Cəmiyyət

Kurqanlar, məbədlər, qəbir üstü abidələr... - VİDEO

24 Mart 2018 20:56
0 Şərh     Baxış: 639
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ağdam rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamaı dağıntılara məruz qalıb, tamami ilə məhv edilən tarix diyarşünaslıq muzeyi yenidən bərpa edilir. Yeni fəaliyyətə başlayan muzey qısa zaman müddətində tarix-diyarşünaslıq muzeyinin eksponatlarını özündə cəmləşdirib

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, kurqanlar, məbədlər, qəbir üstü abidələr, qədim əmək alətləri və əşyalar. Bütün bunlar 1962-ci ildə yaradılmış Ağdam Tarix-Diyarşünaslıq Muzeyində mühafizə edilirdi.

2500-dən artıq eksponatın sərgiləndiyi muzey Ağdam şəhərinin 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı məhv edilib.Muzey fəaliyyətini Ağdam rayon Qaradağlı kənd Mədəniyyət Evinin binasında davam etdirir.

Yerli əhalinin köməyi ilə rayonun işğal edilməmiş ərazilərindən yenidən toplanan, bərpa edilən, həmçinin arxeoloji tədqiqatlar nəticəsində tapılan maddi mədəniyyət nümunələrini ilə müzey zənginləşdirilir.

Yeni yaradılan muzey rayon sakinlərinin, xüsusəndə məktəblilərin və ərazidəki "N" saylı hərbi hissənin əsgər və zabitlərinin ən çox ziyarət etdikləri məkanlardandır. Burada nümayiş olunan müxtəlif tarixi dövrlərə aid silahlar, sikkə və pul nümunələri, dulusçuluq məmulatları, məişət əşyaları ziyarətçilərin böyük marağına səbəb olur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Kurqanlar, məbədlər, qəbir üstü abidələr, qədim əmək alətləri və əşyalar

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.