa övladlığa uşaq götürür

28 Avqust 2018 12:50
0 Şərh     Baxış: 3 553
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktrisa Leyla Hümbətova övladlığa uşaq götürmək istəyir.

Milli.Az axşam.az-a istinadən xəbər veriri  ki, o, bu haqda "Lider maqazin"ə açıqlamasında deyib. Leyla bildirib ki, bunun üçün uşaq evinə müraciət də edib:

"İstəyirəm qız uşağı olsun. Adını da Aylin qoyacam. Qızım da buna razılıq verib. Qısqanc deyil, hətta paltarlarını da ona verəcəyini deyir".

L.Hümbətova tez-tez qocalar və kimsəsiz uşaqlar evinə getdiyini söyləyib:

"Həmişə gəlirəm, amma çəkiliş gətirmirəm. Bu dəfə Qurban bayramı ilə əlaqədar gəldim. Ata-anadan məhrum olmuş uşaqlara imkanım çatan qədər kömək edirəm. Hər dəfə bura gələndə ürəyim ağrıyır.

Müğənnilər gəlib, mikrofonu götürüb oxuyub gedirlər. Bu uşaqlara sizin mahnı lazımdır? Ondansa nəsə alıb gətirin, onları sevindirin". 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.