"Ermənistan KTMT öhdəliklərini yerinə yetirməkdən imtina edir" – Rusiya rəsmisindən sərt açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ermənistanın hara yönəldiyi sualı artıq açıq şəkildə gündəmdədir. Bu məsələ sadə deyil, dərin ictimai və siyasi köklərə malikdir".
Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədr müavini Konstantin Zatulin deyib.

Onun sözlərinə görə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qarşısında öz öhdəliklərini nümayişkaranə şəkildə yerinə yetirmir:
"Rəsmi İrəvan son dövrlər Qərbə meyilli siyasət yürütməyə çalışsa da, eyni zamanda Rusiya ilə iqtisadi münasibətlərdən bəhrələnməkdə davam edir. Ermənistanın KTMT çərçivəsində əməkdaşlığı dayandırması, üzvlük haqlarını ödəməməsi təsadüfi deyil. Onlar üzvlük haqlarını qəsdən ödəmirlər. Bu, təşkilatla real əməkdaşlığın dayandırıldığının açıq mesajıdır. Eyni zamanda Avrasiya İqtisadi İttifaqında qalmaqla, Rusiya və digər üzv ölkələrlə iqtisadi əlaqələrdən istifadə etməyə davam edirlər. Bütün bunların xalqın istəyi ilə əsaslandırılması isə başqa bir məsələdir".
Zatulin həmçinin bildirib ki, Ermənistanın gələcək istiqaməti və geosiyasi mövqeyi gələn il baş tutacaq seçkilərlə müəyyənləşəcək. O, ölkə daxilində hökumətə qarşı narazılığın artdığını vurğulayıb:
"Ermənistanın hara yönəldiyi sualı artıq açıq şəkildə gündəmdədir. Bu məsələ sadə deyil, dərin ictimai və siyasi köklərə malikdir. Mən ümid edirəm ki, xalq bu dəfə hökuməti - hər şeyi itirmiş, təslim olmuş və ölkənin maraqlarını tapdalayan bu hakimiyyəti - ciddi sorğu-suala çəkəcək".
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türk məşhurlar övladları ilə çimərlikdə - (Fotolar)
-
Bu qidalar prostat xərçəngi riskini artırır
-
Azərbaycanlı məşhurların makiyajsız görüntüləri müzakirə yaratdı - (Fotolar)
-
Pəncərə kənarına yalnız bir səbət qoymaq bəs edir: Milçəklər evə girmədən qaçır
-
Lukaşenko onları “axmaq” adlandırdı - (Video)
-
Gökhan Özen ikinci dəfə evləndi - (Foto)
-
İsmayıllıda maşınlar suyun altında qaldı (Video)
-
Azərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin sayı açıqlandı
-
Bakı sakini tikinti şirkəti tərəfindən evinə ziyan vurulduğunu iddia edir (Video)
-
Günün qoroskopu: Günün əsl ulduzu siz olacaqsınız
-
Nardaranda su nasosunda sıxılı qalan 4 yaşlı uşaq ölüb - Yenilənib
-
Alla Puqaçova bir çıxışı üçün 200 min manat tələb edir
-
Bakıda məktəb binasının icarə haqqı niyə ödənilmir? - Mülk sahibi ilə Təhsil İdarəsi arasında -mübahisə (Video)
-
İranda canlı yayımda mesaj oxuyan molla biabır oldu - (Video)
-
Kondisioneriniz işləyib soyutmursa, səbəb bu ola bilər: Mütəxəssislər xəbərdarlıq etdi
-
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” (Foto)
-
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
-
Qurban Yetirmişlidən zəlzələ ilə bağlı açıqlama
-
Ermənistan Prezident Administrasiyasına yeni rəhbər təyin olundu
-
Böyükşor gölü yaşıl rəngdə - Analiz aparılır - (Foto)
-
Qubada 4,9 ballıq zəlzələ oldu - FHN-dən açıqlama - Yenilənib
-
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
-
Süni intellekt gələcəyin peşələrini açıqladı: Bir çoxu hələ mövcud deyil
-
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi





