Cəmiyyət

Bakının bu ərazilərində işıqlar söndü - YENİLƏNİB

20 İyul 2018 23:45
2 Şərh     Baxış: 9 732
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

23:45

Bu gün axşam saatlarında Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, hadisə "Azərişıq" ASC-dən asılı olmayan səbəbdən baş verib: "Nəticədə Bakının 5 rayonunun - Xətai, Nizami, Sabunçu, Xəzər və Suraxanı rayonlarının bir hissəsinə elektrik enerjisinin verilişi dayanıb. Əməkdaşlarımız dərhal problemin aradan qaldırılmasına başlayıb".

T.Mustafayev qeyd edib ki, artıq Nizami və Xətai rayonları ərazisinə elektrik enerjisinin verilişi "Azərişığ"ın daxili şəbəkələri hesabına bərpa olunub: "Əməkdaşlarımız digər rayonlara da elektrik enerjisinin verilişini bərpa edir. Yaxın saatlarda həmin rayon ərazilərində də elektrik enerjisi bərpa olunacaq".

---------

23:33

Sosial şəbəkədə yayılan məlumata əsasən, Bakının Xətai, Nizami rayonuna elektrik enerjisinin verilməsi dayanıb. Milli.Az Day.Az-a istinadən xəbər verir ki, səbəb kimi, Mərdəkan DRES-də problem yarandığı deyilir. 

Şəhərin Nizami və Xətai rayonlarının bəzi ərazilərində işıqlar sönüb. "Azerişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev musavat.com-a bildirib ki, buna səbəb Mərdəkandakı DRES-də baş verən nasazlıqdır.

Rəsmilər bildirir ki, ən qısa zamanda problem həllini tapacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.