Cəmiyyət

Almanın tükənməz faydaları

7 Aprel 2018 22:40
0 Şərh     Baxış: 9 833
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almanın meyvəsindən, qurudulmuşundan və hazırlanan içkilərindən istifadə edilir. Alma hər il yarpaqlarını dəyişən ağaclardan olub ağ-çəhrayı rəngdə çiçək açır. Onun meyvələri növündən asılı olaraq yaz və payız aylarında yetişir. Alma ağacı həm bağlarda, həm də həyətyanı sahələrdə yetişən ağacdır. Alma ağacının çiçəkləri yaz aylarında bağları bəzəyir.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, alma meyvəsinin rəngi və dadı növündən asılı olaraq fərqli olur. Alma ağacına yaxşı qulluq edildikdə arzu olunan qədər məhsul əldə eləmək olur. O istidə və kölgədə də bar verir.Alma ağacı yanlız nəmişlik və çiçəklərini don vurduqda bar vermir. Almanın bəzi dekorativ növləri vardır ki, onları bağlarda və parklarda yetişdirirlər.
Alma bərk, özünəməxsus dada malik bir meyvədir. Bərk olmasına baxmayaraq onu asanıqla dişləmək mümkün olur. İndi almanın müxtəlif şəraitdə uyğun olaraq yetişə bilən növləri çoxdur. Bizim bölgələrdə almanın əsasən Ağ alma, Melba, Kalvil, Sinab,Qızıləhməd, Renet, Anton, Spartan, Simirenko, Conotan,Qafqaz, Borovinko və s. növləri yetişdirilir. Həyətyanı sahədə alma ağacı yaxşı qulluq olunduqda 100 il, yabanı halda isə 300 il ömür sürə bilir. O əkildikdən 4-12 il sonra bar verməyə başlayır. O 40-50 il bar verə bilir. Alma 8-12 gün müddətində bütün çiçəklərini açır, amma bu çiçəklərdən 30%-i meyvəyə çevrilir. Alma ağacı soyuğa davamlı ağacdır O - 42*C-yə davam gətirə bilir. Almanın vətəni Orta Asiya ölkələri sayılır. Alilərin araşdırmaları alma ağacını ilk dəfə Qazağıstanın Çinlə səhhəd olan bölgələrində yetişdiyini söyləyirlər. Alimlər almanın müxtəlif meyvələrin təbii hibridləşməsi sayəsində əmələ gəldiyini düşünür. Bu barədə Berri Cuniper "Alamnın tarixi"adlı kitabında çoxlu məqalələr yazmışdır.
Kitabda yazılanlara görə şirin almanı ilk dəfə Qazağıstan dağlarından ayılar yaymağa başlamışlar. Sonralar isə alma Avropa ölkələrinə və Fars körfəzinə qədər yayılmış və alma bağları formalaşmağa başlamışdır. Indi dünyanın bir çox ölkələrində alma bağları və müxtəlif növlərdə alma növləri var. Alma çox da yüksək kolorili meyvə hesab edilmir. 100 qram almada 47 kKalori var. Bu meyvənin tərkibində yağların miqdarı çox azdır, amma, karbohidratlar yetərimcə insanı tox saxlaya bilir. Almanın100 qramının tərkibində olan 66 kKalori orqanizmin aclıq hissini aradan qaldırır və insanı tox tutaraq arıqlamasına yardım edir. 100 qram qurudulmuş almada isə 253 kKalori olur.
Almanın tərkibi 80% sudan, 20% isə digər maddələrdən ibarətdir. Bu maddələrə kalium, natrium,kalsium, maqnium, fosfor, dəmir, yod, A, B1, B3, PP, C və digər faydalı vitaminlər var. Alma az kaloriyə malik və dieta saxlayanlar üçün ideal qida maddəi hesab edilir. Almanın tərkibi təbii turşularla(alma, limon, üzüm və s.) zəngindir. Almanın tərkibində olan maddələr bağırsaqlarda yığılıb qalmış artıq maddələrin xaric olunmasına, bağırsaqların təbii yollarla təmizlənməsinə səbəb olur. Sağlam bağırsağın uzun ömürlülüyün səbəbi olduğunu nəzərə alsaq almanın insan üçün nə qədər faydalı olduğunu söyləməyə ehtiyac qalmaz. Alma yemək bütün insanlar üçün çox faydalıdır, alma şirəsi içmək hətta, xəstə adamlar üçün məsləhət görülür.
İnsanın hər səhər aqarına 1-2 turş alma yeməsi çox faydalıdır. Orqanizmin yaxşı təmizlənməsi üçün 2-3 həftədən bir alma günü təyin emək məsləhət görülür. Bu zaman təyin olunmuş gün ərzində yanlız alma yemək lazımdır. Bu mini-alma dietası adlanır və bağırsaqların təmizlənməsinə səbəb olur. Almanın tərkibində nadir hallarda tapılan G vitamini var. Onun tərkibndə olan A vitamini portağalın tərkibindəkindən daha çoxdur. Bu da almanı orqanizm üçün çox vacib meyvə olmasına səbəb olur. Təzə dərilmiş alma yemək mədə şirəsinin artmasına səbəb olur. Almanın tərkibində təbii antibiotiklər var. Hər gün alma yemək qanda olan qızılı stafilokokkların məhv olmasına, toksinlərin orqanizmdən xaric olmasına, üz dərisindəki sızanaqların təmizlənməsinə, qripp əmələ gətirən virusların məhv olmasına səbəb olur. Alma yemək podaqra və böyrək daşı xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır. Mütəxəssislər sidiyinin analizində sidik cövhəri, duzlar və daşlar çox olan adamlara hər gün alma yeməyi məsləhət bilir. Alma ödqovvucu xüsusiyyətə malik olduğu üçün öd kisəsinin boşalmasına səbəb olur. Öd kisəsində durğunluq olan zaman təzə sıxılmış alma şirəsi içməkdə fayda var. Almanın tərkibində olan şəkər qanda şəkərin miqdarının artmasına səbəb olmur, xolesterini azaldır. Hər gün alma yemək limfa vəzlərinin də təmizlənməsinə səbəb olur. Hər gün alma şirəsi içməyin beyn fəaliyyətinə və yaddaşsızlıq zamanı çox faydlı olduğunu söyləyən həkimlərə də rast gəlinir. Almanın tərkibində olan bioloji aktiv maddələr, vitaminlər və fermentlər xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.