Amsterdam şəhərində keçirilən və dünyanın aparıcı fintex tədbirlərindən biri sayılan Money 20/20 Europe forumunda, Qafqaz regionunun ilk tam inteqrasiyalı ekosistemi olan Bir ekosisteminin fintex şirkəti PashaPay ölkəmizi təmsil edir. 3-5 iyun 2025-ci il tarixlərini əhatə edən tədbirdə PashaPay öz stendi ilə çıxış edərək Azərbaycanın innovativ rəqəmsal maliyyə həllərini beynəlxalq arenaya təqdim edir.
Money 20/20 Europe maliyyə və texnologiya sahəsində ən nüfuzlu qlobal tədbirlərdən biridir. Burada dünyanın ən qabaqcıl fintex liderləri, innovativ startapları və iri maliyyə institutları yeni tərəfdaşlıqlar qurur, gələcək trendləri formalaşdırır və birgə innovativ layihələrə imza atırlar.
Tədbir çərçivəsində Bir ekosisteminin beynəlxalq tərəfdaşlıq gündəliyinə uyğun olaraq mühüm bir əməkdaşlığa da imza atılıb. Belə ki, PashaPay, rəqəmsal ödəniş texnologiyaları sahəsində qlobal lider olan Mastercard ilə birlikdə ölkədə innovativ rəqəmsal maliyyə həllərinə çıxışı genişləndirmək məqsədilə Anlaşma Memorandumu imzalayıb. Əməkdaşlıq çərçivəsində tərəflər kibertəhlükəsizlik, rəqəmsal identifikasiya və fırıldaqçılıqdan qorunma texnologiyaları sahəsində birgə fəaliyyət göstərəcəklər. Bununla yanaşı, Mastercard-ın "MoneySend", "Cross-Border Send" və "Alias Directory" xidmətləri vasitəsilə beynəlxalq pul köçürmələrinə daha geniş çıxışın təmin edilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, Bir ekosisteminin əsas şirkətlərindən biri olan Kapital Bank da öz nümayəndə heyəti ilə tədbirdə iştirak edir. Belə ki, bankın liderləri tədbir zamanı aparıcı beynəlxalq banklarla təcrübə mübadiləsi aparır, qabaqcıl rəqəmsal bankçılıq və fintex trendləri ilə tanış olur, həmçinin müxtəlif vörkşoplarda iştirak edərək sektorun ən son yeniliklərini öyrənirlər.
Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosistemi Birbank, m10, MilliÖn, Umico.az, BakıKart və Trendyol Azərbaycan kimi ölkənin aparıcı brendlərini vahid çətir altında birləşdirir. PAŞA Holding tərəfindən yaradılan ekosistem 2025-ci il 7 fevralda ictimaiyyətə təqdim olunub və müştərilərin gündəlik maliyyə, alış-veriş və nəqliyyat ehtiyaclarını innovativ yanaşma ilə qarşılayaraq onlara inteqrasiya olunmuş istifadə təcrübəsi təqdim edir.
İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bir ekosistemi Money 20/20 Europe tədbirində: PashaPay və Mastercard strateji əməkdaşlığa başlayır
4 İyun 2025 21:00
Baxış: 591
1.png)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanın enerji üfüqləri: inamlı genişlənmə və maraqların balansı
-
Dövlət büdcəsinin gəlirləri açıqlandı
-
Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi
-
Bu maşınlar kəskin bahalaşacaq
-
Daha bir yapon maşınının istehsalı dayandırıldı - Çinə görə
-
Maaşlar artacaq
XƏBƏR LENTİ
-
Kiyevi raketlə vurdular: ölənlər və yaralananlar var - FOTO
-
Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda ailələrə qurban payları çatdırılıb
-
Bir sıra bələdiyyə torpaqları satışa çıxarılır - SİYAHI
-
"Bu məni maraqlandırmır" - QMİ sədri
-
"Ermənistan KTMT öhdəliklərini yerinə yetirməkdən imtina edir" – Rusiya rəsmisindən sərt açıqlama
-
“Fənərləri sınmış küçələr”in aktyoru vəfat etdi
-
Şamaxıda zəlzələ olub
-
Təzəpir məscidində bayram namazı qılındı
-
Tanınmış aktrisanı gənə dişlədi, xəstəxanaya yatırıldı - FOTO
-
Mehriban Əliyeva Qurban Bayramı münasibətilə paylaşım edib - FOTO
-
Azərbaycanlı məşhurların xəyanət dramları – Siyahıda kimlər var?
-
“Mən olmasaydım, Tramp seçkilərdə uduzardı” - Mask
-
Bu heyvan kənd təsərrüfatını məhv edir
-
"Elçi gedəndə oğluma dedim ki, üzümü qara etmə"
-
Yay mövsümündə avtomobil boyasını necə qoruyaq?
-
Həftədə neçə dəfə saç yumaq doğrudur?
-
Saçları isti su ilə yumaq düşündüyünüzdən daha zərərlidir
-
Ayaqqabılar sağlamlığınıza zərər verə bilər – Həkim xəbərdarlıq edir
-
Yamalın dəyəri fantastik həddə
-
Vahid Əliyev Röyanı tənqid etdi: Atan soğan, anan sarımsaq... - FOTO
-
Gecənin "bomba" xəbəri: Osimhen uğrunda mübarizə qızışdı
-
İlham Əliyev Qurban Bayramı münasibətilə paylaşım edib - FOTO
-
Günün qoroskopu:
-
Azərbaycanda Qurban bayramı qeyd olunur