Aktrisa Leyla Hümbətova övladlığa uşaq götürmək istəyir.
Milli.Az axşam.az-a istinadən xəbər veriri ki, o, bu haqda "Lider maqazin"ə açıqlamasında deyib. Leyla bildirib ki, bunun üçün uşaq evinə müraciət də edib:
"İstəyirəm qız uşağı olsun. Adını da Aylin qoyacam. Qızım da buna razılıq verib. Qısqanc deyil, hətta paltarlarını da ona verəcəyini deyir".
L.Hümbətova tez-tez qocalar və kimsəsiz uşaqlar evinə getdiyini söyləyib:
"Həmişə gəlirəm, amma çəkiliş gətirmirəm. Bu dəfə Qurban bayramı ilə əlaqədar gəldim. Ata-anadan məhrum olmuş uşaqlara imkanım çatan qədər kömək edirəm. Hər dəfə bura gələndə ürəyim ağrıyır.
Müğənnilər gəlib, mikrofonu götürüb oxuyub gedirlər. Bu uşaqlara sizin mahnı lazımdır? Ondansa nəsə alıb gətirin, onları sevindirin".
Milli.Az