Cəmiyyət

Bakıda idman-əyləncə park kompleksi - VİDEO

25 Avqust 2018 21:11
0 Şərh     Baxış: 3 505
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Xətai rayonunda yeni salınan idman-əyləncə park kompleksi dünəndən sakinlərin ixtiyarına verilib. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə salınan park vətəndaşların ürəyincə olub

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, parkın salındığı ərazi geoloji araşdırmalar nəticəsində aşkar edilən neft və mərmər tozu tullantılarından təmizlənib, müasir işıqlandırma sistemi və müşahidə kameraları quraşdırılıb. İdman-əyləncə park kompleksində təbii daşlardan və metaldan düzəldilən heykəllər landşaftla vəhdət təşkil edir.

Sakinlər deyir ki, istirahət etmək üçün yaxınlıqda bu cür parkın salınması sevindiricidir.

Parkda xüsusi dizayn və üslubu ilə fərqlənən müxtəlif daş heykəllər, o cümlədən ürək formasında heykəllər quraşdırılıb. Yaşıllıq zolağı salınıb, onlarla ağac və dekorativ kollar əkilib

İdman-əyləncə park kompleksi Bakının Xətai rayonunda Yusif Səfərov, Ələddin Quliyev və Sergey Senyuşkin küçələrini əhatə edən ərazidə yerləşir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda idman-əyləncə park kompleksi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.