Hovuza və dənizə gedərkən bunlara diqqət edin
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yay mövsümünün başlaması ilə dəniz və hovuzlara axın artır. Bu zaman valideynlərin övladlarının təhlükəsizliyini təmin etmək üçün xüsusi diqqət göstərməsi zəruridir.
Bəs hansı təhlükəsizlik tədbirləri görmək lazımdır?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı təhlükəsizlik eksperti Elmar Nuralliyev bildirir ki, istirahət zamanı uşaqların su ilə təmasda olduğu hər an valideyn nəzarəti vacibdir.
O qeyd edir ki, uşaqlar nə qədər yaxşı üzməyi bacarsalar da, onların təkbaşına suya daxil olmasına icazə verilməməlidir. Xüsusilə dərinlik dəyişən ərazilərdə təhlükə riski yüksəkdir. Uşaqlar üçün nəzərdə tutulmuş ərazilər seçilməlidir:
"Dənizdə və ya hovuzda uşaqlar üçün ayrılmış təhlükəsiz zonalara üstünlük verilməlidir. Bu zonalar adətən xilasetmə xidmətlərinin nəzarətində olur. Hovuz və dəniz ətrafında sürüşkən səthlərə diqqət yetirilməlidir. Uşaqların qaçması, sürüşməsi və yıxılması nəticəsində baş verən xəsarətlər yay aylarında tez-tez rast gəlinən hallardandır. Uzun müddət günəş altında qalmaq uşaqlarda günvurma və dəri yanığına səbəb ola bilər. Uşaqlara günəş kremi çəkilməli, baş geyimi geydirilməli və günün ən isti saatlarında (12:00-16:00) birbaşa günəş şüalarından qorunmalıdırlar.Uşaqların sağlamlığı üçün suyun gigiyenik vəziyyətdə olması önəmlidir. Şübhəli və təmizliyi təmin edilməyən hovuzlardan uzaq durmaq tövsiyə olunur. Xüsusilə tanımadıqları və dərinliyi bilinməyən ərazilərdə uşaqların suya atlanması ciddi təhlükələr doğura bilər. Ən azı suyun üzərində qalmaq, təhlükə zamanı kömək istəmək və panikaya düşməmək kimi bacarıqlar uşaqlara erkən yaşda öyrədilməlidir".
Ekspert tövsiyə edir ki, yay istirahətinin təhlükəsiz keçməsi üçün valideyn məsuliyyəti və diqqəti əsas şərtdir. Uşaqların sağlamlığı və təhlükəsizliyi hər şeydən önəmlidir.
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
XƏBƏR LENTİ
-
“Barselona” Rafinya ilə bağlı qərarını verdi
-
Faiq Ağayev və Zümrüd Bədəlova 1 il sonra barışdılar
-
""Real"ı izləyirəm, daim məğlub olmalarını istəyirəm" - Yamal
-
Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib - (Foto)
-
Beren Saatdan “Arsen Hanım”a vida…
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - (Video)
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - (Video)
-
Türk Dünyası Bəstəkarlar İttifaqının – "Turkic Union of Composers" yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb - (Foto)
-
Şahməddin Abdullayevə vəzifə verildi
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Göygölə dolu düşüb
-
Bilgəhdə iki nəfər dənizdə batıb
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Rusiya hələ də Türkiyədən cavab gözləyir
-
Coli boşandıqdan sonra ilk dəfə yeni eşqə "yelkən açır"
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
-
Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş rejimdə işləyəcək
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Terim Osimhen, İkardi və Leao görün nə düşünür
-
Tanınmış rus aktrisa 46 yaşında öldü





