Həzrət İsaya niyə Ruhullah deyirlər?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ruhullah sözü əslində Allahın xəlq etdiyi əzəmətli ruha aid edlir ki, bütün insanların, o cümlədən Məsih və başqa peyğəmbərlərin varlığında qərar vermişdir.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, lakin bəziləri insanları yoldan azdırıb demək istəmişdilər ki, Həzrət İsa (ə) - nəuzubillah, Allahın bir hissəsidir. Onlara cavab olaraq Quran buyurur: "Ey kitab əhli (ey xaçpərəstlər), öz dininizdə həddi aşmayın və Allaha qarşı haqq və həqiqətdən başqa bir şey deməyin ("Allah allahlıqdan İsanın vücuduna çevrilmişdir" və ya "Allah ruh kimi İsanın bədəninə daxil olmuşdur" deməyin). Həqiqətdə Məryəm oğlu İsa Məsih Allahın elçisi, Məryəmə təlqin etdiyi bir kəlmə ("ol!" kəlməsi ilə onu Məryəmin bətnində yaradıb) və Onun tərəfindən olan (və canlara həyat bəxş edən) bir ruhdur. Odur ki, Allaha və Onun peyğəmbərlərinə iman gətirin və "(Allah) üçlükdür (Allahın zatının cövhəri üç mövcuda - ata, oğul və Ruhul-Qudusa bölünüb)" deməyin. (Bu sözdən) çəkinin ki, sizin xeyrinizədir. Həqiqətən, Allah tək olan tanrıdır, övladı olmaqdan pak (və uzaq)dır. Göylərdə və yerdə olanlar Onun həqiqi mülküdür. Allah (varlıq aləminin işlərini) düzəltmək üçün kifayətdir". ("Nisa" 171).
Tarixdə oxuyuruq: "Harun ər-Rəşid xristian bir təbibə malik idi ki, bir gün İslam alimlərindən olan Əli ibni Hüseynlə mübahisə edir. Xristian dedi: "Sizin səma kitabınızda belə bir ayə vardır ki, Məsihi Allahın bir hissəsi kimi tanıtmışdır". Sonra yuxarıdakı ayəni oxudu.
Əli isə ona cavab olaraq bu ayəni tilavət etdi. "Göylərdə və yerdə olanları - (varlıq və idarə edilmələri) Onun tərəfindən olanların hamısını sizin xeyirinizə ram etdi. Həqiqətən bunda (bu ram etmədə) düşünən dəstə üçün (Onun tovhid, qüdrət və mərhəmətindən) nişanələr vardır". ("Casiyə" 13).
Xristian təbib bu ayəni eşidən kimi müsəlman oldu. Harun da bu hadisədən sevindi və Əliyə mükafat verdi".
Xristianlar atasız dünyaya gələn Həzrət İsaya (ə) uluhiyyəti nisbət vermişdilər. Ancaq yaddan çıxartmışdılar ki, Həzrət Adəmin (ə) də atası və anası olmamışdır. Heç kəs bu xüsusiyyətə görə heç kimə uluhiyyəti nisbət verə bilməz.
Həzrət İsanın (ə) Ruhullah ləqəbi daşıması, İlahi ruhu daşıması mənasındadır - hansı ki, bütün digər peyğəmbərlər (ə) də o ruha malikdir. Amma hörmət nişanəsi olaraq, Həzrət İsaya (ə) bu söz vurğu ilə deyilmişdir. Necə ki, Həzrət İbrahimə (ə) Xəlilullah - Allahın dostu deyilir, hansı ki, bütün rəsullar (ə) Allahın dostudurlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Maşını oğrulardan qorumaq üçün belə edir - VİDEO
-
Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb - VİDEO - FOTO
-
Azərbaycanda ən çox ziyarət edilən şəhərlər bəlli oldu
-
"Elə davranırlar ki, sanki buralar ulu babalarından miras qalıb" - Xəzər sahilində daha bir hasarlama
-
Bakıda 14-cü Özəl Sektor Forumu keçiriləcək
-
Gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirildi
XƏBƏR LENTİ
-
Bir vaxtlar xəbər aparıcısı idi, indi isə KRALİÇADIR - VİDEO
-
Hovuz suyunun gözlərə zərəri
-
Öpüşmək zamanı etdiyimiz səhvlər
-
DÇ-2026: Niderland - Yaponiya oyununda qalib müəyyənləşmədi - YENİLƏNİB
-
Almanlar bu dünyada "cənnəti yaşayırlar" - Müzakirə yaradan GÖRÜNTÜ - VİDEO
-
Maşını oğrulardan qorumaq üçün belə edir - VİDEO
-
Köçəryanın saxlanılmasının görüntüləri - FOTO
-
DTX-nin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edilib - VİDEO - FOTO
-
Zibil qutusunun dibinə səpin: Qoxunu və milçəkləri uzaq tutur
-
Pəncərə kənarındakı qara ləkələri təmizləməyin sadə üsulu
-
Prezident İlham Əliyev Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib
-
Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
-
Dünya çempionatları tarixində ən çox qol vuran komanda oldular
-
Günün qoroskopu: Borc, kredit, investisiyalarla bağlı qərarlarda ehtiyatlı olun
-
Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb - VİDEO - FOTO
-
Bakıda hava kəskin dəyişir - yağış yağacaq, şimşək çaxacaq
-
Azərbaycanda ən çox ziyarət edilən şəhərlər bəlli oldu
-
Pezeşkian: Əli Xamenei ilə ABŞ məsələsini şəxsən müzakirə etdim
-
Şamaxı-İsmayıllı yolunda ağır qəza - Maşın aparan evakuator aşdı - VİDEO
-
Paşinyan: Ermənistandan qaçmağa fürsətiniz olmayacaq
-
Egey dənizinin qərbində 5 ballıq zəlzələ oldu
-
DÇ-2026: Almaniya mundialın debütantını darmadağın etdi - YENİLƏNİB
-
Prezident İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - FOTO
-
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib - FOTO





