Azərbaycanda Qurban bayramı qeyd olunur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Azərbaycanda İslam aləmində ən möhtəşəm bayramlardan biri olan müqəddəs Qurban bayramı qeyd edilir.
Milli.Az Trend-ə istinadən bildirir ki, İslamda cəmi iki bayram - Eydül-əzha (Qurban bayramı kimi tanınan bayram) və Eydül-fitrə (Ramazan bayramı) bayramları qanuniləşdirilib. Qurban bayramında qurbanlıq heyvanların kəsilib ehtiyacı olanlara paylanması İslam dininin ən vacib sayılan fərzlərindən biri kimi Quranın tələb etdiyi ibadətdir.
Bu bayram müsəlmanların Həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü Məkkədə Həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.
İslam dini Uca Allaha qurban verməkdə də əvəzsiz inqilab yaratdı: bəşəriyyəti insanı qurban verməkdən çəkindirdi, bu cür qurbanı hətta qadağan etdi. Ona görə də İslam dini Allahın adından buyurdu ki, insanın əvəzinə qurbanlıq heyvan kəsilməlidir. Qurban mərasiminin vaxtı da müəyyənləşdirildi. Əvvəllər kim nə vaxt istəsəydi qurbanlıq heyvan kəsə bilərdi. Bayramı daha da şərəfləndirmək üçün onun ildə bir dəfə - Zilhiccə ayının 10-da keçirilməsi qanuniləşdirildi.
Quranda deyilir: "Allah Beytülhəram (müqəddəs ev) olan Kəbəni haram ayı (Zilhiccə), (Kəbəyə gətirilən) boyunları bağsız və bağlı (boyunlarına nişan taxılmamış və taxılmış) qurbanları insanların (dini və dünyəvi işlərinin) düzəlib sahmana düşməsi üçün bir yol müəyyən etdi. Bu ona görədir ki, Allahın göylərdə və yerdə nə varsa (hamısını) bilməsini, özü də Allahın hər şeyi (layiqincə) bilən olmasını siz də biləsiniz!" (Quran, 5-ci surə, 97-ci ayə).
Qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında bəyənilmiş - müstəhəb əməllərdən hesab olunur. Qurban ətindən fəqir və kasıb ailələrə paylamaq gərəkdir ki, onlar bayram ab-havasını yaşasınlar - bu, böyük savabdır. Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə olmalıdır. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun bir, öküz və inəyin iki, dəvənin isə beş ili tamam olmalıdır. Qurban ətinin satılması haramdır. Xırdabuynuzlu heyvan (qoyun, keçi) bir nəfər üçün kəsilməlidir. Bir neçə şəxs cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsə bilər. Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-birinə halallıq versinlər. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissənin fəqir və kasıb ailələrə, üçüncü hissənin isə hədiyyə kimi qohum-əqrəbalara paylanması tövsiyə olunur.
Qurbanlıq heyvan şəriət qaydalarına uyğun olaraq kəsilərkən "Bismillаhi və billаhi vəllаhu əkbər" deyilməlidir. Qurbаn duаsının охunması məsləhətdir. Bu müqəddəs bayram günlərində qurbanların kəsilməsi baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilməlidir. Həmçinin, qurbanların azyaşlı uşaqların, habelə heyvanların gözü qarşısında kəsilməsi məsləhət deyil.
Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan insаnı öz Yаrаdаnınа yахın edən Qurbаn bаyrаmının sevincini valideyinlər, doğmalarla yanaşı qаçqın, köçkün, kimsəsiz sоydаşlаrımızа, mаddi sıхıntı çəkən insаnlаrа da yаşаtmаq, оnu hаmı ilə birgə könül хоşluğu ilə keçirmək savabdır. Qurban kəsməyə imkаnı оlmаyаnlаrın Qurbаn günü ibadət və duaları da Allah-Təala yanında savab əməllərdəndir.
Sovet hakimiyyəti dövründə din və dini ayinlər, bayramlar da tənqid hədəfi olmuşdu. Lakin Azərbaycan müstəqilliyə qovuşduqdan sonra xalqın dininə, milli ənənələrinə, milli və dini bayramlarına hörmət və diqqət yetirilməyə başlandı.
Qeyd edək ki, bu il Qurban bayramı ilə əlaqədar olaraq Azərbaycanda 22-23 avqust tarixləri qeyri-iş günüdür.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Bakıda 352 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib - (Foto)
-
Uçuşunuz gecikir və ya ləğv edilib? - Bilməli olduğunuz əsas məqamlar
-
Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlandı
XƏBƏR LENTİ
-
Xalq artisti Simarə İmanova nəvəsi ilə Laçında - (Foto)
-
53 nömrəli marşrutun istiqaməti dəyişib
-
"Möhtəşəm yüz il"in aktyorları illər sonra bir arada - (Foto)
-
Bakıda üç yol ötürücüsündə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Azərbaycandakı məscidlərin sayı açıqlandı
-
Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib (Foto)
-
Cəlilabadda zəlzələ olub
-
"Sabah"ın tarixi uğuru xarici medianın diqqətində
-
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir
-
“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artisti Vamiq Məmmədəliyev
-
Rüstəm Minnixanov Mehriban Əliyevanı təbrik edib
-
“Milyonçu”dan sonra ikinci dəfə futbola qayıtdı - Dambrauskas hekayəsi - (Foto)
-
“Azərbaycan çempionatına gedəndə ona gülürdülər, indi isə Çempionlar Liqasındadır” - Yakub Jezniçak
-
Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik edib
-
Faciəvi şəkildə ölən Əfqan 6 ay əvvəl evlənibmiş (Foto)
-
Məsud Pezeşkianın qızı Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
-
Özbəkistanın birinci xanımı Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
-
Valentina Matviyenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
-
Alonso bu futbolçuya görə "Real"dan ayrılıb...
-
Bakıda küçədən 42 yaşlı kişinin meyiti tapıldı
-
Xalq artisti nəvəsi ilə fotosunu yaydı
-
Azərbaycan XİN Pakistana başsağlığı verdi
-
Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər - (Foto)
-
Anasını qətlə yetirən Emilə hökm oxundu





